Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Erməni əsirliyində olan azərbaycanlı qadınların sayı açıqlandı
  • Gözəl və dolğun dodaqlara sahib olmaq üçün bunları edin
  • Portağallı qış çayı - RESEPT
  • 2018-ci il bu telefonların ili olacaq - FOTO
  • Sarkisyan onunla Azərbaycan dilində danışan erməniyə “Deyəsən, keçmiş üçün darıxmısan… Mən də Azərbaycanca bilirəm” dedi – VİDEO
  • “Heç bir normal insan bunun əleyhinə ola bilməz”
  • Bu nəqliyyat vasitələri gömrük idxal rüsumundan azad edildi
  • Güllələnən 8 azərbaycanlı general .
  • Sarı İt ili ən çox kimləri SEVİNDİRƏCƏK? - İllər üzrə 2018-ci ilin PROQNOZU
  • Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” – VİDEO
  • "Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin" - Millət vəkili
  • Azərbaycanda yaşayan ermənilərin sayı açıqlandı
  • Şok! Azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı
  • " Aİ-92" benzin bahalaşıb 1 manat olacaq - Ekspertlərdən xəbərdarlıq
  • Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilər
  • Dünyanın ən kiçik həbsxanası - FOTO
  • Elm adamlarından dəhşətli 2018-ci il XƏBƏRDARLIĞI: QARŞISIALINMAZ FƏLAKƏT GƏLİR
  • Rusiya çökəcək? - Tanınmış astroloq gözlənilən nəticəni yazır
  • Qarakənd faciəsindən 26 il ötür
  • Azərbaycana 1 milyon yardım etmiş pakistanlı qadın - Həyat hekayəsi
  • Son günlərdəki zəlzələ silahlarla törədilib- SENSASİON AÇIQLAMA
  • Evimizdəki kiçik BOMBAların dəhşətli fəsadları - Batareyalardan gələn ölüm
  • Zimbabve prezidenti aclıq aksiyasına başladı
  • Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama
  • Bu qidaların girdiyi evə xəstəlik girmir
  • Sankt-Peterburqda Azərbaycana qarşı “Talışıstan” təxribatı – Foto

    08 Kas 2017, 03:36   
        229
    Sankt-Peterburqda Azərbaycana qarşı “Talışıstan” təxribatı – Foto

    Noyabrın 6-da Sankt-Peterburqda mərkəzi magistral qovşaqlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribat cəhdlərinin qarşısı alınıb.

    Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan AzərTac-a bildiriblər ki, Vitebskiy prospekti istiqamətindəki yol zolağının üzərindəki kəsişmədə “Talışstana azadlıq” başlıqlı lövhə asılıb. Şüarın bir başında Rusiya Federasiyasının dövlət bayrağı, ortada qondarma qurumun bayrağı, digər tərəfində isə İran İslam Respublikasının bayrağı əks olunub. Bu lövhə, həmçinin Sankt-Peterburqun daxili dəmir yolu stansiyasında da asılıb.

    Təxribat məzmunlu lövhələr barədə xəbər alan baş konsul Sultan Qasımov dərhal əks tədbirlər görərək, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli əməliyyat idarələrinin rəhbərliyi, xüsusilə polis polkovniki Nikolay Xlusovla əlaqə yaradıb. Aparılmış danışıqlar nəticəsində həmin lövhənin götürülməsi barədə razılıq əldə edilib. Baş konsul bu cür təxribatların ikitərəfli münasibətlərə xələl gətirmək məqsədilə törədildiyini Rusiya Daxili İşlər Nazirliyinin rəhbərliyinə izah edib.

    Baş konsulun həyata keçirdiyi təcili tədbirlər nəticəsində “Talışstana azadlıq” başlıqlı lövhələr Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli əməliyyat idarələrinin məsul şəxsləri tərəfindən götürülüb.

    Qeyd edək ki, 6 noyabr Rusiyada “Milli birlik günü” ilə əlaqədar qeyri-iş günüdür. Təxribatçı qüvvələr məhz qeyri-iş günlərində öz məkrli fikirlərini həyata keçirmək istəyiblər. Lakin baş konsulun yerli hökumət və hüquq mühafizə orqanlarının rəsmiləri ilə qurduğu əməkdaşlıq əlaqələri sayəsində bu təxribatın qarşısını almaq mümkün olub.

    azerbaycan24.com
    loading...