Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycana 33 sm qar yağdı
  • Tıxaclardan necə xilas olmaq mümkündür?
  • Vəkillər Kollegiyasına yeni sədr seçilir
  • Diqqət: Bu yollarda sürət həddi endirildi
  • TƏHLÜKƏ: 50 gün ərzində övladınızı öldürə bilər... - "Mavi balina" bəlası...
  • QƏNIRƏ PAŞAYEVANIN TƏHSİL NAZİRİ OLACAGI XƏBƏRİ YAYILDI - Son Dəqiqə!!!
  • Mikayıl Cabbarov vergilər naziri təyin edilib
  • Mixail Saakaşvili belə həbs edildi — FOTO
  • Azərbaycan 2 gün sonraya hazırlaşır - QAR YAĞACAQ!
  • İran parlamentinin üzvü: “Biz Dağlıq Qarabağı Azərbaycan torpağı sayırıq”
  • Erməni əsirliyində olan bir qızımızın Azərbaycana məktubu
  • Bakıda neçə milyon adam yaşayır? (RƏSMİ)
  • Gözü beynindən böyük dəvəquşu, vurma cədvəlini bilən donuz... - QƏRİBƏ FAKTLAR - FOTO
  • Yuxu ilə bağlı inanılmaz həqiqətlər
  • Astroloji proqnoz - 4 dekabr
  • Erməni Rimma Sarkisova 30 ildən sonra Gəncəyə qayıtdı
  • Evinizdə bu gülü saxlayırsızsa, dərhal ondan qurtulun - FOTO
  • Qatarda oturmaq üçün görün NƏ OYUNDAN ÇIXDI - VİDEO
  • Pedofili yaxaladılar –Rüsvay olduğu üçün başını... (Video)
  • NASA yadplanetlilərə görə məhkəməyə verildi - Sirrin üstü açılır
  • İsrail İranın hərbi bazasını bombaladı — GƏRGİN ANLAR
  • Günün şoku: Səudiyyə kralı erməni imiş – Bakıdakı ən məşhur otel ermənilərə məxsusdur?
  • Turan Birliyi yaranarsa, nə baş verəcək? - Video
  • 2024-cü ildə Marsa ilk insan gedəcək
  • Kompüterinizi bu üsulla format edin - VİDEO
  • Güllələnən 8 azərbaycanlı general .

    23 Kas 2017, 15:24   
        267
    Güllələnən 8 azərbaycanlı general .



    1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin XI Qızıl Ordu tərəfindən işğal edilməsi bölgədə yeni terror dalğasının başlanmasına səbəb oldu. Nəticədə yüzlərlə azərbaycanlı hərbçi qətlə yetirildi. Onların böyük hissəsi AXC ordusunda xidmət edən yüksək rütbəli şəxslər idilər. Nəticədə 12 general (ordudakı generalların sayı 21 idi – red.), 27 polkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik və podpraporşik, 266 nəfər digər rütbəli hərbi qulluqçumuz qətlə yetirildi. Sağ qalan generalların bir qismi sovet ordusunda xidmətə başladılar. Onlar xüsusilə Azərbaycan SSR ordusunun yaradılmasından iştirak etdilər. Digər qisim generallar isə bolşeviklərə təslim olmayaraq, ölkənin müxtəlif yerlərində üsyanlara başladılar, amma üsyanlar yatırıldıqdan sonra mühacirətə getmək məcburiyyətində qaldılar.

    Axar TV bolşeviklərin güllələdiyi generallarımız haqqında yazını təqdim edir:

    Həbib bəy Səlimov

    Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş qərargah rəisi olub. 1919-cu ildə general-mayor rütbəsinə yüksəlib. Muğan və Lənkəranda AXC-yə qarşı qiyamları yatırmağı bacarıb. 1920-ci il dekabrın 30-da bolşeviklər tərəfindən Nargin adasında güllələnib.

    İbrahim ağa Usubov

    1872-ci ildə Qazaxda anadan olub. Birinci Dünya savaşında iştirak edib. 1917-ci ildə general rütbəsinə yüksəlib. 1918-ci ildə AXC tərəfindən ölkəyə dəvət edilib. AXC-nin işğalından sonra bolşevik ordusunda xidmət edilməsi söylənsə də bu sözə əməl edilmir. Nəticədə o, 1920-ci il iyunun 16-da Nargin adasında güllələnir.

    Əliyar bəy Haşımbəyov

    1856-cı ildə Bakıda anadan olub. 1918-ci ildə AXC ordusunda könüllü xidmətə başlayıb. Bir müddət AXC daxili işlər nazirinin müavini işləyib. 1920-ci ilin aprelində AXC-nin işğalından sonra təqiblərə məruz qalaraq həbs edilib. Elə həmin il mayın 29-da Nargin adasında güllələnib.

    Əmir Kazım mirzə Qovanlı-Qacar

    1853-cü ildə Şuşada anadan olub. 1910-cu ildə general-mayor rütbəsinə yüksəlib. Sovet dövrünün rəsmi sənədlərində qeyd olunduğu kimi, 1920-ci ildə bolşeviklərin əmri ilə vəhşicəsinə doğranıb. Eyni şey onun kürəkəni Cahangir Qayıbovun da başına gətirilib.

    Feyzulla mirzə Qovanlı-Qacar

    1872-ci ildə Şuşada anadan olub. 1918-1920-ci illərdə AXC ordusunda xidmət edib. 1920-ci ildə Nargin adasında güllələnib.

    Əbdülhəmid bəy Qaytabaşı

    1884-cü ildə Tiflisdə anadan olub. 1919-ci ildə AXC ordusunda general rütbəsinə yüksəlib. 1920-ci ildə AXC-nin işğalından sonra bir müddət ordunun baş qərargah rəisi kimi çalışıb. Lakin tezliklə, iyunun 28-də bolşeviklər tərəfindən Nargin adasında qətlə yetirilib.

    Murad Gəray bəy Tlexas

    1874-cü ildə Kubanda anadan olub. Əslən çərkəzdir. 1918-ci ildə AXC tərəfindən general rütbəsinə yüksəldilib. Qafqaz İslam Ordusunda topçu müfəttişliyi vəzifəsini icra edib. AXC-də Bakı İstehkamçılar hissəsinə rəhbərlik edib. Ona Bakının müdafiəsinin təşkili tapşırılıb. 1920-ci ildə AXC-nin işğalından sonra bolşevik Əli Bayramovun ölümündə təqsirləndirilərək güllələnib.

    Süleyman bəy Sulkeviç

    1865-ci ildə Belarusda anadan olub. Əslən Krım tatarıdır. 1910-cu ildə general-mayor, 1915-ci ildə general-leytenant rütbəsinə yüksəldilib. Birinci Dünya savaşında yaradılan ilk müsəlman korpusunun komandiri təyin olunub. Krımın Rusiya tərəfindən işğalından sonra 1919-cu ildə Azərbaycana gəlib. Həmin il ordunun baş qərargah rəisi təyin edilir. 1920-ci ilin fevralına qədər bu vəzifəni icra edib. 1920-ci il 15 iyul tarixində Bayıl həbsxanasında bolşeviklər tərəfindən güllələnib.

    loading...