Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Gözəl və dolğun dodaqlara sahib olmaq üçün bunları edin
  • Portağallı qış çayı - RESEPT
  • 2018-ci il bu telefonların ili olacaq - FOTO
  • Sarkisyan onunla Azərbaycan dilində danışan erməniyə “Deyəsən, keçmiş üçün darıxmısan… Mən də Azərbaycanca bilirəm” dedi – VİDEO
  • “Heç bir normal insan bunun əleyhinə ola bilməz”
  • Bu nəqliyyat vasitələri gömrük idxal rüsumundan azad edildi
  • Güllələnən 8 azərbaycanlı general .
  • Sarı İt ili ən çox kimləri SEVİNDİRƏCƏK? - İllər üzrə 2018-ci ilin PROQNOZU
  • Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” – VİDEO
  • "Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin" - Millət vəkili
  • Azərbaycanda yaşayan ermənilərin sayı açıqlandı
  • Şok! Azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı
  • " Aİ-92" benzin bahalaşıb 1 manat olacaq - Ekspertlərdən xəbərdarlıq
  • Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilər
  • Dünyanın ən kiçik həbsxanası - FOTO
  • Elm adamlarından dəhşətli 2018-ci il XƏBƏRDARLIĞI: QARŞISIALINMAZ FƏLAKƏT GƏLİR
  • Rusiya çökəcək? - Tanınmış astroloq gözlənilən nəticəni yazır
  • Qarakənd faciəsindən 26 il ötür
  • Azərbaycana 1 milyon yardım etmiş pakistanlı qadın - Həyat hekayəsi
  • Son günlərdəki zəlzələ silahlarla törədilib- SENSASİON AÇIQLAMA
  • Evimizdəki kiçik BOMBAların dəhşətli fəsadları - Batareyalardan gələn ölüm
  • Zimbabve prezidenti aclıq aksiyasına başladı
  • Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama
  • Bu qidaların girdiyi evə xəstəlik girmir
  • "WhatsApp”dan növbəti yenilik
  • İslam demək hər şeyin ən gözəli deməkdir

    03 Kas 2017, 14:57   
        87
    İslam demək hər şeyin ən gözəli deməkdir


    İslam demək hər şeyin ən gözəli deməkdir
    İslam və gözəllik... Yəqin ki, iki təzad sözü niyə bir yerdə işlətdim deyə məqalənin başlığı sizə qəribə gəldi. İslam hara, hər şeyin ən gözəli hara... Belə düşünməyiniz normaldır. Çünki cəmiyyətdə elə fikir formalaşıb ki, İslam dini və bu dinə mənsub olan əsil müsəlmanlar fərqli olmalıdırlar. Yəni onlar dünyadan təcrid, yoxsul, gözəl geyinməyən, sadə həyat sürən, sosial həyatdan məhrum, əylənməyən, deyib-gülməyən, musiqiyə qulaq asmayan, incəsənətdən tamamilə uzaq duran insanlar olmalıdır. Əslində, yuxarıda sadaladığım həyat tərzi o qədər çətindir ki, bir insanın bunu yaşaması qeyri-mümkündür. Ancaq yenə də məsələ budur ki, İslam dini sanki insanı həyatdan təcrid edir və bu cür yaşamağa vadar edir. Hətta dinlə çox əlaqəsi olmayan bəzi insanlar da müasir geyinmiş və özünü müsəlman adandıran insan görəndə bunu müsəlman kimi qəbul etmək istəmir. Bəs həqiqətən də İslam dini bizdən bunları tələb edir və özünü müsəlman adlandıran hər kəs də bu həyatı yaşamalıdırmı?
    Cavabım belədir, əlbəttə ki, xeyr. Cavabımının istinad mənbəyi də Qurandır, o Quran ki, Allah bizim üçün hər şeyi çox detallı olaraq orada izah etmişdir.
    De: 'Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?' De: 'Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur'. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (Əraf surəsi, 32)
    Allahın Quranda bildirdiyi haramlar çox məhdud saydadır, halalların isə ucu-bucağı yoxdur. İslam dininə görə nəyin halal, nəyin haram olduğunu bilmək üçün insanın Qurana baxması kifayətdir. Quranda isə heç bir ayə insanın zinət əşyalar taxmasını, ipək geyinməsini, deyib-gülməsini, musiqiyə qulaq asmasını, incəsənətlə məşğul olmasını qadağan etmir. İslam adına uydurulan bu xurafatların heç birinin dinimizlə əlaqəsi yoxdur, əksinə bu qadağalarla insanlar dindən soyudulur. Məsələn, qonşumuzda bir müasir qız var, uzun müddətdir ki, namaz qılmaq istəyir. Ancaq düşünür ki, namaz qılmaq üçün o qədər şərt var ki, o bunu bacarmaz.
    Allah Quranda çox az günahlar bildirir, hansı ki bildirdiyi bu günahlar da insanın xeyri üçündür. Bir çox ayədə isə insanların gözəl əxlaqlı olmasına diqqət çəkilir. Məsələn, yalan danışmaq, iftira atmaq, qeybət etmək, faiz pul almaq kimi bir çox əməllər Qurana görə qadağan olsa da, insanlara bu xüsusiyyətlər təbliğ edilmir, sadəcə İslam forma dini kimi tanınır. Halbuki İslam ən müasir, ən gözəl, ən rahat dindir. Bir müsəlman da rahatlıqla dinini yaşaya bilər, dünyadakı halal olan bütün nemətlərdən istifadə edib zövq ala bilər. Müsəlman demək yüksək zövqə sahib, gözəl, müasir və təmiz geyinən, gözəl yerlərdə yaşayan, gözəl yeməklər yeyən insan deməkdir. Nemətlərə sahib olmaq bir müsəlman üçün haram deyil, əksinə böyük nemətdir. O nemətləri Allah yolunda istifadə edər, bu nemətlərdən istifadə etdikcə şükür edər, Allaha yaxınlığı artar, cənnətdəki gözəllikləri bu dünyadan qavramasına vəsilə olar.
    Din sevgi, mərhəmət, şəfqət, dostluq, təmizlik, yaxşılıq, rahatlıqdır, eləcə də din kasıblara, yetimlərə, uşaqlara, qocalara əl tutmaq, heyvanlara, bitkilərə, bir sözlə, Allahın yaratdığı bütün varlıqlara Allahın təcəllisi kimi sevgi bəsləməkdir. Belə üstün əxlaq anlayışı, əlbəttə ki, həyatın hər anında insanların düşüncə və davranışlarında üstünlük, keyfiyyət qazandırar. Beləliklə, Qurandakı bu əxlaq anlayışını həyatına tətbiq edən insan yer üzünün ən keyfiyyətli və kübar insanı olar. Odur ki, insan bu dünyadan başlayaraq cənnəti yaşayar inşaAllah.
    Firuzə Həsənzadə
    loading...