Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Litva portalı 20 Yanvardan yazdı
  • “Şəhidləri yumayın- Qiyamət günü hər qan damlası ətrafa müşk qoxusu saçar...”
  • Azərbaycan səmasında qeyri-adi halqa - Foto
  • Gürcü politoloqdan 20 Yanvar faciəsi ilə bağlı - Açıqlama
  • Alimlərdən SOS: Bu dövlətlər sular altında qalacaq
  • Avropa Şurası jurnalistlərə qarşı hücumları pislədi
  • Kosmosdan yerə sirli siqnalları kim göndərir? - Beş versiya
  • Kainatımızın əkizi var, orada vaxt əks istiqamətdə axır - Alimlər
  • Çanaqqala boğazında yanan gəmi ilə bağlı son xəbər
  • "Sarı jiletlilər" hərəkatı İngiltərəyə də çatdı: 100 nəfər...
  • 2019-da uçub, 2018-də eniş edən reyslər – Keçmişə səyahət
  • Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq
  • 2018 Azərbaycan elmində: bir "y", "Rəbb"...
  • Nostradamusun sensasiyalı proqnozu - 2019-cu ildə dünya dağılacaq
  • “TURANA AÇILAN GÖNÜLLER”
  • Həyatın kosmik mənşəli olması sübut olundu
  • 2025-ci ildən siqaret istifadəsi tamamilə qadağan ediləcək - MARAQLI
  • Yapon deputatdan şəhidlərimizlə bağlı örnək addım - Foto
  • Mübariz İbrahimov niyə qəhrəmandır?
  • Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması – Foto
  • Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
  • 2019-da bizi nə gözləyir - Vanqanın proqnozları
  • Dünya Bankı Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır
  • Bürclər - 6 dekabr
  • Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma
  • 11 Haz 2018, 16:34   
        310
    Müşfiq Cabiroğlu son mənzilə yola salınıb
    Müşfiq Cabiroğlu son mənzilə yola salınıb

    Müşfiq Cabiroğlu son mənzilə yola salınıb


    Müşfiq Cabiroğlu son mənzilə yola salınıbMərhumla vida mərasimi keçirilib ALLAH RƏHMƏT ELƏSİN!..

    Dünən Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına, Azərbaycan mətbuatına, ümumən Azərbaycan ictimaiyyətinə
    ağır itgi üz vermişdir.

    zərbaycanın görkəmli
    Xalq şairi Çabir Novruzun
    oğlu və Xalq artisti
    Əliabbas Qədirovun kürəkəni
    tanınmış şair, publisist,
    jurnalist və iActimai xadim
    Müşfiq Cabiroğlu - (Müşfiq Cabir oğlu Novruzov)
    2018-ci il iyunun 10-da -
    53 yaşında qəflətən
    vəfat etmişdir.

    Bu gün Müşfiq Cabiroğlunun yaşadığı binanın qarşısında mərhumla vida mərasimi olub.

    Vida mərasimində
    Azərbaycan Yazıçılar Birliyinin, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları,
    Bakı şəhərindəki Yasamal rayon İcra hakimiyyətinin və Xızı rayonunun İcra Hakimiyyyətinin məsul şəxsləri,
    elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Əvvəlcə Qurani-Kərimdən ayələr oxunub.

    Mərasimi giriş sözü ilə tanınmış bədii qiraət ustası, Respublikanın Əməkdar artisti, “Qızıl qılınc” mükafatı laureatı Ağalar Bayramovaçıb. O, Müşfiq Cabiroğlunun qısa, lakin şərəfli ömür yolu haqqında mərasim iştirakçılarına məlumat verib.

    Sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Rasim Nəbioğlu mərhumun zəngin bədii yaradıcılığı haqqında danışıb.

    Sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru
    Rəşad Məcid öz adından, eləcə də AYB-nin sədri, Azərbaycanın Xalq yazıçısı Anarın adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

    Sonra Bakı şəhərindəki Yasamal rayon İcra hakimiyyətinin və Xızı rayonunun İcra Hakimiyyyətinin nümayəndələri təmsil etdikləri rayonun rəhbərliyi adından mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər.

    Mərhumun tabutu önünə Yasamal rayon İcra hakimiyyəti adından əklil qoyulub, şairin cənazəsinin üzərinə çox sevdiyi təzə-tər qızılgüllər düzülüb.

    Şairin ailə üzvləri mərhumun xatirəsinə göstərilən ehtirama görə bütün mərasim içtirakçılarına
    öz minnətdarlıqlarını bildiriblər.

    Sonra şair Müşfiq Cabiroğlunun cənazəsi son mənzilə yola salınıb.

    Yaxından-uzaqdan gələn insanlar, ictimaiyyət nümayəndələri şairlə vidalaşmaq üçün
    Xırdalan qəbristanlığına gəliblər.
    Mərhumun qələm dostları, poeziya sevərlər, tanınmış elm və mədəniyyət xadimləri
    tanınmış şair-jurnalist, ictimai xadim və ən əsası, gözəl insan olan Müşfiq Cabiroğluna
    son borclarını veririblər.

    İstedadlı şair, tanınmış yazıçı-publisist, jurnalist və ictimai xadim Müşfiq Cabiroğlunun əziz xatirəsi
    Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaqdır.

    Biz də dəyərli dostumuz Müşfiq Cabiroğlunın vaxtsız vəfatından kədərləndiyimizi bildirir,
    mərhumun bütün əzizlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.

    Allah rəhmət eləsin!.. Qəbri nurla dolsun!..
    Məkanı cənnət, Ruhu şad olsun!..


    Müşfiq BORÇALI,
    ZiM.Az
    loading...