Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycanda insanlara yalnız bu hallarda evdən çıxmağa icazə verildi - RƏSMİ
  • Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU
  • Son məlumat: Koronadan ən çox ölüm bu ölkədə baş verdi
  • Koronavirusa qarşı yeni MÜBARİZƏ üsulu tapdılar - Dünyanın danışdığı görüntülər (VİDEO)
  • Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək? - RƏSMİ
  • Dünyanı ayağa qaldıran 20 trilyon dollarlıq İDDİA - Koronavirus kütləvi ölümlərə yol açmaq üçün yaradılıb
  • Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır - AÇIQLAMA
  • Azərbaycanda xüsusi karantin rejimi başladı
  • Azərbaycanlı məşhurlara örnək: Kirayə haqqı...
  • Türkiyəli həkim: Koronavirus 3-4 aya...
  • ABŞ koronavirusa görə Azərbaycana pul ayırdı
  • Əsgərlər ehtiyata buraxılacaq? - Açıqlama
  • Korona nə qədər davam edəcək? – Harvard İnstitutu
  • Dünyanı koronadan o ölkə xilas edəcək – Öngörü
  • "Çox qısa bir zamanda yaramaz erməni snayperi düz alnından vuruldu..."
  • "Karantinə əməl etməsək, 1 həftəyə Bakıda 600 min insan koronavirusa yoluxar" – Tanınmış transplantoloq
  • “Genişmiqyaslı epidemiya olsa, bunun altından çıxa bilməyəcəyik” - İbrahim Məmmədov
  • Orqanizm korona ilə bu cür savaşır - Video
  • Yadplanetlilərin qaçırdığı azərbaycanlı nələr danışdı?
  • 23-45 yaşlı insanlarda bu əlamətlər varsa... - KORONAVİRUSUN YENİ SİMPTOMLARI
  • ÜST-dən ölkələrə çağırış: Hücuma keçin!
  • Ermənistan ordusunda koronavirus yayıldı
  • 10 minə qədər vətəndaşımız müxtəlif ölkələrdən Azərbaycana gətirilib - Operativ Qərargah
  • Yol polisi: Karantin rejimini pozanlar məsuliyyətə cəlb ediləcəklər
  • Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - RƏSMİ
  • 19 Oca 2018, 20:54   
        509
    Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir


    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz azadlığa gedən yolumuzda ilk cığırlar açdılar

    Bakı, 20 yanvar, XEBERTV.AZ

    20 Yanvar xalqımızın qan yaddaşının hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı.

    XEBERTV.AZ AZƏRTAC -a istinadən xəbər verir ki, yanvarın 20-də səhər tezdən Şəhidlər xiyabanına insan axını başlayıb. Bakı sakinləri bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini yad edir, vətəndaşlıq borclarını yerinə yetirirlər. Onların arasında paytaxtımızın qonaqlarına və bölgələrdən gələn insanlara da rast gəlmək olur.

    XX əsrin ən qanlı hadisələrindən biri olan bu dəhşətli faciədən 28 il ötsə də, baş verənlər unudulmayıb və xalqımızın qan yaddaşına əbədi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz azadlığa gedən yolumuzda ilk cığırlar açdılar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə onlara borcluyuq.

    Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycana yeridilən ordu hissələri paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 147 mülki şəxsi amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 nəfər günahsız insan yaralandı. İnsanlıq simasını itirmiş hərbi canilər hətta təcili tibbi yardım maşınlarını atəşə tutur, heç kəsə aman vermirdilər.

    Qanlı Yanvar faciəsinin səhəri günü ümummilli lider Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, xalqımızın kədərini bölüşdü və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Ulu Öndərin bu addımı xalqımıza təpər və güc verdi, ona dayaq və təsəlli oldu.

    Sonradan ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başlayanda 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ardıcıl addımlar atıldı. Ulu Öndərin fərman və sərəncamları ilə Şəhidlər xiyabanı yenidən quruldu, burada möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi, pensiya təminatı gücləndirildi.

    Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq qalan Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu və abadlaşdırıldı. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə Bakıda “20 Yanvar” dairəsində memorial abidə kompleksi ucaldıldı.

    20 Yanvar əlilləri və şəhid ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri yaradılıb. Dövlət büdcəsi hesabına 20 Yanvar əlilləri və şəhid ailələri mənzillə təmin edilib. Əlillərə minik avtomobilləri verilib, şəhid ailələrinə Prezident təqaüdü təyin olunub.

    Bu gün xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanı kütləvi şəkildə ziyarət edilir. Ardı-arası kəsilməyən insan axınını seyr etdikcə ümummilli lider Heydər Əliyevin sözləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda, onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

    ... Xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanına insan axını davam edir, şəhid məzarlarının üzərinə al qərənfillər düzülür. Bu, qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramın parlaq təcəssümüdür.


    Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir
    Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir
    Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir
    Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir
    loading...