Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Cəbhədən son xəbərlər: Daha 13 kənd işğaldan azad edildi
  • Raket hücumu zamanı bərdədə yaralanan şəxslərin adları AÇIQLANDI - FOTO/SİYAHI
  • “Google” sərhəddə sifəti tanıyacaq
  • Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı
  • Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq - CANLI
  • Düşmən geri oturduldu, qərargah rəisi məhv edildi - Video
  • Ermənistan Bərdəni bu raketlə vurub
  • Qubadlı rayonunun Xanlıq kəndi
  • Hikmət Hacıyev: "Yaşayış məntəqələrimizə 200-dən artıq mərmi atılıb"
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • İşğaldan azad olunan ərazilərdə əhalinin sayı açıqlandı
  • Torpağından qovulan uşaq tankla qayıtdı - Foto
  • 05 Mayıs 2018, 16:43   
        1 705
    “Ərəblər qızlarımızla kef eləməyə gəlirlər -Biz bu qədər qeyrətimizi itirmişik?"

    “Sovet ittifaqı dövründə də otellərdə, başqa yerlərdə əxalqdan kənar məsələlər olurdu. Amma indi belə hallar daha da dərinləşib. Bu gün otellərdə, masaj salonlarında xoşagəlməz hallara rast gəlinir. Biz bu barədə məlumatlara tez-tez mətbuatda da rast gəlirik. Hətta orada yetkinlik yaşına çatmayan qızları istismar edirlər. Pul qazanmaq yaxşı şeydir. Amma elə şeylər var ki, xalqımızın milli adət-ənənələrinə uyğun deyil. Bəzən deyirlər ki, adət vacib deyil, hüquq vacibdir. Amma bizdə qanunun və hüququn bir mənbəyi adətimizdir”.


    Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclsin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

    “Ərəblər qızlarımızla kef eləməyə gəlirlər -Biz bu qədər qeyrətimizi itirmişik?"

    Deputat hesab edir ki, masaj salonlarının fəaliyyətini məhdudlaşdırmaq lazımdır.

    “Ən azından müvafiq orqanlar buna nəzarət etməldilidir. Həmçinin otellərə də ciddi nəzarət olunmalıdır. Mən demirəm ki, ərəblər Azərbaycana gəlməsin. Gəlsinlər. Sizə bir fakt deyim. Deməli, qonşuluğumuzdakı binada 7-8 ərəb oğlan bir kirayə ev tutub və 2 azərbaycanlı qızla qalırlar. Bu yaxınlarda qonşularla onlar arasında böyük bir narazılıq yarandı. Həmin qızlar qonşulara dedilər ki, sizin nəyinizə lazım, biz belə həyat tərzi seçirik. Bu nə deməkdir? Nə biabırçılıqdır? Sizinlə açıq danışacam. O vaxtlar bizdən Rusiyaya gedənə deyirdilər ki, kef etməyə gedir. Ancaq indi bəzi ərəb ölkələrindən Azərbaycana kef eləməyə gəlirlər. Bizim obrazımız nədir? Yəni, biz bu qədər ləyaqətsizik? Biz bu qədər qeyrətimizi itirmişik? Belə çıxışıma görə, sosial şəbəkələrdən, hətta rəhbər şəxslər də mənə irad tuturlar. Mən bu məsələdə heç vaxt geri duran deyiləm. Biz dövlətimizin, xalqımızın namusunu çəkməliyik”.



    T.Kərimli deyib ki, cəmiyyətimizdə də deputatlara inam yoxdur.

    “Deyirlər ki, düz deyirsən. Amma deputat olduğuna görə, sənə inanmıram. Sənin burada hansısa hiylən var. Biz millətimizi mənfi tendensiyalardan qorumalıyıq”.
    loading...