Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Xocalıya ədalət” kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
  • ... Amma biz də durmayacağıq
  • Mircəfər Bağırovun bilinməyən məzarı - Gizlədilən həqiqət - VİDEO - FOTOLAR
  • "Xocalıya Ədalət"
  • Minlərlə ailəyə ŞAD XƏBƏR: 400-dək yaşayış kompleksi...
  • Şok: Süni ət yaradıldı, heyvan kəsilməyəcək - Video
  • ŞƏHİDLİYİ FİKİRLƏŞMƏYƏN “QAZİ” OLA BİLMƏZ .
  • Çikaqoda Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı
  • Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verib
  • 180 restoran fəaliyyətini dayandırdı - Bahalaşmaya görə
  • Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
  • Qar qonşu ölkədə fəsadlar törətdi
  • Leyla Əliyeva “Zima” festivalını izlədi – Fotolar
  • "Dünyada tam müstəqil dövlət yoxdur" - Putindən gözlənilməz bəyanat
  • Prezident İlham Əliyev əsgərlərlə nahar etdi - VİDEO
  • Azərbaycanlı qadın Türkiyədən deport edildi - Əri pulu ödəyə bilmir
  • Robotlarla inanılmaz seks sərgüzəştləri və nikah - AĞLAGƏLMƏZ YENİLİK
  • Xəzər tarixi yerinə qayıdır: su altında qalacaq şəhərlər - Foto
  • 14 yaşlı qız işgəncəyə görə evdən qaçdı
  • Videoçəkilişə görə yol polisi sürücüyə cərimə yaza bilməz- Ekspert
  • Insanlar ayıq olsalar – zalımlar zülm edə bilməz...
  • Xalqı əsarətdən qurtaran, Çini viran qoyan unudulmuş türk
  • İnanılmaz FÜRSƏT: Bu kəndə köçənlərə 10 min dollar veriləcək
  • Rus alim xəritə yaydı: İrəvan Azərbaycan ərazisidir – Video
  • Türkiyə ilə Gürcüstan sərhədi bağlanır - Səbəb
  • 26 Ağu 2017, 17:13   
        319
    Saniyənin onda birində gələn ölüm: Bakıda ildırım əvvəlkindən çox çaxır



    Təbiətdə baş verən qlobal dəyişikliklər Azərbaycandan da yan keçmir. Son zamanlar isə o inlar üçün daha bir təhlükə aktuallaşıb-ildırım. Buludlararası və buludlarla yer səthi arasında elektrik boşalmaları nəticəsində baş verən hadisədir.

    Atmosferdə daima hərəkət edən müxtəlif ölçülü buludların hərəkəti və toqquşması nəticəsində əmələ gəlir. XVIII əsrdə Amerika alimi Berdjamin Franklin ildırımın əmələ gəlmə mexanizmini və ildırımdan qorunma metodikasını işləyib hazırlamışdı. Berdjamin Franklin ilk dəfə sübut etmişdi ki, ildırım buludlarla yer kürəsi arasında baş verən mənfi elektrik boşalmasıdır və elektrikləşmə müxtəlif yüklü hissəciklərin sürtünməsi nəticəsində baş verir.

    İlk dövrlərdə ildırımdan qorunmaq üçün biroxlu passiv ildırımötürücülərdən istifadə olunurdu. Sonralar ildırımın elektrik təbiətli olması aşkar edildi və təbii mühafizə qaydaları da dəyişdi. İldırım şimşək və göy gurultusu ilə müşayiət olunur.

    Saniyənin onda biri kifayətdir ki, öldürsün

    İldırım buludların elektrikləşməsi zamanı baş verir. Topa yağış buludlarında bu proses çox intensivdir. İldırımın uzunluğu bəzən bir neçə kilometrə çatır, əyri və şaxələnmiş bir neçə kanaldan ibarət olur. İldırım kanallarını ona görə görmək mümkündür ki, orda həddən artıq qızmış hava çəhrayı-bənövşəyi rəngə qədər işıqlı olur. Bu kanallarda istilik adətən, 25-30 min dərəcəyə çatır. İldırım saniyənin onda biri müddətində davam edir. İldırımın birinci boşalması “lider boşalma” adlanır. Bu boşalma növbəti güclü boşalmalar üçün ildırım kanalı yaradır. Həmin kanalda ən güclü ildırım baş verir. Sonrakı ildırımlar isə nisbətən zəif olur.

    Azərbaycanda ildırımlar niyə çoxalıb?

