Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Körpə Niyə ” İNQƏ” Deyir? İNQƏ sözünün mənası bu imiş...İnanılmaz
  • ABŞ mediası Xocalıdan yazdı: “Boko Haram”ın vəhşilikləri...
  • "Erməni isə uşağın qışqıraraq ağlamasına məhəl qoymadan bıçaqla qulağını kəsib sırğanı götürdü" — Xocalı sakinləri danışır
  • “Bordo bereli”dən hücum: Hədəflər darmadağın edildi
  • Azərbaycanda prezidentliyə namizədlikləri təsdiq olunanların sayı 13-ə çatdı
  • Qadınları xoşbəxt etməyin YOLLARI
  • Afrində ən vacib döyüş: Ordu hazırdır...
  • Bəşəriyyətdən gizlədilən 5 gizli kəşf - Video
  • Qaradağ rayonuna ulu öndər Heydər Əliyevin adının verilməsi təklif edilir
  • Məktəbdə nələr baş verir: valideynlər danışdı - Video
  • Bayıldakı sürüşmə anının VİDEOSU
  • Şok tapıntı: Bu bakteriya qızıl istehsal edir
  • Xəzərdə qasırğa: NASA görüntüləri yaydı - Foto
  • Qarabağda azərbaycanlıların əsir düşərgələri - FOTO
  • Borçalını 2018-də nələr gəzləyir?
  • Türkiyə F-35 qırıcıları ilə Ermənistana zərbə endirəcək?
  • Alimlərdən bədbin proqnoz: 21-ci əsrin ortalarında...
  • Yeni müharibə başlayır? – Orduya əmr verildi
  • İsveçrə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
  • “Aprel seçkisindən sonra Əliyev Qarabağı azad edəcək” – Erməni ekspert
  • Qlobal faciə baş verə bilər
  • Növbədənkənar seçki qərarının - Əsas səbəbləri
  • Növbədənkənar seçki qərarının - Əsas səbəbləri
  • Azərbaycanlı polkovnik iranlı həmkarı ilə körpüdə - Foto
  • ABŞ-Rusiya savaşını yadplanetlilər dayandırıb - ŞOK
  • 01 Şub 2018, 17:13   
        574
    200 İL KREMLİ VAHİMƏDƏ SAXLAYAN KƏLLƏ: Azərbaycanda dəfn etməli, yoxsa muzeydə saxlamalı? – Araşdırma On 02 Fevral 2018 By turkustan-info





    Demək olar, 180 il əvvəl kəsilmiş baş çağdaş Rusiyanı yerindən oynatmaqdadır. Hökumət əfsanəvi Qafqaz üsyançısının başını harada – muzeydə, yaxud məzarda dəfn etməyi çözməyə çalışır.

    Lev Tolstoy özünün “Hacı Murad” povestinin baş qəhrəmanının, demək olar, iki yüzillikdən sonra Rusiyanı təqib edərək ruhi əzab verdiyini müşahidə edərək haradansa bütün bunlara gülümsünür. Adı Tolstoyun Qafqaz xalqlarının Rusiya tərəfindən qəddarcasına istilasını pisləyən klassik əsərində ölümsüzləşmiş Hacı Murad qorxunc əsgər idi. İndi Rusiya hökuməti qərara gələ bilmir – Hacı Muradın Sankt-Peterburq muzeyində saxlanan kəlləsini Azərbaycanın ucqar bölgəsində az adamın ziyarət etdiyi qalan qalıqlarıyla birgə dəfn etmək lazımdırmı?

    Keçən il Hacı Muradın vətənində – Dağıstanda – fəallar və törəmələri onun kəlləsinin muzeydən götürülməsi və qalan qalıqlarıyla birgə dəfn edilməsi haqda ərizə veriblər.

