Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycana 33 sm qar yağdı
  • Tıxaclardan necə xilas olmaq mümkündür?
  • Vəkillər Kollegiyasına yeni sədr seçilir
  • Diqqət: Bu yollarda sürət həddi endirildi
  • TƏHLÜKƏ: 50 gün ərzində övladınızı öldürə bilər... - "Mavi balina" bəlası...
  • QƏNIRƏ PAŞAYEVANIN TƏHSİL NAZİRİ OLACAGI XƏBƏRİ YAYILDI - Son Dəqiqə!!!
  • Mikayıl Cabbarov vergilər naziri təyin edilib
  • Mixail Saakaşvili belə həbs edildi — FOTO
  • Azərbaycan 2 gün sonraya hazırlaşır - QAR YAĞACAQ!
  • İran parlamentinin üzvü: “Biz Dağlıq Qarabağı Azərbaycan torpağı sayırıq”
  • Erməni əsirliyində olan bir qızımızın Azərbaycana məktubu
  • Bakıda neçə milyon adam yaşayır? (RƏSMİ)
  • Gözü beynindən böyük dəvəquşu, vurma cədvəlini bilən donuz... - QƏRİBƏ FAKTLAR - FOTO
  • Yuxu ilə bağlı inanılmaz həqiqətlər
  • Astroloji proqnoz - 4 dekabr
  • Erməni Rimma Sarkisova 30 ildən sonra Gəncəyə qayıtdı
  • Evinizdə bu gülü saxlayırsızsa, dərhal ondan qurtulun - FOTO
  • Qatarda oturmaq üçün görün NƏ OYUNDAN ÇIXDI - VİDEO
  • Pedofili yaxaladılar –Rüsvay olduğu üçün başını... (Video)
  • NASA yadplanetlilərə görə məhkəməyə verildi - Sirrin üstü açılır
  • İsrail İranın hərbi bazasını bombaladı — GƏRGİN ANLAR
  • Günün şoku: Səudiyyə kralı erməni imiş – Bakıdakı ən məşhur otel ermənilərə məxsusdur?
  • Turan Birliyi yaranarsa, nə baş verəcək? - Video
  • 2024-cü ildə Marsa ilk insan gedəcək
  • Kompüterinizi bu üsulla format edin - VİDEO
  • Qarakənd faciəsindən 26 il ötür

    20 Kas 2017, 03:12   
        117
    Qarakənd faciəsindən 26 il ötür

    Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" vertolyotunun erməni silahlı dəstələri tərəfindən vurulmasının ildönümüdür.
    Qarakənd faciəsindən 26 il ötür. Hadisə 1991-ci il noyabrın 20-də baş verib.
    Hadisə nəticəsində vertolyotda olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır:
    Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
    İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror
    Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri
    Zülfü Saleh oğlu Hacıyev – baş nazirin müavini
    Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
    Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
    Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
    Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
    İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru
    Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi
    Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
    Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
    Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini
    Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
    Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
    Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
    Alı Mustafa oğlu Mustafayev – telejurnalist
    Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
    Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
    Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
    Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
    Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.
    Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib.
    Faciədən 26 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.
    Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmasıdır. (report)
    loading...