    Son illər ölkəmizdə ildırım çaxması halları 10 dəfəyədək artıb. AMEA-nın Coğrafiya İnstitutundan mətbuata verilən məlumata görə, artım 2000-ci ildən müşahidə olunur. İldırım çaxması hallarının çoxalması Böyük Qafqazın cənub yamacında - Şəki-Zaqatala zonasında, Qazax-Ağstafa zonasında, xüsusilə də Zəngəzur dağlarının yamaclarında - Naxçıvandadır. Eyni zamanda Bakıda da ildırımın çaxması hallarına daha çox rast gəlinir. İnstitutun araşdırmasına görə, 1960-1965-ci illərə qədər Bakıda ildırım 1-2 dəfə çaxırdısa, indi ildırım 4-6 dəfə çaxır. Ancaq ümumilikdə Abşeron yarımadasında il ərzində ildırımlı günlərin sayı 1 gün və daha azdır. İldırım çaxmasının intensivliyi, əsasən, yazdan yaya keçən dövrdə - may-iyun aylarında və yaydan payıza keçən dövrdə - sentyabr-oktyabr aylarında müşahidə edilir. Artımın səbəblərinə gəlincə, bunu dəqiq söyləmək mümkün deyil.

    Bununla belə, mütəxəssislər ildırımçaxmalarının intensivləşməsini qlobal iqlim dəyişmələri ilə izah edir. Belə ki, qlobal iqlim dəyişmələri nəticəsində havada keçiricilik artır, bu isə ildırım hadisələrini artırır. Bu iqlim dəyişmələrinə müxtəlif sənaye müəssisələrindən havaya qalxan tüstü-qazların tərkibindəki zərərli maddələr səbəb olur. Bu zərərli maddələr ozon qatının zəifləməsinə və turşu yağışların yağmasına təsirini göstərir. Atmosferə ötürülən müxtəlif tərkibli qazlarda keçiriciliyin olması nəticəsində də ildırım hadisəsinə tez-tez təsadüf olunur. İldırımı da zəlzələ kimi əvvəlcədən proqnoz etmək olmur. Amma zəlzələdən fərqli olaraq ildırımla bağlı vəziyyət bir qədər fərqlidir. Mütəxəssislər hesab edir ki, hava kütlələrinin istiqamətində, intensivliyindəki dəyişikliyi mütəmadi olaraq müşahidə edib öyrənməklə ildırımı müəyyən qədər əvəlcədən xəbər vermək mümkündür. Araşdırmalar göstərir ki, Böyük Qafqaz dağlarında müşahidə olunan hadisələr şərqə doğru hərəkət edir. Bu səbəbdən də hətta paytaxt Bakıda da ildırımın intensivliyi artır.

    İldırımdan ölüm və tələfat artır

    Şimşək çaxılması elektrik hadisəsi kimidir və orqanizmdə elektrik vurması kimi nəticələr yaradır. Bununla yanaşı şimşək çaxanda qorxu, stress də yaranır. Təzyiq artır, qanda adrenalin çoxalır. Azərbaycanda ildırım vurmadan ölüm və tələfat hadisələri də az deyil. Bununla bağlı konkret statistika apaırlmasa da il ərzində ildırımdan ölüm hadisələri ilə bağlı məlumatlar yayılır. Bu il iyunun 6-da Cəlilabadda Azər Qurbanovu çöldə ildırım vuraraq öldürüb. Həmçinin Qəbələnin Laza kəndində ildırım 250 qoyunu vurub. Yaylağa aparılan sürüyə ildırım düşüb, nəticədə qoyunlardan 250-si yerindəcə tələf olub. İldırımın şiddətindən çobanlar da bir müddət şok keçiriblər. Badamdar qəsəbəsini içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini də ildırım vurub. Bununla əlaqədar qəsəbənin içməli su təchizatında fasilə yaranıb. İyunun 15-də isə Zaqatala sakini 55 yaşlı İsa Sahəddin oğlu Bayramov qoyunlarını otardığı otlaq sahəsində ildırım vurub. Mingəçevir su anbarına ildırım düşməsi hadisəsi də var.

