Xəbər lenti
Axtar

Putinin həyatında tarixi gün

26 Mrt 2015, 16:27   
    165
Putinin həyatında tarixi gün

“Putini bəyənsək də, bəyənməsək də, o, bir çox rusun gözündə Çeçenistanı və Krımı Rusiyaya geri qaytaran şəxs kimi qalıb”.

XeberTv.Az Axar.az-a istinaden xəbər verir ki, bu açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O, Putinin hələlik rusların gözündə qəhrəman olduğunu bildirib:

“Bu gün Vladimir Putinin birinci dəfə Rusiya prezidenti seçilməsi tarixindən (26 mart 2000-ci il) 15 il keçir. O zaman Putin birinci turdan (52 faizlə) güclə keçərək prezident seçildi. Üstündən 15 il keçdikdən sonra Putinin reytinqi kəllə-çarxa qalxıb. Putini bəyənsək də, bəyənməsək də, o, bir çox rusun gözündə Çeçenistanı və Krımı Rusiyaya geri qaytaran şəxs kimi qalıb. Ancaq bunun nəticəsində Rusiya hansı bəlalarla üzləşdi, bu hələ ki, rusları az narahat edir. Adətən bu böyüklükdə hadisələrin soyuq başla anlaşılması üçün uzun onilliklər lazımdır. Onda xatırlayacaqlar ki, Çeçenistan üzərində nəzarətin bərpası məqsədilə mücahidlərlə yanaşı, 100 gün günahsız çeçenlər necə qətlə yetirildi, kənd və qəsəbələr necə viran qoyuldu və ya Krımın ələ keçirilməsi ilə Ukrayna ilə qardaşlıq münasibətləri necə birdəfəlik itirildi və sairə. Hələ ki, ruslar bu haqda düşünmürlər, vaxtı deyil, ancaq elə ki, sosial və iqtisadi vəziyyət ağırlaşacaq, bəlalarının günahkarı axtarışında adı çəkiləcək birinci şəxs Putin olacaq”.