Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması – Foto
  • Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
  • 2019-da bizi nə gözləyir - Vanqanın proqnozları
  • Dünya Bankı Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır
  • Bürclər - 6 dekabr
  • Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma
  • NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz onları görə bilməmişik"
  • İlham Əliyevdən rus jurnalistə: Azərbaycanca gözəl danışırsız
  • Hüquq eksperti İsmayıl Zalov növbəti dəfə cəasrətli addımı ilə yadda qalıb.
  • Bürcləri 2019-cu ildə NƏ GÖZLƏYİR: SARI DONUZ kimlər üçün DÜŞƏRLİ OLACAQ?
  • Azərbaycan səmasında qırıcı taranı: “Vur” əmrinə görə...
  • ATU-nun keçmiş əməkdaşından prezidentə NÖVBƏTİ MÜRACİƏT 2018-11-28 13:26:59| Ölkə /
  • “Çırpınırdı Qara dəniz”dən sonra “Cənab leytenant” “Savaşçı"da hansı tərzdə səsləndiriləcək?
  • Çində qum qasırğası - VİDEO
  • Avropanı şok edən olay: 9 türk 90 minlik orduya qarşı
  • Komitə sədri: "Azərbaycanlı qadınlar Ermənistanda dözülməz şəraitdə saxlanılır"
  • Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!
  • Son dəqiqə!!! - Əhaliyə qəti xəbərdarlıq edildi - RƏSMİ
  • Djb.az xəbərlər və informasiya saytı yeni bir uğura imza atdı.
  • 6 kameralı smartfonlar gəlir: 2019-da...
  • Dünyada GÖRÜNMƏMİŞ HADİSƏ: 17 yaşlı qız balıqdan HAMİLƏ QALDI - FOTOLAR
  • Övladı qaraciyər serrozundan əziyyət çəkən ana kömək istədi - VİDEO
  • PREZİDENTİN SƏRƏNCAMINI YERİNƏ YETİRMƏYƏN MƏMURLAR KİMƏ ARXALANIR???
  • “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  • Leyla Əliyeva hindistanlı yoqinin mühazirəsində - Fotolar
  • 03 Nis 2018, 17:10   
        2 632
     Ölüm hər kəsə çox yaxındır


    BAKI-XEBERTV.AZ


    Ölüm hər kəsə çox yaxındır

    Hər kəsin bildiyi bir həqiqətdir ölüm. Halbuki ölüm çox yaxşı bilinsə də, bir çox insanlar ölüm haqqında düşünmür, yaxud da ölümü özündən uzaq görür, dünya həyatının heç bitməyəcəyini zənn edirlər. Ölümlə bağlı söhbət düşəndə “Allah uzaq eləsin”, “ağzını xeyirə aç” və s. kimi ifadələr işlədərək mövzunu dəyişməyə çalışırlar. Hal-hazırda dünyada yaşayan və mütləq şəkildə ölümlə qarşılaşacaq insanlar niyə onu özlərindən uzaq görürlər? Niyə insanlar ölümdən sonrakı həyatı haqqında düşünüb onun üçün yaşamırlar?
    Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Ali İmran surəsi, 185)
    Ölüm haqqında nə qədər düşünülməsə də, bu mövzudan qaçınılasa da, ölümlə hər birimiz qarşılaşacağıq. Ancaq ölüm son deyil, ölüm sadəcə olaraq bu dünyadakı həyatımızın sonu, axirət həyatımızın başlanğıcıdır. İnsan nə qədər bu dünya üçün çalışsa da, çox yüksək məqamlara çatsa da, edəcəyi nə qədər işlər qalsa da, yenə də qarşılaşacağı son ölümdür. İstər varlını, istər kasıbı, istər alimi, bir sözlə, ölüm hər kəsi gözləyir, yaşadığımız hər an da bizi ölümə doğru aparır. Bundan başqa, insanlarda yanlış fikir var ki, ölüm yalnız qocalar və xəstələr üçündür. Xeyr, ölüm bir qocaya nə qədər yaxındırsa, bir cavana da o qədər yaxındır. Bir xəstəyə nə qədər yaxındırsa, həyat dolu gənc bir insana da o qədər yaxındır. Heç kəs ölümü özündən uzaq görməməlidir. Demək olar ki, hər gün həyatımızda, sosial şəbəkələrdə, qohum-əqrəbalar arasında bu cür ölüm xəbərlərini eşidirik, hətta çox yaxınlarımızı belə itirə bilirik. Ancaq bir çox insan müəyyən müddət bunun təsiri altında qalsa da, çox qısa zamanda bunu unudur və yenidən dünya həyatına özünü qapdıraraq heç ölməyəcəkmiş kimi yaşayır.
    Bizə can verən Allahdır, bizi dünyaya gətirən və yaşadan da Allahdır. Allah dilədiyi və qədərdə yazdığı zamanda da bir gün canımızı Ona təhvil verəcəyik. Yaşadığımız dünya həyatında imtahan olunuruq, bu imtahanlar sayəsində əxlaqımız ortaya çıxır: insan dünyadakı əməlləri sayəsində ya cənnətə, ya da cəhənnəmə gedir. Dünya həyatı nə qədər uzun, gözəl, sonsuz görünsə də, unutmayın ki, bir gün ölümlə qarşılaşacaqsınız. Sabah üçün, yaxud da bir neçə illər üçün plan qura bilərsiniz, ancaq bu planların reallaşıb-reallaşmayacağı məlum deyil. Məlum olan odur ki, sizi ölüm gözləyir, bu ən labüd plandır. Bunun üçün hazırlıq görməyi unutmayın. Allah üçün etdiyiniz heç bir şey boşuna deyil, hər şeyin ən gözəli ilə qarşılıq tapacaqsınız inşaAllah. İnsana düşən yaşadığı bu qısa həyatını ən gözəl şəkildə Allah üçün yaşamasıdır.
    Sənə ölüm gələnədək Rəbbinə ibadət et. (Hicr surəsi, 99)
    Nəzakət Bədirova
    loading...