    “Göydələn”lərə təhlükə

    Bakıda “göydələn” tikintisinin artması ildırımın daha təhlükəli hal almasını da diqqət mərkəzinə gətirib. Tikinti işləri apardığı zaman hündürmərtəbəli binalar, hündür ağaclar olan yerlərdə ildırımdan mühafizə tədbirləri həyata keçirilməlidir. Çünki ildırım əsasən uca yerlərə düşür və təsiri daha çox olur. İldırım düşərkən insanlar şaquli vəziyyətdə hərəkət edirlərsə, bu da yüksəklik sayılır. Əgər insan düzənlikdədirsə, daldalanmaq üçün örtülü yer tapmadığı halda yerə uzanmalıdır. Bu zaman ildırımın təhlükəsini azaltmış olar. Əgər evdə ildırımdan mühafizə qurğusu yoxdursa, onda ildırımın televizor, soyuducu kimi həssas elektrik cihazlarına təsiri ola bilər. Güclü ildırım çaxması nəticəsində güclü elektrik sahəsi yaranır, buna görə də cihazların şəbəkədən ayrılması vacibdir.

    İldə 3 min adam ölür

    Fövqəladə Hallar Nazirliyi də xəbərdarlıq edir ki, ildırım insan həyatı üçün təhlükəli təbiət hadisəsidir. Nazirliyin Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsindən verilən məlumata görə, fırtına, qasırğa, tufan kimi təbiət hadisələri ilə müqayisədə ildırımvurmadan ölən insanların sayı daha çoxdur. Orta hesabla yer səthinin hər kvadratkilometrinə ildə 6 dəfə ildırım düşür. Hər saniyədə dünyanın müxtəlif nöqtələrində təxminən 100 ildırım qeydə alınır. Fırtına, qasırğa, tufan kimi təbiət hadisələri ilə müqayisədə ildırımvurmadan ölən insanların sayı daha çoxdur. Hər il dünyada 3000-ə yaxın insan ildırımvurma nəticəsində dünyasını dəyişir. Bir sıra hallarda təyyarələr ildırım aktivlikli yerlərin üzərindən keçməli olur. Hər il orta hesabla bir təyyarə ildırımvurma ilə qeydə alınır.

    Hansı ağaclar daha qorxuludur?

    Əksər hallarda ildırım uca ağaclara, dəmiryollarında olan transformator qurğularına, müxtəlif çoxmərtəbəli bina və obyektlərə düşərək yanğınlara səbəb olur. İldırım meşələrdə ağacsız yerlər, yəni talalar istisna olmaqla heç vaxt torpağı vurmur, çünki ağaclar təbii ildırımötürücü rolunu oynayır. Belə ki, ildırımın düşməsi konkret olaraq ağacların hündürlüyü ilə düz mütənasibdir. Əgər ağacın hündürlüyü 4 metr olarsa, onda həmin ağacdan 4 metr aralı dayanmaq lazımdır. Deməli, hündür ağacların boyu qədər məsafədə onlardan kənar dayanmaq lazımdır. Ağacların elektrik keçiriciliyi və müqaviməti müxtəlif olduğu üçün onların ildırım vurması da müxtəlif olur. Belə ki, bəzi ağacların tərkibi nişasta ilə çox zəngin olduğu üçün onların elektrik keçiriciliyi yüksək, müqaviməti isə az olur. Ona görə də belə ağacları ildırımlar daha tez-tez vurur. Bu ağaclara palıd, qovaq, göyrüş və qarağacı nümunə göstərmək olar. Digər ağacların tərkibi isə yağlarla zəngin olduğu üçün onların elektrik keçiriciliyi zəif, müqaviməti isə yüksək olur. Belə ağacları isə ildırım daha az hallarda vurur. Bu ağaclara ağ şam, qara şam, çökə, fıstıq, qoz və küknarı nümunə göstərmək olar. Ağcaqovaq və toz ağaclarını isə ildırım nadir hallarda vurur.

    Kəndlər daha təhlükəsizdir

    Əksər hallarda ildırımlar qasırğa və güclü leysan yağışları ilə müşahidə olunur. İldırımın uzunluğu isə orta hesabla 2,5 km - 20 km intervalında olur. Atmosferdə ionlaşma nəticəsində yaranan ildırım 200 000 m/saniyə sürətlə yer səthinə çatır. İonlaşma zamanı temperatur 25000 - 30000OC-dək yüksələ bilir. Ona görə də ildırım qoruyucu olmadan birbaşa obyektlərin, evlərin və ağacların üzərinə düşdükdə yanğınlar törədir. Bir çox yerlərdə təbii fəlakətlərə səbəb olan yağışlı havalar ildırımları da özü ilə gətirir. Meşə sahələrinə düşdükdə isə yanğınlara səbəb olur. Şəhərlərdə ildırımvurma kənd yerlərinə nisbətən az olur. Bu, şəhərlərdə uca binaların olması ilə əlaqədardır.

