Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parçaparça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
  • Erməni işğalının daha bir üzü: 10 kənddə... - 27 il
  • Xocalı soyqırımı ilə bağlı yeni şəkillər yayıldı - FOTO
  • Cəhənnəmə düşənlərin əksəriyyəti qadınlardır? - Hacı Şahin CAVAB VERDİ
  • “WhatsApp” bəzi istifadəçiləri ilə vidalaşacaq
  • Öz adınızı Marsa göndəriləcək mikrocipə yaza bilərsiniz - NASA təklif edir
  • Moskvada 20 min insan Putinə səsləndi: Azad et!
  • İstanbulu yerlə-yeksan edəcək dəhşətli zəlzələ gəlir - Alimlərdən ŞOK PROQNOZ
  • Ən ağır neytron ulduz müəyyən edildi - Nəzəriyyə alt-üst oldu
  • Zamirə Hacıyeva haqda London məhkəməsi qərar verdi
  • Rəsədxanadan qorxulu açıqlama: Böyük zəlzələ olacaq
  • Gələn ildən Ermənistanda uşağın doğulmasına görə müavinət 600 dollardan çox olacaq...
  • İnsanın öldürülmə vaxtını təyin edən alət tapıldı
  • 26 Haz 2018, 17:15   
        370
     Ermənilərin Bakıya gəlib-gəlməməsi məsələsi yenidən gündəmdə

    Ermənilərin Bakıya gəlib-gəlməməsi məsələsi yenidən gündəmdə

    Müğənni Zara ilə bağlı qalmaqal klassik sualı təzədən gündəmə gətirib; siyasilər “qızıl orta” haqda...

    Artıq üçüncü ildir ki, Bakıda “Jara” Beynəlxalq Musiqi Festivalı keçirilir. Bakının “Sea Breeze” istirahət zonasında təşkil olunan festivalda tanınmış müğənnilər konsert verir. Bu dəfə onlar arasında erməni əsilli müğənni Zara Mqoyan da var. Z.Mqoyanın Bakıya gəlişi elan edildiyi gündən sosial şəbəkələrdə etirazlar başlayıb.

    Bir neçə gündür Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli olduğu bildirilən rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018" Beynəlxalq Musiqi Festivalına qatılıb-qatılmayacağını müzakirə edilirdi. Sosial şəbəkələrdə də buna sərt şəkildə etiraz edənlər də vardı. Nəhayət, iyulun 25-də Zaranın adının siyahıdan çıxarıldığı, onun Bakıya gəlməyəcəyi açıqlansa da, sonradan məlum oldu ki, Zara Bakıya gəlir. Hətta Bakıdadır.

    Qarabağ Azadlıq Təşkilatının bir qrup qadın üzvləri 26-29 iyulda Bakıda keçiriləcək “Jara-2018" festivalında erməni müğənnisi Zara Mqoyanın gəlişinə etirazlarını bildirmək üçün dünən Mədəniyyət Nazirliyinə gedib. Onlar nazir və yaxud səlahiyyətli nümayəndələrin biri ilə görüşmək istəyiblər. Lakin Səbayel rayonu polis əməkdaşlarının müdaxiləsi nəticəsində etirazçılara nazirliyə daxil olmağa imkan verməyiblər.

    Qarabağ Azadlıq Təşkilatının Qadınlar Şurası bir daha bəyan edir ki, nə qədər ki, torpaqlarımız işğal altındadır, Xocalı soyqırımı öz ədalətli həllini tapmayanadək, kiçik Zəhraların qatilləri beynəlxalq tribunala verilməyənədək, hər hansı bir erməni əsillilərin Azərbaycana gəlişinə yol verilməməlidir.

