Xəbər lenti
Axtar
03 Mrt 2018, 04:12   
    235
Deputatdan müharibə çağırışı: Hazır olmalıyıq


Deputatdan müharibə çağırışı: Hazır olmalıyıq

Ermənilər torpaqlarımızı işğal etməklə kiyafətlənməyiblər, eyni zamanda, son zamanlar Dağlıq Qarabağın ərazisində istədikləri kimi sərəncam verir, məskunlaşma siyasəti həyata keçirirlər.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, ermənilərin Azərbaycan torpaqlarında planlaşdırdığı uzunmüddətli strategiyanı məhv etməyin yeganə yolu Qarabağ və ətraf rayonların dərhal işğaldan azad edilməsidir:

“Azərbaycan torpaqlarının azad edilməsi üçün əhalinin hərtərəfli səfərbər olmasına ehtiyac var. Bu problem elitanın məşğul olduğu bir problem deyil. Ermənilərin ərazilərimizdə bu hərəkətliliyi və Dağlıq Qarabağda atılan addımlar uzunmüddətli erməni strategiyasından irəli gəlir. Bu, bizi ciddi şəkildə narahat etməlidir. İşğal olunmuş torpaqlarımızda aparılan məskunlaşma siyasətinin qarşısını almaq üçün erməniləri fakt qarşısında qoymalıyıq. Burada söhbət təkcə ermənilərlə deyil, eyni zamanda onları himayə edənlərlə də savaşdan gedir. Çünki erməni havadarlarının məsələyə müdaxiləsi kifayət qədər ciddi səviyyədədir. Hesab edirəm ki, həm xalqımız, həm də Silahlı Qüvvələrimizi səfərbər edərək, bütün istiqamətlərdə - həm hərbi, həm təbliğati, həm də siyasi - hər an müharibəyə hazır olmalıyıq”.
loading...