Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
  • "Bütün qız uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənilsin" - deputatdan təklif
  • 01 Mayıs 2018, 05:23   
        525
    Müharibə elanı üçün İCAZƏ, 5 dövlətin Qarabağ PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

    Ermənistan parlamentdə baş nazir seçkiləri üzrə xüsusi iclas keçirilib. Türkiyənin Səadət Partiyası prezidentliyə namizədini açıqlayıb. Suriyanın Deyr əz-Zor bölgəsində PYD/PKK terror təşkilatı ilə Bəşər Əsəd rejiminin qüvvələri arasında yaşanan qarşıdurmanın detalları məlum olub. İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramına dair yeni kəşfiyyat məlumatları açıqlaması gündəmdə bomba effekti yaratdı. Knesset baş nazir Benyamin Netanyahu və müdafiə naziri Aviqdor Libermanın müharibə elan etməsinə icazə verən qanunu təsdiqləyib.

    Bu gün Ermənistanda baş nazirin seçilməsi üçün parlamentin xüsusi iclası keçirilib.

    “Ermənistan hakimiyyət dəyişikliyindən sonra Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü qalacaq. Bu, ümumxalq hərəkarın məntiqinə söykənir”. Bunu Ermənistan müxalifətinin lideri, “Yelk” parlament fraksiyasının başçısı Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə keçirilən iclasda çıxışı zamanı bildirib.

    “Xalq daxili həyatda və ictimai-iqtisadi siyasətdə dəyişikliklər tələb edir. Xalq xarici siyasət dəyişikliklərini tələb etmir”, - baş nazir postuna yeganə namizəd deyib.

    O qeyd edib ki, Rusiya Ermənistanın strateji müttəfiqi olaraq qalır. Bundan başqa, müxalifətçinin sözlərinə görə, ölkə İran, Avropa İttifaqı ölkələri və ABŞ-la əməkdaşlığı davam etdirəcək.

    “Heç bir şübhə yoxdur ki, milyonlarla erməni Ermənistana qayıdacaq və milyardlarla investisiya gətirəcək”. Bunu Ermənistan müxalifətinin lideri, “Yelk” parlament fraksiyasının başçısı, baş nazir postuna yeganə namizəd Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə keçirilən iclasda çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, bu, Ermənistanın təhlükəsizlik səviyyəsini və müdafiə qabiliyyətini yüksəldəcək. Baş nazir postuna namizəd qeyd edib ki, bu həm də Dağlıq Qarabağ münaqişəsinin “ermənilərin xeyrinə” həlli üçün ilkin şərtləri yaradacaq.

    “Ermənistan hərbi xərclərin artımına ehtiyac duyur”. Bunu Ermənistan müxalifətinin lideri, “Yelk” parlament fraksiyasının başçısı, baş nazir postuna yeganə namizəd Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə keçirilən xüsusi iclasda çıxışı zamanı bildirib.

    “Ermənistanda hərbi xərclər regiondakı vəziyyətlə adekvat olmalıdır. Hesab edirəm ki, indi Ermənistan hərbi xərclərin artımına ehtiyac duyur və biz bunu büdcə daxilolmaların artması ilə paralel edə biləcəyik”, - Paşinyan deyib.

    Ermənisanda baş verənlər dövlət çevrilişidir və bunun başqa adı yoxdur. Bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.

    Onun fikrincə, hakimiyyət “heç yerdə hədiyyə deyil” və Ermənistanda hökm sürən korrupsiya və kasıblığa baxmayaraq bu cür radikal addımlar atmaq gərək deyildi.

    “İndiki rəhbərliyi devirən ermənilər ondan daha betər hakimiyyət alacaqlar”- Jirinovski özünün Teleqram səhifəsində yazıb.

    LDPR lideri bir daha ənənəvi mövqeyinə qayıdaraq bildirib ki, MDB ölkələrini “daxili çaxnaşmalardan, qan axıdılmasından” ancaq Rusiya xilas edə bilər. Amma bir şərtlə-gərək həmin ölkələr “ata evinə geri qayıtsınlar”. Jirinovskinin mövqeyinə görə, Rusiyanın tərkibində yenidən Tiflis, Bakı, İrəvan, Kiyev və Odessa quberniyaları yaradılmalıdır.

