Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • 27 Tem 2018, 18:11   
        4 089
    Türkiyəyə ərə gedib Azərbaycana meyiti qayıdan qadınlarımız - ARAŞDIRMA


    Türkiyəyə ərə gedib Azərbaycana meyiti qayıdan qadınlarımız - ARAŞDIRMA

    Son dövrlər Türkiyədə ailə quran azərbaycanlı qadınların sayı durmadan artır. 2017-ci ilin statistikasına görə, türkiyəli kişilərlə evlənən azərbaycanlı xanımların sayı 2790, Türkiyə qızlarının ərə getdiyi azərbaycanlı kişilərin sayı isə 118 nəfər təşkil edib. Türkiyənin açıqladığı statistikaya görə, ötən il Türkiyə vətəndaşlarının əcnəbilərlə nikahlarının sayına görə azərbaycanlı qadınlar ikinci yerdə durur.

    Təəssüf ki, Türkiyədə insan alverinin qurbanına çevrilən və işgəncələrə məruz qalaraq öldürülən azərbaycanlı qadınların da sayı çoxalıb. Təkcə 2018-ci ilə mətbuatda gedən 3 bu cür ölüm faktı qeydə alınıb.

    Belə ki, 4 gün öncə Türkiyədə - Konyada 50 yaşlı Azərbaycan əsilli Saibə Yüksəlir adlı qadın 4 il birlikdə yaşadığı evli sevgilisi, 46 yaşlı kolleksiyaçı Rahim A. tərəfindən öldürülüb. İyunun 14-də də Türkiyənin İqdır bölgəsində azərbaycanlı qadın qeyri-rəsmi nikahda olduğu kişi tərəfindən öldürülmüşdü. Vilayətin Şıracı kəndində 35 yaşlı Taner Parlarla birgə yaşadığı Hicran Hüseynova arasında naməlum səbəbdən mübahisə yaşanıb. Nəticədə Taner Parlar silahı ilə H. Hüseynovanın başından vuraraq öldürmüşdü. Qeyd edək ki, Parların H.Hüseynovadan 2 uşağı var. Daha bir azərbaycanlı qadın 33 yaşlı Türkay İsayeva bu ilin aprel ayında Türkiyənin Dənizli bölgəsinin Pamukkale vilayətində qaldığı mənzildə döyülərək öldürülmüşdü. Azərbaycan vətəndaşı, 2 uşaq anası olan T. İsayevanın meyiti qonşuları tərəfindən aşkarlanmışdı.

    Qeyd edək bu cinayətlər mətbuata yansıyanlardır. Təbii ki, bu cür gizlədilən cinayətlərində sayı az deyil.

    Bununla bağlı BiG.AZ-a açıqlama verən “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, Azərbaycanda məşiət zorakılığına məruz qalan qadınlar təkrar ailə quranda bizim kişilərə etibar etmirlər:

    “Düşünürlər ki, türk kişiləri daha mərhəmətli və insanpərvərdir. Ümumiyyətlə, bizdə belə bir düşüncə var ki, əcnəbi kişilər daha çox ailəyə bağlı olur. Bundan əlavə düşünürlər ki, onlar daha imkanlı olur. Amma əksər hallarda bu kişilər sözlərinin üzərində durmurlar. Qadınlarımız gedib başqa mənzərə ilə üzləşirlər. Geri qayıtmaq istədikdə isə döyülür və ya ölümlə nəticələnən məşiət zorakılığına məruz qalırlar. Bundan əlavə qadınlarımız düşünürlər ki, Türkiyədə rahat iş tapıb, yaxşı yaşayacaqlar. Rəsmi ailə qurmadıqlarından qanunsuz miqranta çevrilib, kimlərdənsə asılı olurlar”.

    Mehriban Zeynalova bildirib ki, əcnəbilərlə nikaha girməmişdən öncə məlumat almağa çalışırlar: “Bizdə insan alveri ilə bağlı seminarlar keçirilir. Elə qadınlar var ki, evlilik təklifi alır, həmin kişi haqqında məlumat almaq üçün səfirliyə müraciət edir. Deyilənlərin yalan olduğunu öyrəndikdən sonra həmin kişi ilə ailə qurmaq fikrindən daşınır. Bu barədə mətbuatda, televiziyada tez-tez məlumat vermək lazımdır. Əcnəbi ilə ailə quran şəxs istənilən səfirliyə müraciət edərək ailə quracağı şəxs barəsində məlumat ala bilər. Öyrənə bilər ki, evlidir ya subay, cinayət törətmiş şəxsdirmi, evi varmı, insan alverində adı hallanıbmı. Bundan əlavə 152 saylı qaynar xəttə də zəng vura bilər”.

