Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • 25 Ağu 2018, 18:35   
        290
    Zəngilanda dərs günü...

    Zəngilanda dərs günü...


    Zəngilan rayonunun orta məktəblərində dərslər başlanır. Yox, bu, dərs ilinin başlanğıcı deyil, ölkədə dərs ili çoxdan başlanıb. Amma Zəngilanda məktəblər indi açılır. Çünki Zəngilan illərlə işğal altında olub. Rayon bu yaxınlarda işğaldan qurtulub. Neçə ildi köçkün həyatı yaşayan zəngilanlılar axır ki, dədə-baba yurdlarına qayıdıblar.

    Camaat öz ev-eşiyilə bərabər, yalan olmasın, ev-eşiyindən də qabaq məktəbləri bərpa eləyib. Çünki zəngilanlı şagirdlər dərslərdən qalıblar. Rayonun təhsil şöbəsindən də hər yana xəbər göndərilib ki, işi sürətləndirmək lazımdı, məktəblərin tam bərpa olunmasını gözləməyə ehtiyac yoxdu, dərslər təcili başlanmalıdı.

    Budu, o gün gəlib çatıb. Zəngilanda dərslər başlanır. Biz bu xoşbəxt günə rayonun Babaylı kəndində şahidlik eləyirik. Kənddə bayramdı. Hamı məktəbin qabağına toplaşıb. Şagirdlər çiyinlərində çanta düzləniblər. Müəllimlər, valideynlər, təntənəli mərasimə dəvət olunmuş qonaqlar çıxış eləyir, torpağımızın işğaldan qurtulması, işğal altında olmuş yurdlarda dərslərin başlanması münasibətilə hamıya gözaydınlığı verir, ağır işğal-müharibə illərindən danışır, şəhidlərimizi, itkinlərimizi, bu günün həsrətiylə dünyadan köçmüş yurddaşlarımızı yad eləyir, işğal illərində başqa rayonlarda, şəhərlərdə, kəndlərdə, qəsəbələrdə köçkünlərə dayaq durmuş adamlara sağ ol deyir, şagirdləri Vətənə, xalqa bağlı olmağa, yurdu sevməyə, qorumağa, bir də dərslərini yaxşı oxumağa çağırırlar.

    Çıxışlar başa çatır. Məktəbdə uzun illərdən sonra ilk dərs gününün zəngi çalınmalıdı. Bu işi rəhmətlik Zabil Müqabiloğlunun oğlu Əliyə tapşırıblar.

    Zabil Müqabiloğlu Babaylı kəndində doğulub. Burda orta məktəbdə oxuyub. Amma məktəbi kənddə bitirə bilməyib. O, sonuncu sinifdə – 11-ci sinifdə oxumalı olduğu vaxt Zəngilan düşmən əlinə keçib. Zabil 11-ci sinfi köçkünlükdə, özü dediyi kimi, beş-altı məktəbdə oxuya-oxuya bitirib.

    Orta təhsilini başa vurandan sonra Zabil ali təhsil alıb, jurnalist ixtisasına yiyələnib, bir neçə qəzetdə işləyib, xəbər saytı yaradıb, o sayta həm də redaktorluq eləyib. Həmin saytda Zabilin dərc elədiyi sonuncu yazısı “Sonuncu zəng” adlanır. Bu yazını Zabil ölümündən bir ay qabaq yazıb.

    Yazıda Zabil işğalın insan həyatına vurduğu zərbələrdən, köçkünlərin faciəsindən, özünün yeniyetmə çağında Vətəni qorumaq üçün silaha sarılmasından, bir də Babaylı məktəbindən söz açır. İşğal ərəfəsində məktəb hərbi qərargaha çevrilibmiş. Zabil son anacan burda olub. Yazır ki, kənddən erməni tankları Babaylıya girməyə az qalmış çıxdıq. Çıxaçıxda Zabil məktəb binasının ikinci mərtəbəsinə qalxıb, pilləkənin sol tərəfində, çoxdandı çalınmayan (məktəb hərbi qərargaha çevrildiynə görə dərslər dayanıbmış) zəngi basıb, zəngi elə çalını qoya-qoya binadan çıxıb. Zabil yazır: “Hələ o zaman, dünyanı o qədər də dərk eləmədiyim zamanda bilirdim ki, bu mənimçün son zəngdi. Amma o zaman hələ bu əcəl zəngi deyilmiş…”

    Zabilin əcəl zəngi çox erkən çalındı. Dünyadan nisgilli, bir də incik köçdü dəli-dolu Zabil. Heç 40 yaşı olmamışdı. Torpağımızın işğaldan qurtulduğunu görmədi, gen dünya başına dar oldu, ömrünü dədə-baba yurdundan qıraqda, köçkün düşərgəsində başa vurdu.

    “Sonuncu zəng” yazısının qəribə adı var. Bu, son zəng deyil, son zəng dərs ilinin sonunda çalınar. Bu, sonuncu zəngdi, dərs ilinin ikinci ayında, əslində dərslərin keçirilmədiyi bir məktəbdə çalınan zəng. Zabil bu yazını öz əcəl zənginin sədalarını eşitdiyi ərəfədə qələmə alıb. Ona görə ömrünün sonunda bu zəngə əcəl zəngi adını da verib.

    İndi, Zabilin bir vaxt sonuncu zəngini çaldığı, ömrünün sonundasa əcəl zəngi kimi xatırladığı doğma məktəbində yenidən dərslər başlanır. İndi ilk zəng çalınmalıdı. Əslində bu da ilk zəng deyil. İlk zəng dərs ili başlananda çalınar. Bu, neçə ildi zəngi çalınmayan, sədasını düşmən boğmuş bir məktəbdə zəngdi.

    Bir azdan zəng çalınacaq, hamısı köçkünlük illərində doğulmuş, Zəngilan işğaldan qurtulana qədər heç vaxt doğma rayonunu, kənd-kəsəyini görməmiş şagirdlər dərslərə başlayacaqlar.

    Babaylı məktəbində ilk zəngi çalmaq Zabil Müqabiloğlunun oğlu Əliyə tapşırılıb. Çıxışlar başa çatır, tədbirə qonaq kimi dəvət olunmuş Qulu Məhərrəmli Əlini ilk zəngi çalmağa çağırır. Əli bir az ləng tərpənir, bir az sağına-soluna, yan-yörəsindəki adamlara boylanır, ağır-ağır gəlib Qulu Məhərrəmlinin, Xosrov Natilin yanından, o biri qonaqların, müəllimlərin, valideynlərin arasından keçir, ayağını pillələrə qoyub yavaş-yavaş qalxmağa başlayır. İkinci mərtəbədə o, dayanmalıdı. Orda – ikinci mərtəbədə, pilləkənin başında bir zəng var. O zəng çalınmalıdı. Orda – pilləkənin başında. Solda, soldadı zəng, Əli, o zəng çalınmalıdı, bu nə hönkürtüdü belə…

    Azər Qaraçənli

    .moderator.az
    loading...