Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İsmayılovlar erməni casusun "qolları arasında" - Foto
  • Ailə qurarkən ən əsas amil - əqidə və dünyagörüşü ümumiliyidir
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • 23 Mar 2018, 04:25   
        693
    Hər imkanlı şəxs bir sınıq qəlb sevindirsə...
    Hər imkanlı şəxs bir sınıq qəlb sevindirsə...


    Hər imkanlı şəxs bir sınıq qəlb sevindirsə...

    Azərbaycan tarixən yadellilərin hücumlarına məruz qalıb. Xain düşmənləri qovmaq, ölkə ərazisindən çıxarmaq, dövlətin ərazi bütövlüyünü təmin etmək üçün güclü-qüvvətli,əli silah tutan oğullara ehtiyac olub.1988-ci ildən sonra da belə oldu.Təəssüflər olsun ki, tarixə I Qarabağ müharibəsi kimi düşmüş o amansız savaşda könüllü olaraq iştirak edən əksər döyüşçülərin qədri bilinmədi...Bu gün olnların çoxu ağır durumda yaşayır.Hətta, müharibə veteranı adı və vəsiqəsini düzəltdirmək üçün meşin qapıların arxasında günlərlə gözləyənlər var...
    Nə yaxşı Azərbaycan xalqının "Palmali"Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov, habelə, Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti, Frenk Elkaponi adıyla məşhur olan Füzuli Məmmədov kimi oğulları var.Əslində xalqımızın bu cür imkanlı və saxəvətli övladları var, onlara ölkəmizdə lazımi şərait yaradılmadığından xarici ölkələrdə yaşayır, fəaliyyət göstərir, elələrinin xeyrin yalnız əcnəbilər görür.
    Yazılarımda dəfələrlə qeyd eləmişəm ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çox humanist insandır. O, dünya şöhrətli siyasətçi Heydər Əliyevin idarəçilik məktəbində dərs alıb, anası, mərhum oftolmoloq alim Zərifə xanım Əliyevanın təlim-tərbiyəsilə böyüyüb.Di gəl ki, bəzi məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Dövlət Başçısını gözdən salır, xalq və Prezident arasında uçurum yaradırlar.
    Bizə şikayət məktubları,müraciətlər daxil olur:Şikayətçinin dediklərinə qulaq asırsan, hiss edirsən ki hansısa dövlət qulluqçusu bilərəkdən vətəndaşı incidib, hakimiyyətdən narazı salıb.
    2018-ci ilin Novruz bayramı ərəfəsində Vətənimizin ərazi bütövlüyünü qoruyarkən yaralanmış Kamil Musavi, Eşqin Hüseynov, İlkin Talıbov, Arzu Məmmədov, Nəzər Abdurrəhmanov, Ramin Vəliyevin Bakı şəhərində hazır yaşayış sahəsilə təmin olunduqları barədə məlumat aldım. Çox sevindim.Öyrəndim ki, bu mənzilləri onlara Rusiya Federasiyasında yaşayan soydaşımız, iş adamı Füzuli Məmmədov hədiyyə verib.Mən, Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti,xeyirxah insan olan Füzuli Məmmədova bu insanpərvərliyə görə təşəkkür edirəm. Həqiqətən də Vətənin rifahı naminə təmənnasız iş görən Kamil Musavi kimi qardaşlarıma çox gözəl hədiyyədir.
    Təəssüflə bildirirəm ki, Qarabağ qazisi və jurnalist olaraq mənim də Bakı şəhərində mənzilə olan ehtiyacım ödənməyib.Dövlət Başçısının Sərəncamına əsasən Bakının Səbail rayonunda jurnalistlər üçün inşa edilən hər 2 binada müraciət etsəm belə, hazır yaşayış sahəsilə təmin edilməmişəm. "xebertv.az" saytının baş redaktoru, 17 yaşında ikən Beyləqanın Əmirzeyidli kəndindən könüllü olaraq Qubadlı bölgəsinə yollanan,qanlı döyüşlərdən birində bədən xəsarəti alan, 1 böyrəyini itirən Əvəz Bəşir oğlu Almədətov da kirayədə yaşayır...
    Dəyərli oxucular, hər imkanlı şəxs bir sınıq qəlb sevindirsə, Azərbaycan xalqına heç bir xarici qüvvə bata bilməz.Ancaq bütün imkanlılar Mübariz Mənsimov, Füzuli Məmmədov kimi xeyriyyə işləri görmür axı...
    Şamil Sabiroğlu,
    "xebertv.az" və "fact-info.az" saytlarının xüsusi müxbiri,
    Qarabağ qazisi.
    Bakı,23.03.2018.
    loading...