    Türkiyəyə ərə gedib Azərbaycana meyiti qayıdan qadınlarımız - ARAŞDIRMA
    Mehriban Zeynalova vurğulayıb ki, bu ilin 6 ayı ərzində bizim sığınacağa 2 qadın müraciət edib: “Onlar Türkiyədə ailə qurub, zorakılığa məruz qalıb. Bundan əlavə onlar qeydiyyat və uşaqlarının əlindən alınması kimi problemlərlə qarılaşıblar”.

    “Sağlam Cəmiyyət” İB-nin sədri, jurnalist Lalə Mehralı vurğulayıb ki, əcnəbilərlə ailə quranlar heç də eyni səbəbdən olmur: “Elə qadın var ki, ilk ailəsini azərbaycanlı ilə qurub. Müəyyən problemlərlə üzləşib. Yenidən azərbaycanlı ilə ailə qurub həmin problemləri yaşamaq istəmir. İstəmir ki, birinci yaşadığı çətinlikləri ikinci ailəsində də yaşasın. Buna görə də ikinci ailəsini əcnəbi ilə qururlar. Düşünürlər ki, onlarda qısqanclıq yoxdur, milli dəyərlər o qədər də önəmli deyil. İkinci dəfə ailə quran şəxslərə daha tolerant baxırlar və daha sərbəsdirlər. Bizim qadınlarımız üçün bunlar sevgidən daha üstündür. Çünki qadınlarımız dəlicəsinə sevilib, qısqanmaq yerinə normal sevgi münasibətləri çərçivəsində rahat həyat sürməyə üstünlük verirlər. Etiraf edək ki, bizdə ikinci və üçüncü dəfə ailə quran qadınlar cəmiyyət tərəfindən müəyyən qınağa məruz qalırlar. Bizdə ikinci ailə quran qadına aqressiya nümayiş etdirirlər. Düzdü ikinci ailəsi yenidən azərbaycanlı kişisi ilə qurub xoşbəxt olan qadınlarımızda var”.

    Türkiyəyə ərə gedib Azərbaycana meyiti qayıdan qadınlarımız - ARAŞDIRMA

    Lalə Mehralı onu da qeyd edib ki, türklərdə də qısqanclıq var: “Onlarda qısqanclıq üstündə baş verən qətllər bizdən daha çoxdur. Bunu biz hər gün mətbuatda görürük. Onlarda olan qısqanclıq zəminində baş verən qətllər onu göstərir ki, türklər də milli dəyərlərə üstünlük verirlər. Müşahidə etsək görərik ki, azərbaycanlı xanımlar daha çox böyük şəhərlərdə yaşayan türk kişiləri ilə ailə qururlar. Kiçik şəhərlərdə düşüncə əvvəlki illərlə eynidir. Onlara görə qadın başını bağlamalı, evdən tək çıxmamalı və qısqanclıq maksimum həddədir. Ona görə də qadınlarımız kiçik yerlərdə yaşayanlarla ailə qurmurlar. Bu o demək deyil ki, yalnız ikinci ailə quranlar əcnəbilərlə qururlar. İlk ailəsini də əcnəbilərlə quranlar var. Ola bilər ki, onlar ətraflarındakı boşananlardanmı, atasının anasına davranışındanmı qorxub bu addımı atırlar. Bir sözlə bizim qadınlarımız üçün əcnəbi ilə ailə qurmaq azadlıq deməkdir”.

    Türkiyəyə ərə gedib Azərbaycana meyiti qayıdan qadınlarımız - ARAŞDIRMA

    Psixoloq Vəfa Əkbər bildirib ki, əgər problem varsa, onu yaradan səbəblərdə var: “Əgər bizim qadınlarımız əcnəbi kişilərlə ailə qururlarsa deməli əraflarındakı və ailələrindəki kişi obrazı özlərini doğrultmayıblar. Kişilər ya hədsiz qəddar, ya da ailələrinə biganə olublar. Qadınlarımız düşünürlər ki, əcnəbi ilə ailə qursam xoşbəxt olacam. Uğurlu və ya uğursuz olması da qadının seçimindən asılı olur”.

    Aysel Yusifqızı
    loading...