Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Planetimiz təhlükədə: Yeri təhdid edən viruslar...
  • SON DƏQİQƏ: ABŞ donanması Türkiyəni vurmaq üçün Qara dənizə girdi – XƏBƏRDARLIQ
  • Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 1 manat 50 qəpik olacaq? - EKSPERTDƏN PROQNOZ
  • Aylık olağan toplantıda imamlar birbirini vurdu: 2 ölü 4 yaralı!
  • Baxdığınız nöqtəyə avtomatik fokuslanacaq - Ağıllı eynək
  • Bu da oldu: "üçüncü cins" qanuniləşdi
  • Qadının iddiası - Yadplanetlilər məni əməliyyat ediblər
  • Bürclər bizə nə vəd edir? - BU GÜN
  • Mikroçip erası: Düyü boyda alət bütün dünyanı dəyişdirəcək - FOTO
  • Şok əməliyyat: Qulinin 30 adamı tutuldu - Fotolar
  • Kosmosdan Yer kürəsinə gizli radiosiqnallar gəldi - Tarixdə ilk
  • Vüqar Mikayılov və Adil Qeybulla enerji içkilərinin dəhşətli fəsadlarını açıqladılar
  • Marsa köçmək istəyənlərin arzusu puç oldu - ARAŞDIRMA
  • İnsan ömrünün uzadılması üçün daha bir addım: donuzlara…
  • Koçaryan Qarabağı qarışdırdı - Ərazilərin qaytarılması planına görə AYAĞA QALXDILAR
  • Erməni milyarder 1700 soydaşını xaricdə oxutdurur - Milli (!) milyarderlərimizə ibrət...
  • “Qarabağ probleminin həllində heç bir yenilik olmayacaq”
  • Azərbaycan üçüncü peykini orbitə buraxır
  • Astroloq: 11 gündən sonra baş verəcək bu hadisə... - Video
  • 11 gündən sonra baş verəcək bu hadisə... - Astroloq
  • Zəhərli ayaqqabılar buraxan 12 şirkət bağlandı - Səbəb
  • 37 saata Marsa çatmaq mümkün olacaq - YENİ KƏŞF
  • Yeri məhv edə biləcək silah: HİDROGEN BOMBASI NƏDİR, NECƏ YARANDI?
  • Milçəkləri evdən qovmağın inanılmaz yolu - Qaçmağa siçan deşiyi axtarırlar
  • Türkiyəyə ərə gedib Azərbaycana meyiti qayıdan qadınlarımız - ARAŞDIRMA
  • 29 Haz 2018, 01:05   
        250
    İyulda hava necə olacaq? - AYLIQ PROQNOZ

    İyulda hava necə olacaq? - AYLIQ PROQNOZ

    İyul ayına olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, iyul ayının birinci ongünlüyünün ortalarında temperaturun iqlim normasına yaxın və havanın nisbətən sərin keçməsinə baxmayaraq, ümumiyyətlə, ay ərzində orta aylıq temperaturun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. İyul ayının birinci ongünlüyündə arabir güclənən şimal-qərb küləyi üstünlük təşkil edəcək.

    Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 23-28, gündüzlər 36-41, bəzi günlərdə 30-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm) olacağı gözlənilir.

    Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 20-25, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 6-16 mm) gözlənilir.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 18-22 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 36-73 mm) olacağı gözlənilir.

    Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayılrayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (10-32 mm) olacağı gözlənilir.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 29-34, bəzi günlərdə 37-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 9-118 mm) gözlənilir.

    Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 22-27, gündüzlər 35-39, bəzi günlərdə 41-43 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 3-22 mm) olacağı gözlənilir.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 23-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 32-37, bəzi günlərdə 40 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 7-33 mm) olacağı gözlənilir.
    loading...