Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
  • 2019-da bizi nə gözləyir - Vanqanın proqnozları
  • Dünya Bankı Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır
  • Bürclər - 6 dekabr
  • Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma
  • NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz onları görə bilməmişik"
  • İlham Əliyevdən rus jurnalistə: Azərbaycanca gözəl danışırsız
  • Hüquq eksperti İsmayıl Zalov növbəti dəfə cəasrətli addımı ilə yadda qalıb.
  • Bürcləri 2019-cu ildə NƏ GÖZLƏYİR: SARI DONUZ kimlər üçün DÜŞƏRLİ OLACAQ?
  • Azərbaycan səmasında qırıcı taranı: “Vur” əmrinə görə...
  • ATU-nun keçmiş əməkdaşından prezidentə NÖVBƏTİ MÜRACİƏT 2018-11-28 13:26:59| Ölkə /
  • “Çırpınırdı Qara dəniz”dən sonra “Cənab leytenant” “Savaşçı"da hansı tərzdə səsləndiriləcək?
  • Çində qum qasırğası - VİDEO
  • Avropanı şok edən olay: 9 türk 90 minlik orduya qarşı
  • Komitə sədri: "Azərbaycanlı qadınlar Ermənistanda dözülməz şəraitdə saxlanılır"
  • Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!
  • Son dəqiqə!!! - Əhaliyə qəti xəbərdarlıq edildi - RƏSMİ
  • Djb.az xəbərlər və informasiya saytı yeni bir uğura imza atdı.
  • 6 kameralı smartfonlar gəlir: 2019-da...
  • Dünyada GÖRÜNMƏMİŞ HADİSƏ: 17 yaşlı qız balıqdan HAMİLƏ QALDI - FOTOLAR
  • Övladı qaraciyər serrozundan əziyyət çəkən ana kömək istədi - VİDEO
  • PREZİDENTİN SƏRƏNCAMINI YERİNƏ YETİRMƏYƏN MƏMURLAR KİMƏ ARXALANIR???
  • “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  • Leyla Əliyeva hindistanlı yoqinin mühazirəsində - Fotolar
  • Bu gün Dövlət Bayrağı Günüdür
  • 29 Mrt 2018, 16:14   
        529
     Babək necə məğlub edildi? - Ən məxfi fakt

    Babək necə məğlub edildi? - Ən məxfi fakt

    833-cü ildə xəlifə əl-Məmunun ölümündən sonra xürrəmilər hərəkatı yeni qüvvə ilə alovlandı. Nizamülmülkün yazdığına görə, üsyan İsfahan, Fars və bütün Kuhistanı bürüdü. 20 illik hakimiyyəti ərzində xürrəmilərə qarşı daim mübarizə aparan xəlifə əl-Məmun qardaşı əl-Mötəsimə vəsiyyətində xürrəmilərlə müharibəyə qətiyyətli və amansız adam göndərməyi tövsiyə etdi.

    XEBERTV.AZ xəbər verir ki, bu barədə “Viki kitab” elektron ensiklopediyasında qeyd edilib. Məqalədə Xürrəmilər hərəkatı ilə bağlı az bilinən bəzi məlumatlar və Babəkin sonunu gətirən səbəblər barədə yazılıb:

    “Yeni xəlifə mərhum qardaşının vəsiyyətinə əməl edərək, xürrəmilərlə müharibəyə ciddi hazırlaşmağa başladı. Əl-Mötəsim anlayırdı ki, bu hərəkata qarşı mübarizənin boş buraxılması Xilafətin öz varlığı üçün təhlükə törədə bilər. 833-cü ildə Həmədan döyüşündə ərəblər 60 min üsyançını həlak etdilər. Xürrəmilərin 14 min nəfərdən ibarət olan hissəsi Bizansa qaçdı. Mənbələrdə onların Bizansda xristianlığı qəbul edərək ərəblərə qarşı aparılan hərbi əməliyyatlarda fəal iştirak etməyə başladıqları yazılır. Həmədan uğurundan sonra xəlifə Mötəsim başa düşdü ki, xürrəmilər üzərində qələbə qazanmaq üçün Bizansa qarşı aparılan müharibəni dayandırmaq lazımdır. Bizans-ərəb sərhədində əldə edilmiş dörd illik (833-837-ci illər) sakitlik Babəkə qarşı bütün Xilafət qüvvələrini səfərbər etmək imkanı verdi.

