Xəbər lenti
Axtar
16 Mrt 2018, 05:03   
    646
lham Əliyev hədəfimiz İrəvandır dedi,  25 minlik ordunu sərhəddə yeritdi - Düşmən ölkədə çaxnaşma başladı

Düşmən yuxusunu qaçıran təlimlər sabah başa çatır; hərbi manevrlərin getdiyi vaxtda Türkiyə Bakıdan Azərbaycana Qarabağ dəstəyi verdi: “Hər zaman yanınızdayıq… Haqq gec-tez yerini tapacaq, yanlış edənlər cavablarını alacaqlar.

Sabah Azərbaycan Silahlı Qüvvələrinin beş günlük genişmiqyaslı hərbi təlimləri başa çatır. “Yeni Müsavat” xatırladır ki, 25 min nəfərlik şəxsi heyətin, 250-dək tank və digər zirehli texnikanın, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanın, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyasının cəlb olunduğu təlimlərdə ordumuz döyüş təcrübəsini artırmaqla yanaşı, Azərbaycanın son vaxtlar aldığı yeni və müasir silahlar və döyüş sistemləri də uğurla sınaqdan çıxarılmaqdadır.

İşğalçı tərəfi təlaşlandıran, onun “yuxusunu” qaçıran həm də budur. Neçə gündür erməni KİV-ləri və ekspert çevrələrində gedən şərh və müzakirələr bir daha bunu söyləməyə əsas verir. İşğalçı tərəf Azərbaycan ordusunun son təlimlərini həm də yekun müharibə hazırlıqları kimi qiymətləndirir.

*****

“Azərbaycanda keçirilən təlimlərin məqsədi Ermənistanı məhv etməkdir”. Bu sözləri Ermənistanın 1in.am saytına Azərbaycanda genişmiqyaslı hərbi təlimləri şərh edən erməni politoloq Levon Şirinyan deyib. Şirinyan Azərbaycanın Ermənistana qarşı qətiyyətli mübarizə apardığını qeyd edib: “Azərbaycan vurur, dağıdır, yeni resurslarla mübarizəsini davam etdirir. Bunun da kulminasiya nöqtəsi real döyüş hazırlığı təlimləridir. Qarabağda, cəbhə xəttinə yaxın məsafədə bu miqyasda qoşun və hərbi texnikanın yerləşdirilməsi halında Ermənistan qoşunlarının döyüş hazırlığı vəziyyətinə gətirilməməsi çox pis nəticələrə səbəb ola bilər. Aydındır ki, hərbi rəhbərlikdə və digər dövlət qurumlarında təlimlərlə bağlı gərginlik var. Ancaq Azərbaycanın bu hərəkətləri hələ gərginləşmənin başlanğıc mərhələsidir. Azərbaycan bizi rahat buraxmayacaq”.

Erməni ekspert Azərbaycan prezidenti İlham Əliyevin YAP-ın son qurultayında İrəvanla bağlı məlum çıxışına da diqqət çəkib. “Prezident bu çıxışında Azərbaycanın hərbi, siyası planlarını, hərbi doktrinasını elan edib. Əgər Ermənistan rəhbərliyi siyasi oyunları kənara qoyub bu məsələlərə ciddi yanaşmasa, Azərbaycan bizim daxilimizə doğru hərəkət edəcək. Hədəf İrəvan olacaq”, – deyə o, təşvişlə qeyd edib.

lham Əliyev hədəfimiz İrəvandır dedi,  25 minlik ordunu sərhəddə yeritdi - Düşmən ölkədə çaxnaşma başladı

Daha sonra Rusiya, Türkiyə və Azərbaycan arasında münasibətlərə toxunan L.Şirinyan tarixin yenidən təkrar olunduğunu, dünyada gedən proseslərdə Rusiya-Türkiyə maraqlarının yaxınlaşması ilə Ermənistanın 1920-ci illərdə olduğu kimi yenidən məhv ola biləcəyini vurğulayıb: “Bu, Rusiya himayəsinin Ermənistana güvən vermədiyi gerçəyini başa düşən Ermənistan rəhbərliyinin Amerikaya sığınması, qondarma DQR-in ”rəhbəri” Bako Saakyanın ABŞ-a səfər edərək orada özünə siyasi və maddi himayədar axtarması fonunda açıq görünür. Ermənistan rəhbərliyi başa düşməli idi ki, Ermənistan Türkiyə və Azərbaycan faktoruna görə Rusiyaya lazım idi. İndi və gələcəkdə strateji maraqların uzlaşması çərçivəsində Ermənistan uzun müddət Rusiyanın yadına düşməyəcək. Bu da Ermənistanın məhvi deməkdir”.