    “RİA Daqestan” xəbər verirb – Hacı Muradın nəticəsi Maqomedarip Hacımuradov keçən ilin noyabrında Mahaçqalada mətbuat konfransında deyib: “Mənim bütün əcdadlarım Hacı Muradın kəlləsini onun qalıqlarıyla bir yerdə dəfn etməyi arzu ediblər… Bu arzu nəsildən-nəsilə ötürülüb. Ümid edirəm ki, bu mən bu dünyanı tərk edənə qədər baş verər”.

    Hacı Muradın cənazəsinin dəfni uğrunda başlanmış kampaniya Azərbaycanda ruh yüksəkliyi doğurub və ümid edirlər ki, dəfn ölkənin şimalında Dağıstan və Gürcüstan sərəhdlərində yerləşən Qax rayonunda Hacı Muradın məzarını ziyarət etməyi arzulayan turistləri cəlb edəcək. Qax peşə litseyində coğrafiya müəllimi işləyən Natiq Mantaş qeyd edir: “Bu abidə turistlərin diqqətinə layiq yerlər siyahısına daxil edilsə, onda həm Hacı Muradın tarixi şəxsiyyət, həm də Lev Tolstoyun əsərinin qəhərmanı olması üzündən hökmən böyük populyarlıq qazanacaq”.

    Etnik avar Hacı Muradın vətənində, eləcə də qıraqlarda çoxları onu milli qəhrəman sayır. Bir müşahidəçinin dediyi kimi, həlak olmuş üsyançını Uilyam Uollesin (XIII əsr şotland cəngavəri-tərc.) Şimali Qafqaz oxşarı sayırlar.

    Necə olursa, Hacı Murad rus əsirliyindən dəlibaşlıqla qurtulub zəncirlə bənd edildiyi keşikçiləri də özüylə sürüyüb uçurumdan atılıb. Keşikçilər həlak olublar, Hacı Murad isə birinin üzərinə düşərək canını ancaq ayağını sındırmaqla qurtarıb. Yüz ildən sonra məhz bu zədə Azərbaycan araşdırıcılarına onun cənazəsini müəyyən etmək imkanı verib.

    Hacı Murad 1852-ci ildə Rusiya qoşunlarıyla Qafqaz tayfaları arasındakı çatışmada öldürülüb. Tolstoy öz povestində yazıb: “Ona elə gəlirdi ki, çəkiclə başından vururlar və anışdıra bilmirdi ki, bunu kim və niyə edir. Bu, onun öz bədəniylə son şüurlu bağlılığıydı. Artıq daha heç nə hiss etmirdi və düşmənlər artıq onunla ümumi heç nəyi olmayan cəsədi tapdalayır, doğrayırdılar”.

    Üsyançının kəlləsini o zaman Rusiyanın Qafqazdakı əsas for-postu Tiflisə göndəriblər, bədəni isə son döyüşə girişdiyi yerin yaxınlığında dəfn ediblər. Sonradan kəlləni Böyük Pyotrun qurduğu antropologiya və etnoqrafiya muzeyinə, indi də toz basan Kunstkameraya – Sankt-Peterburqa aparıblar.

    Azərbaycan hökuməti kəllənin Qax rayonunda Hacı Muradın məzarında dəfni haqda heç bir ictimai açıqlama verməyib, amma Dağıstan fəalları iddia edirlər ki, Azərbaycan rəsmiləri bu ideyaya iltifatla yanaşırlar. Lakin son qərar Rusiya məhkəməsinindir.

    Kunstkamera təmsilçiləri cənazəni vermək arzusuyla çox da alışıb yanmırlar. Məlumatlara görə, Rusiyanın bəzi alimləri hətta narahatlıq ifadə ediblər ki, kəllənin yerinin dəyişdirilməsi separatizmə və islam üsyanına – Hacı Muradın dönəmindən bəri Şimali Qafqaz üçün nadir olmayan hadisələrə hansısa şəkildə şərait yarada bilər. Yekunda bu məsələyə baxmaq üçün qurumlararası komissiya yaratmaq göstərişi verən Kremlin işə qarışması lazım gəlib.