    Mötəsim Zəncan-Ərdəbil yolu boyunca hərbi hissələrin yerləşdirilməsini əmr etdi. Ərdəbil və Samirə şəhərləri arasındakı rabitə sistemi yenidən bərpa olundu. Bu yolun hər fərsəxində istənilən məlumatı lazımı ünvana çatdırmağa hazır olan atlı qasidlər yerləşdirildi. Yüksəkliklərdə duran gözətçilər bir-birilərini görə və atlı qasidlərin hərəkəti haqqındakı xəbəri bir-birilərini səsləməklə çatdıra bilirdilər. Bu yolla göndərilən xəbər cəmi dörd günə baş komandanın qərargahından xəlifə sarayına çatdırılırdı.

    Xəlifə yalnız bu hazırlıq tədbirlərindən sonra istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu xürrəmilərlə döyüşəcək xəlifə qoşunlarının baş komandanı təyin etdi. Təkcə 837-ci ildə Babəklə müharibəyə bir milyon dirhəm xərcləyən Mötəsim, hərbi əməliyyatlar olmayan günlərdə Afşinin özünə xəzinədən hər gün 5 min dirhəm, döyüş günlərində isə 10 min dirhəm ödənilməsini təmin etmişdi. Ərdəbilə gələn Afşin xürrəmilərin dağıtdığı strateji əhəmiyyətli qalaların bərpasının sürətləndirilməsini, öz qərargahının isə Bəzzə daha yaxın yerə - Bərzəndə köçürülməsini əmr etdi.

    Bütün bu vaxt ərzində xürrəmi dəstələri tez-tez ərəb hərbi hissələrinə hücumlar edirdilər. Müaviyənin başçılıq etdiyi bu dəstələrdən biri xeyli ərəb əsgərini əsir aldı, sonra isə Bəzz qalasına doğru yönəldi. Öz qoşunlarını yenidən toplayan Əbu Səid, Sindəbəyə adlanan yerdə Müaviyənin dəstəsini haqladı və xürrəmilər Xilafətin nizami qoşunları tərəfindən məğlub edildilər. Ələ keçmiş xürrəmilər edam edildilər, başları isə Samirəyə göndərildi. Bu hadisə xürrəmilərin tezliklə darmadağın olunacağını hiss edən müttəfiqləri Babəkdən uzaqlaşdırdı. O müttəfiqlərdən biri - Məhəmməd ibn əl-Bəis öz qayınatası, Babəkin sərkərdəsi İsma ibn əl-Kürdinin dəstəsini darmadağın etdi, İsmanın özünü isə xəlifənin hüzuruna göndərdi. İsma ibn əl-Kürdi xeyli işgəncələrə məruz qaldıqdan sonra Babəkin mühüm sirlərini açdı və ərəblərə kömək edəcək qiymətli məlumatları Xilafətə ötürdü. Təbərinin fikrincə, bu, Babəkə endirilmiş ikinci, bəlkə də ən ağır zərbə idi.