Erməni politoloq Ermənistanda ictimai-siyasi vəziyyətdən də söz açıb: “Ermənistanda elə bir vəziyyət yaranıb ki, guya parlament və baş nazirlik sistemi qurulub. Əslində isə Serj Sərkisyan hakimiyyətini yenidən qurub, sahmana salır. Parlament hakimiyyəti qurulsa da, parlamentin hakimiyyətindən yox, ancaq baş nazirin hakimiyyətindən danışırlar”.

*****

Düşmən ölkənin politoloqunun Qarabağ məsələsində Türkiyə amilini vurğulaması boşuna deyil. Ən azı, ona görə ki, qardaş ölkənin rəsmiləri dəfələrlə “Qarabağ problemi – bizim problemimizdir” bəyanatını veriblər. İşğalçı ölkə ilə sərhədləri bu gün də bağlı saxlayan qardaş ölkə əməldə də öz sözünü daim tutub və tutur. İki qardaş ölkə arasında hərbi sahədə ildən-ilə genişlənən əməkdaşlıq, vaxtaşırı keçirilən birgə təlimlər buna parlaq sübutdur. Bu da Azərbaycandan ötrü nə qədər mühüm, xoş bir gerçəklikdisə, düşməndən ötrü bir o qədər ağır və üzücü reallıqdır – üstəlik, Ankara-Moskva əlaqələrinin inkişaf eləməsi fonunda.

“Türkiyə və güclü Azərbaycan bölgənin təhlükəsizliyinin təminatçısı olacaq”. Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Bakıda keçirilən IV Qlobal Forum çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla keçirdiyi görüşdə söyləyib. “Azərbaycanın Dağlıq Qarabağ məsələsi, təəssüf ki, qanayan bir yaradır. Bunun bir zaman düzələcəyinə əminəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır”, – deyə o qeyd edib.

lham Əliyev hədəfimiz İrəvandır dedi,  25 minlik ordunu sərhəddə yeritdi - Düşmən ölkədə çaxnaşma başladı

Buna şübhə eləmirik. Söhbət həm də Türkiyənin ölkəmizə hərbi və hərbi-texniki dəstəyi ilə yanaşı, siyasi-təbliğati və lobbi dəstəyindən gedir.

Forumdakı çıxışında isə baş nazir bir daha Dağlıq Qarabağ ixtilafına toxunaraq bildirib ki, məsələyə yanaşmada ikili standartlara son qoyulmalıdır. Binəli Yıdldırım deyib: “Dağlıq Qarabağ da Azərbaycanın qanayan yarasıdır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox insanı qaçqın və məcburi düşüb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, münaqişə hələ də həllini tapmayıb. İnanıram ki, gec-tez haqq yerini tapacaq, yanlışlığa yol verənlər cavablarını alacaqlar”.

*****

Qardaş ölkə baş nazirinin bu açıqlaması Azərbaycan üçün olduqca mühümdür və bir daha işğalçı Ermənistana aydın bir mesajdır ki, Qarabağ məsələsində konstruktiv mövqe tutmayınca, Azərbaycan və Türkiyəyə qarşı əsassız torpaq iddialarından və millitarist siyasətdən əl götürməyincə, nə ona qarşı tətbiq olunan blokada rejimi götürüləcək, nə də Ermənistan bundan sonra hansısa iri regional layihəyə qoşula biləcək. Demək, təcavüzkar ölkənin və onun olan-qalan əhalisinin durumu bundan da ağır olacaq.

lham Əliyev hədəfimiz İrəvandır dedi,  25 minlik ordunu sərhəddə yeritdi - Düşmən ölkədə çaxnaşma başladı

Bu, əlbəttə ki, bizim problem deyil. Düşmən ölkənin, işğalçı tərəfin problemi, onun seçimidir. Eyni zamanda hərb, yoxsa sülh dilemmasının bütün ciddiliyi ilə İrəvanın önündə qoyulması deməkdir. Erməni xalqı indiki kriminal rəhbərliyinə dözüm göstərib müharibə variantını seçəcəksə, onu da alacaq. Əksi, yəni sülh yolu isə həmişə açıqdır..

Yeni Müsavat”
loading...