Xəbər lenti
Axtar
04 Mrt 2018, 04:50   
    6 074
''Türkiyəyə istənilən hücuma Moskva cavab verəcək'' - RUSİYADAN SƏRT BƏYANAT

"Türkiyəyə qarşı edilən istənilən hücuma Moskva cavab verəcək".

Enter.News Türkcə xəbər verir ki, bu sözləri Rusiya parlamentinin alt palatasının müdafiə komitəsinin sədr köməkçisi Aleksand Şerin deyib.

"Suriya, İran, Şimali Koreya, Çin və Türkiyə Rusiyanın strateji müttəfiqləridir və bu ölkələrə qarşı istənilən nüvə hücumuna rəsmi Moskva cavab verməyə hazırdır" - deyə Şerin bildirib.

Qeyd edək ki, KTMT ölkələri arasında Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan da yer alır.
loading...