Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məşhurlardan inanılmaz vədlər: ""Qarabağ" qalib gəlsə qol vuran futbolçunu 3 gün oteldə..."
  • Aprel müharibəsindən daha DƏHŞƏTLİ: Bu saziş İrəvan üçün KABUS OLACAQ
  • Qətər Suriyaya ordu göndərir?
  • “WhatsApp”da statuslar rəngli olacaq
  • Qadın bu yolla kişiyə elə bir şey ötürür ki… – İNANILMAZ SİRR
  • İşçiləri ildırım vurdu: 1 ölü, 6 yaralı
  • Türkiyədən NATO-ya ZƏRBƏ: Müqavilə imzalandı
  • DİQQƏTLİ OLUN! - Hesabınız oğurlana bilər
  • Bu robot-silahlar dünyanı məhv edəcək - SOS
  • Yer məhv olacaqmı? – NASA açıqlamağa məcbur oldu – VİDEO
  • “YouTube” “Təcili xəbərlər” bölməsini istifadəyə verdi
  • Bakı Rusiyadan bu raket sistemini ala bilər – Frolov
  • Keçəllərə müjdə – dərman tapıldı
  • Kişilərin bəyəndiyi qadın tipləri - İncə, uzun kirpikli...
  • ABŞ hərbi gəmisinin okeanda qalıqları tapıldı
  • 54 ilin avtomobili hələ də işlək vəziyyətdədir - VİDEO
  • Azərbaycanda belə toy olmamışdı: Bəylə gəlin hərbi formada - VİDEO
  • Pivə haqqında bilmədiyimiz — MARAQLI 5 FAKT
  • Tarix açıqlandı: 27 minlik ordu HÜCUMA KEÇİR
  • Erməni hərbçidən qeyri-insani hərəkət - Foto
  • İnsan beynində nifrəti yox edən məqam - Şok araşdırma
  • Türklər arasında Azəri deyə bir millət yoxdur, bunu Stalin xiyar çıxardı” – Məşhur türk tarixçi İlbər Ortaylı
  • Bürclər – 19 AVQUST
  • Yaddaşı gücləndirmək üçün - 9 QAYDA
  • Polşadan Azərbaycana velosipedlə gəldi – VİDEO
  • Azərbaycanda ciddi bank böhranı gözlənilir

    28 Mrt 2015, 20:54   
        202
    Azərbaycanda ciddi bank böhranı gözlənilir

    28 Mart 2015 [15:06]
    Azərbaycanda bank böhranı gözlənilir. Bank sektorunda çalışan, adının çəkilməsini istəməyən mənbəmiz bildirir ki, manatın devalvasiyasından sonra kreditlərin verilməsində ciddi problem yaranıb. Mənbənin sözlərinə görə, Azərbaycanda kredit ödənişində həmişə problem olub.
    "Ölkədə 2.5 milyon nəfər kredit götürüb. Onların götürdüyü məbləğ toplam olaraq 18 milyard manat təşkil edir. Hesablamalara görə, hər götürülən kreditin 18 manatdan 1 manatı ödənilməmiş qalıb. 2009-cu ildə ödənilməyən kredit borcu 303 milyon, 2010-cu ildə bu məbləğ artaraq 493 milyon, 2011-ci ildə 634 milyon, 2012-ci ildə 749 milyon, 2013-cü ilin 11 ayının nəticələrinə görə 800 milyondan artıq, 2014-cü ilin 11 ayının nəticələrinə görə 970 milyon, 2015-ci ilin yanvar ayının nəticələrinə görə isə 1 milyard manat ödənilməmiş kredit borcu var. Göründüyü kimi hələ 2009-cu ildən ödənilməyən kredit borclarının artması tendensiyası müşahidə olunur. Hazırda Azərbaycanda ciddi iqtisadi böhranla üz-üzədir. Əgər vətəndaşlar böhrandan illər əvvəl, hakimiyyətin iqtisadi inkişafdan danışdığı zaman kredit borcu ödəyə bilməyiblərsə, indiki vaxtda bu problemin daha da dərinləşəcəyini söyləmək olar. Yeri gəlmişkən, hesablamalara görə manatın devalvasiyasından sonra dollarla götürülən kreditlərin üzərinə təxminən 1.7 milyard manat əlavə pul gəlib. Bu o deməkdir ki, vətəndaşlar götürdükləri borcdan xeyli artıq pul ödməlidir. 1.7 milyard həmin ödəniləcək əlavə məbləğin cəmidir. Lakin müşahidələr göstərir ki, vətəndaşlar dollarla götürdükləri kreditləri hazırki kursla ödəməkdə ciddi çətinlik çəkir.
    Hesablamalar göstərir ki, bir neçə aya ödənilməyən kredit borclarının məbləği 2-3 milyarda çatacaq ki, bu da bankların çöküşünə səbəb ola bilər".
    Mənbəmiz həmçinin dollarla götürülən kreditlərə diqqət çəkib".mia.az