Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Erməni qızlar üsyan etdi — “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik”
  • SON DƏQİQƏ: Tarif Şurası qaz və suyun qiymtini qaldırdı? – İşığın 1 kilovat saatı isə 16 qəpik
  • ABŞ-dan xəbərdarlıq: Gəncəni qoruyun
  • İlham Əliyev Dünya çempionatının açılış mərasimində
  • Azərbaycanda enerji qiymətləri 2 dəfə qaldırılır - Tarif Şurasına MÜRACİƏT OLUNDU
  • Müşfiq Cabiroğlu son mənzilə yola salınıb
  • Marsda həyat izi aşkarlandı
  • Alimlərdən şok açıqlama: Ay uzaqlaşır, gün uzanır
  • Günün ulduz falı: 6 iyun, 2018
  • Optik eynəklərin satış qaydaları dəyişdirilir
  • İyulun 1-dən şəbəkə istifadəçiləri vergi verəcək
  • Azərbaycan-Rusiya sərhədində əməliyyat başladı
  • Azərbaycanda pensiya yaşı artırıldı - Görün neçə oldu. DİQQƏT, YENİ QAYDALAR
  • Erməni kəşfiyyatçı: Azərbaycan Ermənistanı iki böləcək
  • SON DƏQİQƏ: Ərdoğanın iqamətgahına HÜCUM ANI: Görüntülər yayıldı - VİDEO
  • Prezidentdən Messiyə şok təhdid: Əgər Qüdsə gəlsən...
  • Yeri hansı ölçüdə asteroid dağıda bilər - ALİMLƏRDƏN DƏQİQ CAVAB
  • İftar vaxtı restoranın ortası çökdü – Video
  • Artıq insanlar barmaq izindən deyil, yerişindən TANINACAQ
  • Geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
  • Ermənilər biryaşlı qızımızı gözümüzün qabağında güllələdilər _ŞƏHİDİM(3)
  • ABŞ çaşbaşdır: Diktatorla görüş olacaqmı?
  • “WhatsApp”da çoxdan gözlənilən funksiya istifadəyə verildi
  • “Hell Azərbaycan”dan zəhərlənən turistlə bağlı AÇIQLAMA - YENİLƏNİB
  • 23 yaşlı azərbaycanlı xanım 6 övlad dünyaya gətirdi
  • 01 Haz 2018, 04:34   
        174
    Geomaqnit qasırğası olacaq - Xəbərdarlıq

    Geomaqnit qasırğası olacaq - Xəbərdarlıq

    Ötən gündən başlayan geomaqnit həyəcanlaşmasının bu gün və qarşıdan gələn günlərdə davam edəcəyi, hətta qasırğaya keçəcəyi gözlənilir.

    Report xəbər verir ki, bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

    O bildirib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 4-dür (maksimum 9 olur), lakin o daha da artacaq: "Yaxın saatlarda və 2 iyun tarixində 55% ehtimalla G1 sinifli qasırğa gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir. Geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hal-hazırda mövcud olan və müsbət polyarlığa malik böyük ölçülü və maraqlı formaya malik “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də Yer planetinə doğru yönəlir. Hal-hazırda “günahkar” plazma küləyinin sürəti 600 km/saniyədir".

    E.Babayev əlavə edib ki, planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır: "Meteoroloji şəraitin dəyişmələri kosmik hava ilə yanaşı neqativ diskomfort effektlərini artırır. Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının (“Aurora borealis”) şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir, adətən, zəif olur. Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər".
    loading...