Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Əli İnsanovun Prezidentə şok məktubu - Sirləri açır...
  • Günəbaxan yağının ziyanları - Araşdırma
  • Moskvada möhtəşəm Novruz tədbiri kecirilr
  • Azərbaycan XİN-dən Paşinyanın bəyanatına sərt reaksiya
  • Türkmənistan blokada elan etdi: Tacikistan Azərbaycana üz tutdu
  • Prezident yeni islahat anonsu verdi - Bu sahələrdə...
  • Şimali Koreya haqda “yaxşı” film çəkməyə gedən rus rejissor gördüklərindən dəhşətə gəldi
  • "Cahangir Hacıyev türmədə BİR DƏFƏ ÖLÜRDÜ..."-Təzyiqi aşağı düşmüşdü
  • Səmada yaranan qorxunc “dəlik” insanları həyəcanlandırdı – VİDEO
  • İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
  • Bu gün İlaxır çərşənbədir
  • Əli İnsanov dünən və bu gün: nələr deyir? - Video
  • 27 kilometrlik gizli tunel tapıldı - BÖYÜK TƏHLÜKƏ
  • Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər
  • Maykl Ceksonun qızı özünü öldürmək istəyir
  • Feysbuk və Yutub Yeni Zelandiya terrorunun videolarını silir
  • Azərbaycanda genişmiqyaslı təlim - Video
  • Bəs, Avropa ölkələrində edam qadağan idi? - Ərdoğan
  • NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTO
  • Yəhudilərin varlanmaqla bağlı MÖHTƏŞƏM ÜSULLARI: əgər kasıbsınızsa...
  • SON DƏQİQƏ: Qaz və elektrik enerjisi ilə bağlı limitin ləğv olunması təklif edildi
  • Türkiyədə yayımlanan "Savaşçı" serialında Xocalı şəhidləri anılıb.
  • Rus alim xəritə yaydı - İrəvan Azərbaycan ərazisidir - VİDEO
  • Fəzail İbrahimli: “Televiziyanı neçə dəfə ərdə olub ana kimi əxlaq dərsi keçənlərdən təmizləmək lazımdır"
  • Ermənilər Kəlbəcərdən Cəbrayıladək avto-yürüş edəcək - “Bir qarış da torpaq verməyəcəyik!..”
  • 18 Haz 2018, 18:10   
        456
    Quranın qanunları ilə yaşayan ölkə - Şok nəticə

    Quranın qanunları ilə yaşayan ölkə - Şok nəticə

    Bizim ölkəmiz də daxil, əhalisinin böyük əksəriyyəti müsəlman olan bir çox ölkədə müqəddəs Ramazan bayramı qeyd edildi.

    Sözü çox uzatmadan deyim ki, çox qəribə bir məsələ var. Məsələ o ki, dünyada Allahın müqəddəs kitabı Qurani-Kərim əxlaqına tabe olan, islam mədəniyyətinə uyğun yaşayan ölkələrin ən birincisi İrlandiyadır. Yox, əsla təəccüblənməyin əsla, indi İrlandiyanın nömrə bir olmasının səbəbini yazım, siz də ona görə heyrətlənməyə davam edin...

    2016-cı ildə Corc Vaşinqton Universitetində bir müsəlman professor iki köməkçisi ilə birlikdə araşdırma aparıb. Onlar araşdırma zamanı Qurani-Kərimdən ən mühüm əxlaqi dəyərlərin formalaşmasına xidmət edən ayələri seçib, dünya millətlərini bu ən vacib dəyərlərə görə müqayisə ediblər.

    Həmin dəyərlər bunlardır:

    1. Ədalət
    2. Sədaqət
    3. İftira atmamaq
    4. Yalan danışmamaq
    5. Vədindən dönməmək
    6. Vicdanlı və məsuliyyətli olmaq
    7. Haqsızlıq etməmək.

    Bütün əxlaqi dəyərləri nəzərə alaraq, dünya millətlərini rəsmi və qeyri-rəsmi statistikaya görə qiymətləndiriblər. Araşdırmanın nəticələrinə görə, Allahın ən mühüm insani əxlaq hesab etdiyi dəyərlərlə yaşayan bir nömrəli islam ölkəsi İrlandiyadır. İkinci sırada Yeni Zellandiya, üçüncü sırada Finlandiya, ardınca İsveç, Norveç, Danimarka, Kanada və s. gəlir.

    Maraqlısı budur ki, bu sıralamada yer alan ilk islam ölkəsi 39-cu sırada yerləşən Malaziyadır.

    Təsəvvür edirsinizmi, ilk sırada Ərəbistan deyil, Türkiyə deyil, şəriət ölkəsi İran deyil, məhz İrlandiya. Çox qəribə haldır...

    Əslində, bu, məni o qədər də heyrətləndirmədi. Niyəsini deyim: ən azı ona görə ki, mənim Allahı sevməyimin ilk səbəbi ateist iş yoldaşım olmuşdu. Ondan soruşsan, Allah anlayışını qəbul etmir, amma mən elə məhz onun əxlaqında tapmışdım Allahı.

    O adamın yalan danışdığını, kiməsə şər atdığını görməmişəm. Onun bütün insani keyfiyyətləri məni heyrətləndirirdi...

    Bəzən onu ilk dəfə görənlər elə bilirdilər, namaz əhlidir. Sual verəndə ki, niyə belə düşünürsünüz, deyirdilər, üzündə nur var. Bəli, üzü o qədər nurlu idi ki...

    O, əslində, inkar etməsi ilə Allahın varlığını həm də təsdiq etmiş olurdu. Necə ki, Hz.Məhəmmədə peyğəmbərlik verildikdən sonra “Lə İlahə İllallah” dedi. Bu söz bütün allahları inkar etmək və gərçək Allaha üz tutmaq deməkdir: “Yoxdur allah, Allahdan başqa”.

    Və sonda, Quranın Nisa surəsinin 136-cı ayəsindəki bu müraciəti xatırlatmaq yerinə düşəcək: “Ey iman edənlər, iman edin!”

    axar.az
    loading...