
Azərbaycan prezidenti ilk rəsmi səfərini Türkiyəyə edəcək
İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Haber7” məlumat yayıb.
Səfərin aprelin 25-də baş tutacağı bildirilir.
Azərbaycan prezidentinin səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırmla görüşü nəzərdə tutulur.