Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Rus döyüşçülərdən dəhşət: əsirin başını kəsib... – Video/23+
  • Daha bir ölkə İrandakı aksiyalara dəstək oldu
  • Yeni Ombudsman bu üç nəfərdən biri olacaq – ADLAR
  • Bu axşam Bakıda internet olmayacaq
  • Bir neçə dəqiqə ərzində “3D” xəritə hazırlayan yeni qurğu təqdim edilib
  • Gürcüstanın Azərbaycana olan borcu açıqlandı
  • Azərbaycan Xankəndini alırdı, bizi o xilas etdi - Baqratyan
  • Almaniya islam respublikasına çevrilir - Mayer
  • ''İRAN'' TEBRİZİN BİR YUMURUĞU İLE DAĞILACAQ ULU ÖNDER EBÜLFEZ ELCİBEY!
  • Hava kəskin dəyişir: qar yağacaq - XƏBƏRDARLIQ
  • Çılgın Türkler iş başında: 2 litre suyla 70 kilometre gidilebiliyor!
  • Alimlərdən inqilabi yenilik: İnsan dərisi hazırlanır
  • ABŞ hədəfinə çatdı: İranda sosial partlayışlar...
  • Generaldan şok: Hər gün 50 müsəlman öldürək
  • İranda etirazçılara atəş açıldı
  • “Dünən yaranan bir dövlət…” – Ərdoğandan şok Ermənistan açıqlaması
  • Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
  • Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI
  • Tiflis yenə çalxalanır: Parlament binası önündə aksiya
  • Münaqişənin həlli üçün yeganə yol... - İlham Əliyev
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • 26 Ağu 2018, 17:35   
        373
    Prezident kimi bu qəsəbəyə ilk səfərimdir... - İlham Əliyev

    Prezident kimi bu qəsəbəyə ilk səfərimdir... - İlham Əliyev

    Mən istəyirəm ki, ölkəmizin hər bir guşəsində insanlar daha da yaxşı yaşasınlar, onların həyat səviyyəsi yüksəlsin.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev sakinlərlə görüşündə deyib.

    Prezident Lahıc qəsəbəsindəki yeniliklərdən, inkişafdan bəhs edib:

    “Çox şadam ki, Lahıc qəsəbəsinə gəlmişəm. Uzun illərdir ki, istəyirdim gəlim. Amma Prezident kimi ilk səfərimdir. Əvvəllər dəfələrlə olmuşam, siz də bunu yaxşı bilirsiniz. İstəyirdim əliboş gəlməyim. Ona görə bir az vaxt apardı. Ancaq bu səfər ərəfəsində Lahıc qəsəbəsində çox önəmli hadisələr baş vermişdir. Birincisi, biz bu gün Dəmirçi-Lahıc avtomobil yolunun açılışını qeyd etdik. Bu, hesab edirəm ki, tarixi bir layihədir. Lahıc qəsəbəsini Şamaxı rayonu ilə birləşdirir. Əvvəlki yol keçilməz idi. Heç yük maşını ilə getmək mümkün deyildi. İndi isə mən özüm bu yolla gəlmişəm. Çox rahat, gözəl yoldur, təhlükəsiz yoldur. Bakıdan Lahıca gələn turistlər üçün də, vətəndaşlar üçün də çox rahat bir yoldur. Həm daha qısadır, həm də təhlükəsiz getmək mümkündür.

    Keçən il mən Dəmirçi kəndində olarkən, kəndin inkişafı ilə bağlı göstərişlər vermişəm. Bu gün orada tarix muzeyinin açılışını qeyd etdik. Dəmirçi kəndi də Lahıc qəsəbəsi ilə tarixən bağlı olan bir kənddir. Ona görə indi gediş-gəliş də çox rahat olacaq”.

    İlham Əliyev bildirib ki, Lahıc qəsəbəsinin təhsil məsələlərinin həlli də diqqət mərkəzindədir:

    "Bilirəm, belə təkliflər də olubdur ki, yeni məktəb tikilsin. Keçən il Sərəncam verildi və bu gün biz bu məktəbin açılışını etdik. Gözəl, 400 şagird yerlik məktəbdir. Hazırda burada təxminən 200-dən çox şagird oxuyur. Amma gələcəkdə əhali artacaq, uşaqların sayı artacaq. Elə məktəb tikmişik ki, gələcəkdə də Lahıc qəsəbəsinin ehtiyacını tam ödəsin.

    Əlbəttə ki, Lahıc qəsəbəsinə təbii qazın çəkilişi də tarixi layihədir. Siz yaxşı bilirsiniz ki, qaz xətlərini çəkmək çox çətin məsələdir, həm maliyyə baxımından, həm texniki baxımdan. Ancaq Lahıcın Azərbaycanda xüsusi yerini nəzərə alaraq, biz bu böyük layihəni də icra etdik. İndi biz təbii qazın verilməsini sizinlə birlikdə qeyd edəcəyik. Yəni, bir daha demək istəyirəm, mən bu gün gəlmişəm ki, bu tədbirlərdə iştirak edim və sizinlə görüşüm. Şadam ki, Lahıc sakinlərinin xahişləri tam yerinə yetirilib. Əgər əlavə xahişlər olarsa, siz mənə deyin, biz onları da həll edərik ki, bu tarixi, qədim qəsəbə öz inkişafını bundan sonra da təmin etsin".

    Prezident vurğulayıb ki, Lahıc tarixi bir yerdir, qədim yaşayış diyarıdır. Burada yaşayan insanlar çox istedadlı insanlardır:

    “Sizin misgərlik sənətiniz, digər sahələrdə fəaliyyətiniz lahıclıların nə qədər istedadlı olduğunu göstərir. Eyni zamanda, Lahıcdan bir çox görkəmli şəxsiyyətlər olub, bu gün də var - alimlər, ziyalılar, ictimai xadimlər. Yəni, Lahıc çox dəyərli insanlar yetişdirib. Hesab edirəm ki, təhsil məsələsində də siz ön sıralardasınız. Mənə indi məlumat verildi ki, Lahıc məktəbini bitirən şagirdlər Azərbaycanın ali məktəblərinə yüksək ballarla daxil olurlar. Yəni, bu onu göstərir ki, qəsəbənin çox dərin kökləri var, mədəniyyəti var. Bu mədəniyyət özünü göstərir. Çünki Lahıc nəinki Azərbaycanda, bizim regionumuzda unikal yaşayış yeridir. Təsadüfi deyil ki, Lahıca minlərlə, on minlərlə turist gəlir. İndi Şamaxı-Lahıc yolu ilə daha da çox gələcəklər. Əminəm ki, turistlərin axını daha da artacaq. Bu qəsəbənin özəlliyi ondadır ki, burada çox nadir memarlıq ansamblı mövcuddur”.

    Dövlət başçısı deyib ki, indi Lahıcın memarlığı, küçələri, binaları özlüyündə bir milli sərvətdir:

    “Burada işləyən, yaşayan insanların əl işləri də, əlbəttə ki, bu qəsəbəni dünya səviyyəsində təqdim edir. Təsadüfi deyil ki, dünyanın aparıcı televiziya kanallarında Lahıcla bağlı verilişlər gedib və bu gün də gedir. Həm “Euronews”, həm başqa aparıcı televiziya kanallarında, qonşu ölkələrin kanallarında indi çox gözəl reportajlar verilir. Bu da Azərbaycanın şöhrətini daha da artırır və Lahıca gələcək turistlərin sayını da artırır”.

    axar.az
    loading...