Xəbər lenti
Axtar
29 Mrt 2018, 16:19   
    313
Yeni və ucuz internet gəldi: 1 anda 20 film yükləmək olur

Yeni və ucuz internet gəldi: 1 anda 20 film yükləmək olur

Lay-Fay (Light Fidelity) internetə giriş üçün yeni bir texnologiyadır. Bu texnologiyanın üstünlüyü Vay-Faydan ucuz və daha sürətli olmasıdır.

XEBERTV.AZ xəbər verir ,bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz lay-fayla bağlı yeni məlumatları şərh edərkən deyib. O bildirib ki, ucuz və sürətli olması ilə yanaşı, bu texnologiyanın bir sıra mənfi xüsusiyyətləri də var:

“Lay-Fayın özəl cəhəti onun işıq dalğaları ilə işləməsidir. Loru dildə desək, “lampanı yandır, internetə daxil ol”. Bu texnologiyanın tətbiqində bəzi problemlər var ki, onlardan başlıcası da günəş işığına həssas olmasıdır. Qapalı şəraitdə Lay-Fay Vay-Faydan bəlkə də üstündür. Ancaq açıq fəzada, gündüzlər Lay-Fayla internetə qoşulduqda problemlər yaranır. Digər bir mənfi cəhəti isə lapmanın işığı bir divarlardan, o biri tərəfə keçə bilmədiyi üçün Lay-Faydan yalnız bir otaqda istifadə etmək imkanıdır. Digər otaqlarda da bu texnologiya ilə internetə daxil olmaq üçün şəbəkə qurmaq lazımdır”.

Osman Gündüz Lay-Fay üçün lisenziyaya ehtiyac olmadığını bildirib:

“Bu texnologiya müsbət istiqamətdə addım-addım inkişaf edir. Lay-Fayda tezlik olmadığı üçün lisenziyaya da ehtiyac olmur. Ola bilər ki, yeni texnologiya yaxın gələcəkdə istifadə oluna bilər. Məndə olan məlumata görə, Azərbaycanda bu internet növündən hələlik istifadə edilmir”.

Qeyd edək ki, 1 saniyədə 20 film və ya 10-15 arası böyük həcmli AAA tipli oyunların yüklənməsinə imkan verən Lay-Faydan artıq “Filips” şirkəti istifadə etməyə başlayıb.
loading...