    Maraqlıdır, bu cür etirazlar, sosial şəbəkədəki söz-söhbətlər Qarabağ məsələlərində təbliğatımıza ziyan vurmur

     Ermənilərin Bakıya gəlib-gəlməməsi məsələsi yenidən gündəmdə

    Deputat Zahid Oruca görə, situasiya bir parametr üzərində müəyyənləşdirilə bilməz: “Hər kəsin özünəməxsus həqiqətləri var. Bunu milli miqyasda ölçmək, onu vahid bir tabloya gətirmək o qədər də asan deyil. Əslində mən bunu bir matrisa tənlik sayardım. Müharibə aparmış ölkələrin əksəriyyətində dövlətlərarası münasibətlər belə bir fazadan keçib. Bir tərəfdən, işğal reallığı var, on minlərlə insan itirilib. Yaralar hələ istidir. Gerçək ağrıları daşıyan insanların sayı milyonlarladır. Belə olan təqdirdə hamını siyasətçi kimi düşünməyə vadar etmək çox çətindir. Siz çağırış edə bilərsiniz ki, bəli, biz dünyaya o mövqeni çıxartmaq istəyirik ki, ermənilər bizim vətəndaşlarımızdır və konstitusiyanı, qanunları tanıyanlar, ərazi bütövlüyümüzə hörmət göstərənlər təkrarən bizimlə eyni məkanda yaşaya biləcəklər. Hər erməni təhlükəlidir duyğusu ilə yaşamayın, Bakıya mahnı oxumağa, yaxud rinqə yarışmağa gələnləri qəbul edin. Bunlar əlində silah olan ermənilərdən fərqlidir və siz xalq diplomatiyasını bu vasitə ilə inkişaf etdirmiş olarsınız. Ermənilərin içərisində bu ideoloji yönü tutanlar var ki, azərbaycanlılar sizə düşməndir, orada yaşamaq sizə təhlükəli olacaq, bunların əlindən bu silahı alın, o təbliğat silahını onların əleyhinə çevirin. Bax, bu yöndə bir mövqe tutmağa çalışsaq, gətirdiyiniz arqumentlər sona qədər hər kəsi inandırmaq gücündə olmayacaq. Niyə? Çünki onlar əksini sübut eləmək üçün yüz illər ərzində keçən nümunələri təqdim edəcəklər. Axı qeyd etdiyiniz siyasət hələ bəhrə verməyib. Ayrı-ayrı hallarda istər əhali qrupları, ictimai birliklər, təşkilatlar, beyin mərkəzləri, siyasi institutlar, həmçinin dövlətin özünün də içərisində müəyyən qədər xətt həyata keçirilib ki, onlar müəyyən qədər barışa xidmət etsin, bir yandan düşmən erməniləri tərk-silah eləsin, daha sonrakı dövrdə yenə də sülhpərvər görünənlər də keçirlər təzədən səngərə. Bu məsələ çox çətindir. Mənəvi-psixoloji cəhətdən ağrılı işdir”.

     Ermənilərin Bakıya gəlib-gəlməməsi məsələsi yenidən gündəmdə

    AĞ Partiya sədri Tural Abbaslı isə hesab edir ki, bu məsələlərdə dövlət özünün konkret siyasətini müəyyənləşdirməlidir: “Ya radikal mövqedə duraraq, insanların patriotik hissinə gediş edərək xalq bu məsələnin həllinə çalışmalıdır, ya da xalq diplomatiyanı davam etdirməlidir. Guya dünya birliyi qarşısında obraz yaradıb, o obraz cəhətdən Qarabağ məsələsini həll etməyə çalışırlar. Azərbaycanda bu məsələlər qarışıb bir-birinə. Məsələn, lazım olanda eyni hakimiyyət erməni əsilli siyasətçi olsun, ya mədəniyyət işçisi, lazım olanda bütün televiziyalar təbliğat aparır ki, bu erməni əsillidir və onun Bakıya gəlməyi vətənə xəyanətdir. Xocalı kimi bir çox faciələrimizi xatırladırlar. Amma sərf edəndə xalq diplomatiyasından, mədəniyyətin, idmanın siyasətdən üstdə durduğundan danışırlar. Ona görə də cəmiyyətdə belə qarışıqlıq yaranır. Hökumət öz xəttini bəlirləməlidir. Bu məsələdə müxalifətin mövqeyi birmənalıdır. Bizim qanımızı tökən xalqa, millətə qarşı heç bir tolerantlıqdan söhbət gedə bilməz. Müharibə şəraitində yaşadığın millətlə xalq diplomatiyası qura bilməzsən, qurmamalısan. İllər bunu sübut etdi ki, ermənilər bu diplomatiyadan anlamırlar. Zara olmasın, hansısa idmançı olsun, Azərbaycana gəlişinin əleyhinəyəm”.

    Ləman MUSTAFAQIZI,
    “Yeni Müsavat
    loading...