Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bir planetin ulduz tərəfindən udulması qeydə alındı - İLK DƏFƏ - FOTO
  • İnstaqramdan çoxdan gözlənilən yenilik
  • 2018-ci ildə hansı bürclər daha çox qazanacaq? - SİYAHI
  • Prezident hansı məmurların işdən çıxarılacağını açıqladı
  • 2120-ci ildən gəldiyini iddia edən şəxs hamını təəccübləndirdi - Bircə fotoyla
  • Həyəcan təbili: Azərbaycanlıların bədbəxtliyinin günahkarı kimdir?
  • İyulda hava necə olacaq? - AYLIQ PROQNOZ
  • Bakı “Leopard” tanklarının istehsalçıları ilə danışıqlara başladı
  • Nazirlikdən xəbərdarlıq: açıq havada çox qalmayın - Risk
  • Erməni qadından Aprel döyüşləri haqda şok: 15 əsgəri...
  • Misirin məğlubiyyətinə dözmədi, ürəyi partladı
  • Azərbaycan kəndində saxlanılan erməni əsgərin etirafları...
  • Cinayətləri azaltmağın yolu həbsxanaları çoxaltmaq deyil
  • “Instagram”dan yenilik – VİDEO
  • Adlar və soyadlar ilə bağlı qanun layihələrinin taleyi necə olacaq?
  • Yollarda ölümə səbəb olan arakəsmələr - Video
  • Azərbaycanla sərhəddə dəhşətli virus: 3 nəfər öldü
  • Quranın qanunları ilə yaşayan ölkə - Şok nəticə
  • "​1 milyon kişi ilə YATDIM" - Xeyriyyəçi qadın illər sonra ETİRAF ETDİ
  • Vacib tövsiyyələr: İldırımdan necə qorunmalı? – Video
  • Şəkidə çobanı ildırım vurdu
  • Erməni qızlar üsyan etdi — “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik”
  • SON DƏQİQƏ: Tarif Şurası qaz və suyun qiymtini qaldırdı? – İşığın 1 kilovat saatı isə 16 qəpik
  • ABŞ-dan xəbərdarlıq: Gəncəni qoruyun
  • İlham Əliyev Dünya çempionatının açılış mərasimində
  • 19 Haz 2018, 16:28   
        280
    Yollarda ölümə səbəb olan arakəsmələr - Video

    Yollarda ölümə səbəb olan arakəsmələr - Video

    İstirahət günlərində də yollar qəzasız ötüşmür. Bəzi hallarda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri zamanı dəmir arakəsmələr durumu daha da ağırlaşdırır.

    Məsələn, bu günlərdə Bakı-Sumqayıt şosesində paytaxt istiqamətində hərəkətdə olarkən Marat Cəfərovun idarə etdiyi avtomobil dəmir arakəsməyə çırpılıb. Dəmir avtomobilin ön tərəfindən salona girərək arxa şüşədən çıxıb. Nəticədə sərnişinin ayaqları kəsilib. Çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

    Buna bənzər qəza bir neçə gün öncə Hacıqabulda da baş vermişdi. Bu rayonda da avtomobilin dəmir arakəsməyə çırpılması nəticəsində bir nəfər ölmüş, biri isə yaralanmışdı.

    Statistika göstərir ki, baş verən qəzalar zamanı dəmir arakəsməyə çırpılan avtomobillərdə ölüm halları daha çox olur. Ekspertlər bunu həmin təhlükəsizlik sədlərinin keyfiyyətsiz materialdan hazırlanması ilə əlaqələndirirlər.

    Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, təhlükəsizlik sədlərinin əsas məqsədi idarəetmədən çıxan avtomobilə dəyəcək zərbənin fəsadını azaltmaq olmalıdır. Həmin sədlər zərbənin təsir gücünü özünə çəkməlidir. Ona görə də dəmir arakəsmələri beton divarlarla əvəz etmək də çıxış yolu deyil.

    "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən isə bildirdilər ki, yol kənarlarında və çoxzolaqlı yollarda quraşdırılan dəmir arakəsmələr ölkəmizə xaricdən idxal edilir və beynəlxalq standartlara cavab verir. Ona görə də hazırda onların dəyişdirilməsi məsələsi müzakirə mövzusu deyil.
    XEBERTV.AZ Xəzər xəbər-ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
    loading...