    Kunstkamera administrasiyası indi Hacı Muradın cənazəsi haqda bütün sorğuları komissiyanın işinə nəzarət edən RF Mədəniyyət nazirliyinə göndərir. Kunstkameranın təmsilçisi Eurasianet.org-a elektron poçtla məlumat verib: “Mədəniyyət nazirliyinin göstərişinə uyğun olaraq komissiyanın hazırladığı sənədlər “yalnız daxili istifadə üçün” kimi təsnif olunur. Muzey administrasiyası bu sənədlər haqda şərh verməkdə səlahiyyətli deyil”.

    Mədəniyyət nazirliyindən Eurasianet.org-a xəbər verildiyi kimi, komissiya hazırda Muradın bütün meyidinin müəyyən edilməsiylə məşğul olur. Nazirlikdən deyiblər: “Məhkəmə-tibb ekspertizasının nəticələri əldə edilən kimi komissiya bütün maraqlı tərəflərin cəlb olunacağı növbəti mərhələyə keçəcək”.

    Kremlin ehtiyat etməyə əsası var. Qafqazda özünün inkişaf etmiş və geniş dəfn və xeyrat ənənələriylə ölüm məsələsi də həyat məsələsi qədər önəmlidir. Lakin məsələ təkcə nəyin önəmli olduğunda deyil – cənazənin muzey üçün antropoloji dəyəri və yaxud meyidin dəfninin Hacı Muradın törəmələri və həmvətənləri üçün emosional dəyərə malik olduğu. Habelə əndişə var ki, bu məsələ Şimali Qafqaz xalqları arasında Rusiyaya qarşı olan tarixi iddiaları hərəkətə gətirə bilər. Hacı Murad tarixi sima və ədəbi qəhrəman kimi Qafqaz xalqlarının Rusiyanın imperiya siyasətinə qarşı mübarizəsini təcəssüm etdirir.

    Özünün müqavimət qəhrəmanı şanına baxmayaraq, daxili düşmənləriylə hesablaşmaq üçün Hacı Murad ruslarla taktiki ittifaq bağlamaq cəhdində olub – o zaman daxili ixtilaflar üsyançının vətənini Rusiya müdaxiləsindən az didmirdi. O, hətta bir dəfə etnik avar və Şimali Qafqaz müsəlmanlarının qüdrətli lideri Şeyx Şamillə arası dəyəndən sonra ruslara təslim olub. Lakin Hacı Muradın ümumi düşmən Şamillə mübarizə üçün rusların ona adam və silah verəcəyi ümidi hədər çıxıb. Ona güvənməyən rus zabitləri onu Tiflisdə – Tolstoyun xatırladığı kimi, “olduqca mədəni, Sankt-Peterburqu yetərincə uğurla yamsılayan şəhər”dəki sarayda qızıl qəfəsdə saxlayırdılar.

    Britaniya yazıçısı Nikolas Qriffin özünün “Qafqaz: Döyüşçülər dövrü” kitabında yazıb: “Hacı Murad dağlı və mömin müsəlman kimi şəhərin naz-nazı rahatlığından, mərmər dəhlizlərindən, qadınlarından, gözünün qabağında süzülüb içilən şərabından ancaq dəhşətə gələ bilərdi”.

    Ən nəhayətdə, Hacı Murad qaçmağa can atıb, amma nəticə kəlləsi hesabına başa gəlib. Tolstoy indi qopan mübahisəyə girişə bilsəydi, yəqin ki, öz əsərinin personajlarından birinin – canıyanan və humanist Mariya Dmitriyevnanın səsiylə danışardı. “Siz canisiniz, vəssalam. – Rus əsgərləri Hacı Muradın başını gətirəndə o, kitabın son səhifələrində deyir. – Ölünü torpağa vermək lazımdır, onlar isə ələ salırlar”./turkustan.info

    Georgi Lomsadze.

    eurasianet.org (ABŞ)

    Tərcümə Strateq.az-ındır.
    loading...