    Türkiyənin Səadət Partiyası (SP) prezidentliyə namizədini açıqlayıb. Partiyanın sədri Temel Karamollaoğlu SP-nin namizədi olub.

    Qeyd edək ki, iyunun 24-də növbədənkənar seçkilər keçkriləcək. Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) prezident seçkilərində AKP-nin sədri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcək.

    Bundan başqa, İYİ Partiyasının sədri Meral Akşener və Vətən Partiyasınin sədri Doğu Perinçek 100 min imza toplayaraq prezidentliyə namizəd olacaqlarını açıqlayıb.

    Daha əvvəl Xalqların Demokratik Partiyası (HDP) partiyanın həbsdə olan həmsədri Səlahəddin Demirtaşın namizədliyini irəli sürmüşdü.

    Suriyanın Deyr əz-Zor bölgəsində PYD/PKK terror təşkilatı ilə Bəşər Əsəd rejiminin qüvvələri arasında yaşanan qarşıdurmanın detalları məlum olub. Qarşıdurmada ABŞ, İsrail və PKK terror təşkilatının rejimə qarşı birgə əməkdaşlığı olub.
    ABŞ Müdafiə naziri Ceyms Mettis isə deyib ki, ABŞ aprelin 30-da Suriya ərazisinə heç bir zərbə endirməyib. Mettis hazırda Suriya Demokratik Qüvvələrinin əlində 400 İŞİD döyüşçüsünün əsir olaraq saxlanıldığını bildirib.

    İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramına dair yeni kəşfiyyat məlumatları haqqında Rusiya prezidenti Vladimir Putinə məlumat verib və materiallarla ətraflı tanış olmaq üçün işçi qrupunu göndərməyi təklif edib. Bu haqda “RİA-Novosti” agentliyinə Qüdsdəki yüksək vəzifəli mənbə bildirib.

    “Netanyahu telefon söhbətində materialların məzmunu haqqında Putinə məlumat verdi. O, materiallarla tanış olmaq üçün işçi qrupunu dəvət etdi”, - agentliyin həmsöhbəti deyib.


    Netanyahu Putinə gizli sənədlər barədə məlumat verdi
    İsrail parlamenti Baş nazir Benyamin Netanyahu və Müdafiə naziri Aviqdor Libermanın müharibə elan etməsinə icazə verən qanunu təsdiqləyib. Qanuna əsasən, baş nazir və müdafiə naziri hökumətdən razılıq almadan müharibənin başlanmasına qərar verə biləcək.

    Qanunun əleyhinə 41, lehinə 62 deputat səs verib.

    İranın hərəkətləri Yaxın Şərqdə müharibəyə gətirib çıxara bilər. Bunu İsrailin baş naziri Benyamin Netanyahu CNN telekanalına müsahibəsində bildirib.

    İran-İsrail münasibətlərindəki indiki böhranın müharibəyə çıxarıb-çıxarmayacağı barədə suala cavab olaraq, baş nazir bildirib ki, hadisələrin belə inkişafını heç kim arzu etmir.

    “Yalnız İran regionda oyun qaydalarını dəyişməyə çalışır. Yalnız İran Yaxın Şərqdə hər dövlətlə bağlı təcavüz siyasətini nümayiş etdirir”, - hökumət başçısı deyib.

    O dünya dövlətlərini İrana təzyiq göstərməyə çağırıb. Netanyahunun sözlərinə görə, bu, müharibənin qarşısını almaq üsuludur.

    “Tarix bizə öyrədir ki, zülm və təcavüzün qarşısının erkən mərhələlərdə alınması, faciənin qarşısını alır. Və əgər siz bunu etmirsinizsə, onda bədbəxtliyə səbəb olursunuz”, - o əlavə edib.

    Netanyahu İsraildə nüvə arsenalının mövcudluğu haqqında suala birbaşa cavabdan yayınıb.


    “Biz həmişə deyirik ki, ona birinci əl atmayacağıq”, - baş nazir yekunlaşdırıb.

    publika.az
    loading...