
Ərdoğan Tel-Rifat-ın terrorçulardan təmizlənəcəyini bəyan edib
Yaxın günlərdə Zeytun budağı antiterror əməliyyatı çərçivəsiтвə Suriyanın Tel-Rifat rayonu üzrə də nəzarət təmin ediləcək.
Oxu.Az-ın NTV telekanalına istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzona səfəri zamanı bəyan edib.
Ərdoğan həmçinin ABŞ-ı PKK və YPG terrorçularını Suriyanın Münbiç rayonundan tezliklə çıxarmağa çağırıb.
“Türkiyə suriyalı qardaşlarla birgə Münbiçdə ən qısa zamanda infrastrukturu bərpa edəcək və qaçqınların evlərinə qayıtmasını təmin edəcək”, - Ərdoğan bəyan edib.
Ərdoğan həmçinin xəbərdarlıq edib ki, əgər terrorçular Suriyanın bu rayonunu tərk etməsələr, Türkiyə ordusu məsələyə müdaxilə etməli olacaq.