Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
  • Astronomlardan xəbərdarlıq: “Planetimizi qara dəlik uda bilər”
  • 14 Ock 2018, 04:51   
        253
    Cəsur döyüşçü, şəhid dostum Həsənqulu Qasımovun məlahətli səsinə qulaq asın!





    1992-ci il iyun ayının 5-i,Qubadlının Yuxarı Cibikli kəndi.Mən(jurnalist Şamil Sabiroğlu) Azərbaycanın ilk hərbi operatoru, sözün həqiqi mənasında sağ Milli Qəhrəmanımız Seyidağa Mövsümlü ilə birgə zabit və əsgərlərlə görüşə gəlmişik. Şəkildə gördüyünüz bu yer Ermənistanın Gorus-Qafan magistral yolunun üstündə yerləşir.Erməni terrorçuları buranı daim atəş altında saxlaya bilir...
    Burda bölük komandiri indi səsini eşidəcəyiniz Həsənqulu Qaçay oğlu Qasımovdur. O, 1969-cu il iyun ayının 9-da Qubadlının Qayalı kəndində anadan olub, 1992-ci il dekabrın 10-da elə burda, şəhid olub. Məzarı düşmən tapdağındadır...
    Söhbət zamanı əsgərlərdən kimsə dedi ki, Komandirin gözəl səsi var.Seyidağa müəllim xahiş etdi ki, Həsən,mümkünsə bir ağız mahnı ifa elə.Cəsur komandir əvvəlcə etiraz etdi.Sonra razılaşdı. Biz, Bakıya qayıdan kimi verilişi efirə hazırladıq.O zaman Azərbaycan Televiziyasında efirə getdi.Həsənqulu qısa müddətdə böyük bir reytinq topladı.
    Mənə hər zaman deyərdi: Qardaşım,siz məni tele-ulduz eləmisiz.Bakıya gələndə küçədə rahat gəzə bilmirəm.Hamı tanıyır, salam verir...
    Heyif nər kimi oğullarımıza.
    Xatırladıram ki, Laçın uğrunda gedən döyüşlər zamanı düşmən snayperi irəlidə gedən komandir Həsənqulu Qasımovu nişan alır,lakin,atəş açmağa tələsmir.Bu zaman bu təhlükəni hiss edən 59 yaşlı sürücü-döyüşçü, Bakı şəhər, Binəqədi rayon sakini Qorxmaz Baxşıyev özünü irəli verir.Anında açılan atəşlə Qorxmaz kişi şəhid olur.Elə o zamandan etibarən Həsənqulu öz adına belə əlavə edir:HəsənQorxmaz!O gündən bölük "Qorxmazçılar bölüyü"adlandırılır...

    Qəhraman komandirimiz həmişə deyirdi."Mən anama da demişəm bu sözləri:Mən bu Vətənə qurban deyirəm canımı! Ana ,məni Vətənətorpağa qurban ver! 6 oğulun birini itirmək olar,amma Ana Vətəni düşmənə vermək olmaz "

    Allah şəhidlərimizin və cəmi dünyasın dəyişən insanlarımızın ruhlarını şad eləsin.Amin.
    Operator:Seyidağa Mövsümlü,Azərbaycanın ilk hərbi tele-operatoru.







    Hörmətlə,
    Şamil Sabiroğlu,
    Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri, "fact-info.az", "xebertv.az", "tereqqi.az" saytlarının redaktoru, "Ana harayı"qəzetinin baş redaktoru.
    Bakı,14.01.2018.
    loading...