    Mənbələrdə yazılıb ki, müharibənin son ilində Afşin Babəklə danışıqlara girməyə cəhdlər göstərdi. Lakin separatçı məqsədlərə xidmət edən bu danışıqlar və yazışmalar uğursuzluqla nəticələndi. Yalnız bundan sonra Afşin Bəzz qalasına qəti hücum haqqında əmr verdi. Məğlubiyyətin labüd olduğunu anlayan Babək Afşinlə şəxsi danışıqlara girdi. Afşin Babəkə aman vəd etdi. Babək daha bir gün gözləməyi istədi: görünür, o, hələ də qalanı möhkəmləndirmək və ərəblərə müqavimət göstərmək ümidini itirməmişdi. Elə ona görə də Babək Afşinin ikinci aman təklifini də rədd etdi. Öncə aman təklifini rədd edən Babək bu dəfə Afşinə müraciət edərək, ona və ailəsinə aman verilməsini xahiş etdi. Afşin razılaşdı, qabaqcadan qərarlaşdırıldığı kimi, girovların göndərilməsi şərtini irəli sürdü. Lakin Babək həmin məqamda döyüş meydanında olan və Afşinin girov kimi tələb etdiyi şəxsləri təslim etmək iqtidarında deyildi.

    Təbərinin məlumatına görə, 837-ci il avqustun 26-da xürrəmilərin istinadgahı ələ keçirildi. Afşin Bəzz qalasının yerlə-yeksan olunması haqda əmr verdi. Salamat qalmış əhali əsir alındı. Babəkin oğulları və onların ailə üzvləri də əsir alınanlar arasında idilər. Babəkin özü isə tacir paltarı geyinərək, Həştadsər dağının yanında dərəyə endi və gizləndi. O, ərzağı qurtaranadək bu dərədə qaldı. Anası, qardaşları Müaviyə və Abdullah, axırıncı arvadı, Sünik hakimi Vasaqın qızı İbnət əl-Kələndəniyə də onunla idi. Babək buradan Bizansa keçmək istəyirdi.

    Təqib olunduğunu bilməyən Babək bataqlığı tərk etdi. Kəşfiyyatçıları tərəfindən xəbərdar edilən Afşin o zamanlar xəlifənin ən yaxşı sərkərdələrindən olan Əbu-Sacı Babəkin ardınca göndərdi. Babək və onun qardaşı Abdullah aradan çıxa bildilər. Onlar gizli yollarla Səhl ibn Sumbatın torpaqlarına yetişirlər. Onları görmüş adamlar Səhl ibn Sumbata dağlarda naməlum şəxslərə rast gəldikləri barədə məlumat verirlər. Vaxtilə Babəklə müttəfiq olmuş Səhl onu öz qalasına dəvət edir, yazda Bizansa yola salacağını vəd verir. Yorğun və ac Babək Səhlə inanaraq razılaşır, lakin qardaşı Abdullahı keçmiş müttəfiqi, Beyləqan hakimi Yesai Əbu Musanın yanına göndərir. Səhl Babəkin və qardaşının yerini Afşinə bildirir, lakin Babəkin qorxusundan ərəblər gələnədək ona qarşı heç bir tədbir görmür.

    Babəkin və onun qardaşının ələ keçirilməsi barədə Mötəsimə xəbər göndərən Afşin çox keçmədən əsirlərin Samirə şəhərinə aparılması haqda əmr alır.

    Mənbələrin əksəriyyəti Babəkin 838-cü il yanvarın 4-də Samirəyə gətirildiyini, elə həmin gün də edam edildiyini yazsalar da, bəzi orta çağ müəllifləri bu hadisənin fərqli tarixdə baş verdiyini bildirirlər. Edam yerinə fil üstündə, şahlara layiq paltarda gətirilən Babək qısa sorğu-sualdan sonra işgəncə ilə edam edilir.



    Azərbaycan xürrəmiləri üzərindəki qələbə Xilafətə çox baha başa gəldi. 20 ildən artıq müddət ərzində babəkilər Xilafətin 225 min döyüşçüsünü və xeyli sərkərdəsini məhv etmişdilər. Xilafət tarixində baş verən dini-siyasi çıxışlardan ən əzəmətlisi olan, ərəb üsul-idarəsinə qarşı xalq azadlıq müharibəsi səviyyəsində ucalan bu hərəkat ərəb şərqşünası Məsudinin dili ilə desək, “az qala, Abbasilər dövlətini məhv edəcəkdi”.



    Kult.az
    loading...