Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • İşğaldan azad olunan ərazilərdə əhalinin sayı açıqlandı
  • Torpağından qovulan uşaq tankla qayıtdı - Foto
  • Ermənistanın terror cəhdlərinin qarşısı alındı - RƏSMİ
  • SON DƏQİQƏ: Daha 3 kənd işğaldan azad edildi - PREZİDENT
  • Erməni təxribatı: Daha 2 mülki şəxs öldü, 5-i yaralandı
  • Mehriban Əliyevadan Madagizlə bağlı paylaşım
  • İrəvanın etiraf etdiyi itkilərinin analizi... – Şərh
  • Türkiyədə küçələrin birinə general Polad Həşimovun adı veriləcək
  • Ukraynadan dəstək: Azərbaycana hərbi yardıma hazırıq
  • Erməni keşiş Nikolu ifşa etdi: Döyüşən Türkiyə deyil...
  • Bakıdan İrəvana: Olmayanı məhv etmək mümkün deyil!
  • 07 Mar 2018, 05:32   
        547
      Xocalı soyqırımını dünyanın 16 ölkəsi, ABŞ-ın 24 ştatı tanıyır

    Xocalı soyqırımını dünyanın 16 ölkəsi, ABŞ-ın 24 ştatı tanıyır

    Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törətdiyi, XX əsr bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımını tanıyan ölkələrin sayı getdikcə artır.

    XEBERTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və pislənilib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə əlaqədar 13 sənəd qəbul edib.

    Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti, dünya azərbaycanlıları məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Xocalı soyqırımının tanınmasında Heydər ƏliyevFondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin də mühüm rolu var.

    2011-2016-cı illərdə Xocalı soyqırımı Meksika Birləşmiş Ştatları, Pakistan İslam Respublikası, Kolumbiya Respublikası, Çex Respublikası, Bosniya və Herseqovina, İordaniya Haşimilər Krallığı, Panama Respublikası, Peru Respublikası, Honduras Respublikası, Qvatemala Respublikası, Sudan Respublikası, Sloveniya Respublikası tərəfindən tanınıb.

    2017-ci ildə isə Xocalı soyqırımını tanıyan ölkələrin sırasına İndoneziya Respublikası, Paraqvay Respublikası, Cibuti Respublikası, Şotlandiya da qoşulub.

    Bundan əlavə, ABŞ-ın 24 ştatı - Arizona, Arkansas, Konnektikut, Florida, Corciya, Havay, Aydaho, İndiana, Men, Massaçusets, Minnesota, Missisipi, Montana, Nebraska, Nyu-Cersi, Nevada, Nyu-Meksika, Oklahoma, Pensilvaniya, Tennessi, Texas, Yuta, Qərbi Virciniya və Viskonsin ştatları da Xocalı soyqırımını tanıyıb və pisləyib.

    Xocalı soyqırımı həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınıb. Belə ki, təşkilatın son 10 ildə keçirdiyi konfrans və sessiyalarında bununla bağlı 13 qətnamə və kommunike qəbul olunub.
    loading...