Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Vəliəhddən inanılmaz qərar: Bu borclarını özü ödəyəcək
  • Bizi dözülməz istilər gözləyir - Nazirlik rəsmisi: “Yüksək temperatur proqnozlaşdırırıq”
  • Dünya bunu da GÖRƏCƏK: 30 yaşa qədər…
  • Ermənistanı qan gölünə çevirməyə SÖZ VERDİLƏR – Terror qruplaşması HƏRƏKƏTƏ KEÇİR
  • Gecəni qəribə səslər gələn tuneldə keçirdi və... - Video
  • "Viaqra"nı tarixə qovuşduran İNANILMAZ KƏŞF: Cəmi 1 iynə ilə
  • Xankəndi-Şuşa kanat yolunun tikintisinə başlanacaq - Xeyriyyə fondları hesabına
  • Prezidentin Naxçıvandan İrəvana mesajı: Ordu hazırdır
  • Rusiyanın “Qiyamət günü” silahının göstəriciləri məlum oldu
  • İsraildən gələn kamikadzelər Ərdoğanı öldürəcək - Şok iddia
  • “Instagram”da “like”lar pullu ola bilər
  • Alpinistlərin meyiti Patoloji Anatomiya Birliyinə aparılır
  • Qüdsü azad edən, 3 lideri diz çökdürən azərbaycanlı - Video
  • "Qarabağı qarabağlılar qorusun"- Qızını erməniyə verən diaspor sədri
  • Yaxın 3 gündə hava kəskin soyuyacaq
  • Fərəh xanımın etimadı doğruldacağına əminəm!
  • “Yaxında bayrağımız Xankəndidə dalğalananacaq” – Prezidentin köməkçisi
  • “181 ölüyə pensiya yazılıb” – Səlim Müslümovun yoxlanılmasının rəsmi nəticəsi açıqlandı
  • XOŞ GƏLDİN DƏNİZ, AD GÜNÜN MUBARƏK
  • Günün ulduz falı:
  • Orucla bağlı şokedici faktlar
  • Prezident pasport və şəxsiyyət vəsiqəsi ilə bağlı ard-arda fərman imzaladı - DƏYİŞİKLİK
  • Ən seksual qoxular – 5 saniyəyə temperaturu artırır
  • Elmdə orucluqla bağlı sübut olunmuş ŞOKEDİCİ FAKTLAR - Alimlərdən MÜDHİŞ RƏYLƏR
  • Əhaliyə son dəqiqə xəbəri - Millət hazır ol!
  • 09 May 2018, 03:42   
        9 077
    Əhaliyə son dəqiqə xəbəri - Millət hazır ol!


    “Döyüşə başlamaq üçün məqam gözləyirik” – Polkovnik Ramaldanov

    BAKI-XEBERTV.AZ

    Ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri içərisində Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları olan yük avtomobilini atəşə tutublar. 02-AC-416 dövlət nömrə-nişanlı “KamAZ 43114” markalı avtomobil gülləbaran edilib. İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb.

    Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, ermənilərin təxribatı gözlənilirdi.

    “Ermənistanda vəziyyət çox gərgindir. Daxili problemlərdən diqqəti yayındıra biləcək istiqamət isə Qarabağdır. Biz bunu gözləyirdik. Hətta bu vəziyyətdə təxribatların artma riski çoxalıb. Bununla bağlı hansısa fövqəladə vəziyyət də yarana bilər. Təxribatların məqsədi ondan ibarətdir ki, Azərbaycanı adekvat addım atmağa məcbur etsinlər və bununla Sarkisyanın komandasının hakimiyyətinin möhkəmlənməsinə nail olsunlar. Hazırda Silahlı Qüvvələrimiz cavab atəşi ilə təxribatların qarşısını alır, atəş nöqtələrini susdurur. Biz vəziyyəti izləyirik və nəzarətdə saxlayırıq”.

    Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır vəziyyətdədir

    Ehtiyatda olan polkovnik qeyd edib ki, Ermənistanda olan vəziyyət təxribat riskini çoxaltsa belə, bu, işğalçı ölkənin xeyrinə olmaya da bilər: “Ermənistanda hakimiyyətsizlikdir. Cəmiyyət parçalanıb. Bu fonda Ermənistan silahlı qüvvələri psixoloji təsir altındadır. Azərbaycan Ordusu bir məqamı gözləyir. Amma bu məqam Ermənistanla bağlı yox, marağı olan dövlətlərin təsirindən asılıdır. O təsir minumuma enəndə Azərbaycan Silahlı Qüvvələri tarixi şansdan istifadə edərək torpaqlarımızı işğaldan azad edəcək. Bunun deməyə əsaslar da var. Çünki Ermənistanda rəhbərliyə kim gəlirsə-gəlsin işğalçı siyasət dəyişməyəcək. Nikol Paşinyan da Qarabağ siyasətini sərt ifadələrlə açıqladı. Ona görə də hesab edirəm ki, sülh yolu ilə münaqişənin həlli minuma enib, hərb yolu ilə həlli isə maksimuma çatıb. Sadəcə məqamdır. Ermənistandakı hərc-mərclik dövründə üçüncü dövlətlər Qarabağa təsirlərini minumuma endirəcəklər və bu məqamda Azərbaycan Silahlı Qüvvələri öz vəzifələrini yerinə yetirməli olacaq”.

    İşğala son qoymaq üçün tarixi şans 1 dəqiqə, 1 saat, 1 aydan sonra da ola bilər

    “Biz müharibə şəraitindəyik. İşğal olunmuş torpaqlar azad olunmayana qədər bu vəziyyət dəyişməyəcək. İşğal olunmuş torpaqlarımızı azad etmək üçün tarixi şans hər an yetişə bilər. Bu, 1 dəqiqə, 1 saat, 1 aydan sonra da ola bilər. Cəmiyyət yaranmış vəziyyətlə əlaqədar işğala son qoyulmasına çağırış edirsə, bu, Azərbaycan prezidentinə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanına bir daha Qarabağla bağlı birliyini nümayiş etdirir. Qarabağla bağlı bir mövqedən çıxış edərək öz dəstəyini göstərirlər. Bu, Azərbaycanın gələcəkdə ordunun gücü ilə ərazi bütövlüyünü bərpa etməsi baxımından çox böyük amildir. Azərbaycan vətəndaşı aprel hadisələrindən bu günə qədər hələ də sakitləşməyib”.

    Dağlıq Qarabağdakı hərbi birləşmələrin İrəvan ətrafına cəmləşdirilməsinə gəlincə Ş.Ramaldanov deyib: “Ermənistandakı Qarabağ klanı başa düşür ki, vəziyyət onların ziyanına dəyişə bilər. Ona görə tədbirlər alırlar ki, daxildə olan hərc-mərcliyə son qoyulsun. Yəni əhalini müəyyən şəkildə hazırkı yanaşmasından çəkindirsinlər. Burada güc varinatı da ola bilər. Çünki danışıqlar heç bir nəticə vermir. Qarabağ klanı bütün vəzifələri tutmaqdadır. Onlar çalışırlar ki, nəyin bahasına olursa-olsun varlıqlarını davam etdirsinlər. Hərbi birləşmələr İrəvana istiqamət alıbsa, deməli hansısa tapşırıq alıblar”.

    mənbə /azerinfo.az
    loading...