Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
  • "Ərdoğanla Putin 120 saatdan sonrakı prosesi danışacaq"
  • Ərdoğan: "İkinci günə kimi oradan uzaqlaşmasanız, başınızı əzəcəyik!"
  • Yəhudilər Türkiyəyə dəstək nümayişi keçirdi - Rəsulzadədən sitat gətirdilər - VİDEO
  • Ərdoğandan dünyaya TARİXİ MESAJ: Artıq qəbul etməlidirlər
  • Yerə nəhəng asteroid yaxınlaşır
  • ABŞ-dan gələn müxbir Ərdoğana sual verir:
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • 29 Mayıs 2018, 17:33   
        2 490
    ABŞ-dan xəbərdarlıq: Gəncəni qoruyun

    ABŞ-dan xəbərdarlıq: Gəncəni qoruyun.

    BAKI-XEBERTV.AZ


    Paşinyanın Rusiyaya verdiyi vədlər böyük narahatlıq doğurub

    Rusiya Qərbin Gəncə dəhlizindən istifadəsinə mane olmaq üçün hər şeyə gedə bilər.

    İstiPress-in məlumatına görə, bu barədə ABŞ-da çap olunan “Foreign Policy” jurnalında dərc olunmuş “Azərbaycan Qərbə niyə bu dərəcədə lazımdır?” sərlövhəli məqalə bildirilir.

    Məqalədə bildirilir ki, Rusiyanın Cənubi Qafqaza təsir vasitələrindən biri dondurulmuş münaqişələr vasitəsi ilədir və Dağlıq Qarabağ münaqişəsi xüsusi yer tutur:
    “Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ üstündə münaqişə 1988-ci ildə başladı. Onda Ermənistan Azərbaycanın daxilində yerləşən, əsasən etnik ermənilərdən ibarət regiona iddia etməyə başladı. Bu, tezliklə qanlı müharibəyə çevrildi, 30 minə yaxın adam öldü, yüzminlərlə insan məcburi köçkünə çevrildi. 1992-ci ildə Ermənistanın Silahlı Qüvvələri və Ermənistan tərəfindən dəstəklənən silahlılar beynəlxalq birlik tərəfindən Azərbaycanın 20%-i kimi tanınan əraziləri işğal etdilər ki, bura Dağlıq Qarabağ, həmçinin tam və ya qismən 7 başqa əyalət daxildir”,- deyə məqalədə bildirilir.

    Bir faktı qeyd etmək lazımdır ki, “Foreign Policy” jurnalı Karneqi Fondu tərəfindən yaradılıb və Fondun ABŞ hakimiyyətinə təsiri böyükdür. Bu jür nüfuzlu jurnalda açıq şəkildə Dağlıq Qarabağın Azərbaycan ərazisi olması və işğalın Ermənistan Silahlı Qüvvələri tərəfindən həyata keçirilməsinin vurğulanması Qərbin münaqişəyə münasibətinin getdikcə durulmasını ortaya çıxarır.

    ABŞ-dan xəbərdarlıq: Gəncəni qoruyun

    Gəncə dəhlizindən keçən neft və qaz kəmərləri
    Azərbaycanın, xüsusilə Gəncə dəhlizinin Qərb üçün önəmindən danışılan məqalədə buradan keçən Bakı - Tiflis - Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, neft və boru kəmərləri, magistral avtomobil yolu üçün problemlər yarana biləcəyi vurğulanır. Əsas arqument kimi onların Dağlıq-Qarabağ münaqişəsi zonasına, qoşunların təmas xəttinə yaxın yerləşdirilməsi göstərilir: “Moskva bilir ki, istənilən iri zorakılıq təzahürü bu boru kəmərlərinin fəaliyyətinə təhlükə yaradacaq. Rusiyanın Ermənistana təsir gücü nəzərə alınarsa, yeni döşlərin başlaması elə də çox vaxt aparmayacaq”.
    Məqalədə o da vurğulanır ki, hakimiyyətin dəyişməsinə baxmayaraq Ermənistanın iqtisadiyyatı və təhlükəsizlik məsələləri Rusiyanın təsiri altında qalır: “Populist ritorikasına baxmayaraq Paşinyan İrəvanın Moskva ilə möhkəm ittifaqda olduğunu təsdiq etdi”.

    Ola bilər ki, Paşinyan Soçidə Rusiya lideri Vladimir Putinə hansı vədlər verib və qərb artıq bundan xəbərdardır. Təsadüfi deyil ki, Karneqi Fondunun analitiki Tomas de Vaal da Paşiyanın son bəyanatlarından sonra qərb ölkələrini Azərbaycanın müharibə hüququnu dəstəkləməyə çağırıb.

    “Foreign Policy” jurnalında çap olunmuş bu məqalədə də eyni fikir vurğulanır: “Qərb istənilən halda dəstəyini Ermənistana yox, Azərbaycana verməlidir”.
    loading...