    Qışda az, payızda çox

    Bundan başqa yayda qışa nisbətən ildırıma daha tez-tez rast gəlinir. Mütəxəssislər bunu yayda yer səthindən qalxan hava axınlarının intensivliyinin maksimum olmasıyla izah edir. Lakin şimalda yay fəslində də havalar soyuq olduğu üçün ildırımlar da nadir hallarda baş verir. Okean və dənizlərin üzərindəki havada tozların miqdarı quru yerlərin üzərindəki havaya nisbətən çox az olduğuna görə okean və dənizlərin üzərində ildırımlar quru yerlərə nisbətən az rast gəlinir.

    Qorunmaq üçün nə edək?

    İldırımdan qorunmaq üçün yağışlı-şimşəkli havada ehtiyatlı olmaq laızmdır. İlk növbədə evdə qapı və pəncərələri bağlayın. Elektrik cihaz və avadanlıqlarını cərəyan mənbəyindən ayırın, təhlükə vaxtı onlara toxunmayın, telefonla danışmayın. Radiator və digər qızdırıcı sistemlərin borularına əl vurmayın. Bu müddət ərzində duş qəbul etməyin, qab-qacaq və paltar yumayın, çünki su yaxşı elektrik keçiricisidir. Təhlükə vaxtı mənzilləri tərk etməyin, çünki belə hallarda ən təhlükəsiz yer qapalı yerlərdir. Əgər açıq yerdəsinizsə tədbirlər də fərqlidir. Qısa müddət sonra ildırımın çaxacağını müəyyən etmək olur. Əgər açıq sahədə şimşək və yağış altında saçlar yuxarı qalxırsa, deməli ildırım gözlənilir. Dərhal ayaqlar birləşmiş vəziyyətdə diz üstə yerə çökün, əllərinizi dizlərinizin üstünə qoyun və önə doğru əyin. Bu "embrion vəziyyəti" adlanır. Bayraq, telefon, işıq və bunabənzər digər metal dirəklərdən uzaq dayanın. Çünki dirəklərə ildırımın düşmə riski daha çoxdur. Güclü yağışlı şimşəkli havada açıq sahələrdə qalanlar üçün isə ən təhlükəsiz yer avtomobilin içi və ya digər bağlı metal konstruksiyalardır.

    Təhlükə zamanı avtomobili saxlayın, şüşələri qaldırın, radioantenanı endirin və avtomobildə oturarkən onun metal hissələrinə toxunmayın. Avtomobili ağac altında saxlamayın. Mağara, vadi və alçaq ağaclar ən yaxşı təhlükəsiz yerlər hesab olunur. Meşədə açıq sahədə çadır qurmayın. İslanmış bədən və paltarlar ildırımvurma təhlükəsini artırır. Şimşəkli-ildırımlı havada yaş paltar və yaş ayaqqabı ilə gəzməyin. Təhlükə vaxtı üstüaçıq nəqliyyat vasitələrini tərk edin. Açıq ərazilərdə çətir açmayın, çünki çətirin üst hissəsindəki metal çubuq ildırım zamanı çox təhlükəlidir. Yağışlı-ildırımlı havada bayırda və evdə telefonla danışmayın.Təhlükə vaxtı dəmiryolunun yaxınlığında dayanmayın. Dənizdə çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sudan sahilə çıxmağa çalışın. Traktor, kombayn, otbiçən maşın, motosiklet, velosiped və sair bu kimi vasitələrdən 30 metr aralı dayanın. Qrup halındasınızsa, toplu halda qalmayın, bir-birinizdən ən azı 1,5 metr məsafədə dayanın.

    Ölüm necə gəlir?

    İldırımvurma nəticəsində insan bədənində patoloji dəyişikliklər baş verir. İlk növbədə tənəffüs və ürək-qan - damar sisteminin fəaliyyəti pozulur. Eşitmə, görmə qabiliyyəti, şüuru və yaddaşı itə bilər. Bədəndə yanıqlar ola bilər. İldırımın vurması nəticəsində zərərçəkmişin bədənində ildırımın izi giriş və çıxış nöqtələri görünür. İldırımvurma zamanı ürək və tənəffüs fəaliyyəti pozulduğu üçün ilk növbədə zərərçəkmişə həkim gələnə qədər ürəyi massaj edin və süni tənəffüs verin. Zərərçəkmişlər həkim nəzarətində saxlanılmalıdır. Nəzərə alın ki, ildırımvurma zamanı ölümün səbəbi ürək qan - damar sisteminin və tənəffüs mərkəzinin fəaliyyətinin dayanmasıdır.(cəbhə.info)
    loading...