Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Gözəl və dolğun dodaqlara sahib olmaq üçün bunları edin
  • Portağallı qış çayı - RESEPT
  • 2018-ci il bu telefonların ili olacaq - FOTO
  • Sarkisyan onunla Azərbaycan dilində danışan erməniyə “Deyəsən, keçmiş üçün darıxmısan… Mən də Azərbaycanca bilirəm” dedi – VİDEO
  • “Heç bir normal insan bunun əleyhinə ola bilməz”
  • Bu nəqliyyat vasitələri gömrük idxal rüsumundan azad edildi
  • Güllələnən 8 azərbaycanlı general .
  • Sarı İt ili ən çox kimləri SEVİNDİRƏCƏK? - İllər üzrə 2018-ci ilin PROQNOZU
  • Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” – VİDEO
  • "Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin" - Millət vəkili
  • Azərbaycanda yaşayan ermənilərin sayı açıqlandı
  • Şok! Azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı
  • " Aİ-92" benzin bahalaşıb 1 manat olacaq - Ekspertlərdən xəbərdarlıq
  • Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilər
  • Dünyanın ən kiçik həbsxanası - FOTO
  • Elm adamlarından dəhşətli 2018-ci il XƏBƏRDARLIĞI: QARŞISIALINMAZ FƏLAKƏT GƏLİR
  • Rusiya çökəcək? - Tanınmış astroloq gözlənilən nəticəni yazır
  • Qarakənd faciəsindən 26 il ötür
  • Azərbaycana 1 milyon yardım etmiş pakistanlı qadın - Həyat hekayəsi
  • Son günlərdəki zəlzələ silahlarla törədilib- SENSASİON AÇIQLAMA
  • Evimizdəki kiçik BOMBAların dəhşətli fəsadları - Batareyalardan gələn ölüm
  • Zimbabve prezidenti aclıq aksiyasına başladı
  • Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama
  • Bu qidaların girdiyi evə xəstəlik girmir
  • "WhatsApp”dan növbəti yenilik
  • Uşaqların bu günü və sabahı

    01 Kas 2017, 14:28   
        98
    Uşaqların bu günü və sabahı

    Uşaqlar dünyanın gələcəyidir. Onların yaxşı təhsil alması, mənəvi və fiziki cəhətdən sağlam böyüməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Təəssüf ki, bu gün dünyada uşaqların vəziyyətinə baxdığımızda bizi narahat edən qlobal problemlərlə rastlaşırıq. Uşaq əsgərlər və uşaq əməyinin istismarı hallarına rast gəlirik.Aclıqdan, xəstəliklərdən əziyyət çəkən və təhsil ala bilməyən uşaqların sayı isə milyonlarladır.
    UNİCEF-in verdiyi məlumata görə 123 milyon uşaq məktəbə getmir və bunların 63 milyonunu qız uşaqları təşkil edir.Təhsildən məhrum olan uşaqların 40%-i az inkişaf etmiş ölkələrin, 20%-i isə müharibə zonalarında yerləşən ölkələrin payına düşür. İraq, Suriya, Afrika ölkələri uşaqların təhsil ala bilmədikləri ölkələrin önündə gəlir. Yoxsulluq, müharibələr uşaqların təsildən uzaq qalmasına səbəb olur.
    Müharibələr sadəcə təhsilə deyil, başqa problemlərə də səbəb olur. Bomba altında yaşayan, silah səsləri ilə oyanıb yaxınlarını itirən, yaralanan, əsir düşən, xəstəliklərlə, aclıqla mübarizə aparan milyonlarla uşaq var. Yüz minlərlə uşaq isə zorla əsgər edilir, ömürlərinin ən gözəl zamanlarını müharibədə keçirir, öldürür və ölürlər. 90-cı illərdəki silahlı münaqişələrdə 2 milyondan çox uşaq ölüb, 6 milyondan çox uşaq ağır yaralanıb və ya şikəst qalıb. Hər il 8-10 min uşaq minaya düşərək ölür və ya şikəst qalır.
    Uşaq əsgərlərin sayı 250 mindən çoxdur və uşaqların məcburi şəkildə müharibəyə cəlb edildiyi 30 ölkə var. Bunlardan bəziləri Əfqanıstan, Çad, Kolumbiya, Suriya, İraq, Yəmən, Somali, Sudan, Konqo, Mali, Myanma və Filippindir. Uşaqların canlı bomba olaraq ən çox istifadə edildiyi ərazi Yaxın Şərqdir.
    Aclıqdan əziyyət çəkən uşaqlarla bağlı məlumatlar isə daha dəhşətlidir. Dünyada 800 milyon insan ac yaşayır, bunun 385 milyonunu uşaqlar təşkil edir. Saatda 300, ildə təxminən 2 milyon uşaq aclıqdan dünyasını dəyişir. Hər 4 uşaqdan biri normal qidalanmır, bunun fəsadları isə 2 yaşından sonra bərpa edilmir. Normal qidalanmadıqları üçün inkişaf edə bilməyən uşaqlar müxtəlif xəstəliklərlə üzləşirlər. Daha çox Afrika, Hindistan, Çin, Latın Amerikası, Şimali Koreyada uşaqlar aclıqla mübarizə aparır. Əgər lazımi tədbirlər alınmasa, 450 milyon uşağın aclıqdan yaranan problemlərlə üzləşəcəyi qeyd edilir.
    Uşaq əməyinin istismarı da gündəmə gətirilib həll edilməli problemlərdən biridir. Hər nə qədər uşaq əməyinin istismarı Uşaq Hüquqları Konvensiyasına görə qadağan olunsa da, bu gün iqtisadiyyatı zəif olan ölkələrdə 250 milyondan çox azyaşlı uşaq işləyir. Təkcə kənd təsərrüfatı sahəsində dünya üzrə 132 milyon uşaq çalışır.
    Uşaq əməyinin istismarı daha çox Asiya ölkələrində və Afrikada yaşanır. Cənubi Amerika ölkələrində 17 milyona qədər azyaşlı uşaq məruz qalır. Onlar əksər hallarda fahişəliyə cəlb edilirlər. Uşaq əməyinin istismarına görə ilk yeri Myanma tutur. Braziliya, Banqladeş, Çin, Hindistan Filippin, Somali, Şimali Koreya, Əfqanıstan və Pakistan da bu siyahıya daxildir.
    UNİCEF “Dünyadakı uşaqların vəziyyəti 2016” adlı hesabatında təxmini məlumatlar bu şəkildə verilir: “2030-cu ilə qədər beş yaşdan kiçik 69 milyon uşaq, əslində, müalicə edilə bilən xəstəliklərdən dünyasını dəyişəcək. 167 milyon uşaq yoxsulluq şəraitində yaşayacaq, 750 milyon qız uşağı zorla evləndiriləcək”. Halbuki müharibələrə xərclənən milyardlarla dollar vəsait uşaqların rifahı üçün xərclənə bilər. Bunun üçün dünyada sevgi dili hakim olmalıdır.Problemləriisə diplomatik yollarla həll etməyə çalışmaq lazımdır.
    Dünyada əziyyət çəkən uşaqlar hər birimizin övladıdır. Onlara sevgi, şəfqət, mərhəmətlə yanaşmağı hər birimiz bacara bilərik. Haqları olan sevgi və qayğı mühitini onlara təmin etmək üçün vicdanlı insanlar səy göstərməli, ictimai rəy yaratmalı, kampaniyalar həyata keçirməlidirlər.
    Aysel Aydın
    loading...