Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: Türkiyə prezidentinin halı pisləşdi
  • "Olmazmı çağırışı 18 deyil, 20 yaşından həyata keçirək və özünüz də görəcəksiniz ki..."
  • Türkiyə, Qətər və Pakistan birləşərsə... - Video
  • Nəhəng canlıların inanılmaz görüntüləri - Video
  • 98 illik su anbarı belə partladıldı - Video
  • Azərbaycan Ordusu regionun ən qüdrətli Silahlı Qüvvələri səviyyəsinə yüksəlib
  • Ramazan ayı hansı gün sona çatır?
  • Qəbirdə ilk gecə nələr olur?
  • Xaçmaz Rayon Mərkəzi kitabxanasının qarşısında “26 İyun silahlı qüvvələr günü” ilə əlaqədar “Hünər ölmür, mərdlik ölmür, əsgər ölmür” mövzusunda informasiya günü keçirildi.
  • İnsanların 74 faizi... - Öldürücü istilər GƏLİR
  • Putin leysana baxmayaraq naməlum əsgərin məzarına çiçək qoydu – FOTO
  • Son dəqiqə! Prezident təsdiq etdi: Bundan sonra sim kartlar..
  • Elə şeydən elektrik enerjisi hazırladılar ki...
  • Gürcüstanda benzin və dizel yanacağı daha da ucuzlaşacaq.
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı – RƏHBƏRİ KİMDİR, HANSI İŞLƏRƏ BAXACAQ?
  • “Türkiyədə evlənmə verilişinə qatılan azərbaycanlılar heç demə….
  • Qarabağa Könüllü yığılır
  • Almaniya qərarını verdi: Ordu Türkiyədən geri çəkilir
  • NASA yaşayış ehtimalı olan 10 planet tapdı
  • "...bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik" - PREZİDENT
  • Müdafiə Nazirliyindən xəbərdarlıq — Telefonla danışarkən... Müdafiə nazirliyi vətəndaşlarla xəbərdarlıq edib.
  • Müsəlman sərxoş olmadıqca içki içə bilər — FƏTVA
  • Alimlərdən xəbərdarlıq: Planeti ölümcül istilər gözləyir
  • Həmsədrlər Qarabağda savaş ehtimalını artırdı
  • Suşi haqda bilmədiyimiz DƏHŞƏTLİ FAKT
  • Son dəqiqə! İlham Əliyev FƏRMAN imzaladı

    19 Haz 2017, 17:49   
        139
    Son dəqiqə! İlham Əliyev FƏRMAN imzaladı



    Son dəqiqə! İlham Əliyev FƏRMAN imzaladıPrezident İlham Əliyev "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
    XEBERTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, fərmanda qeyd olunur ki, Nazirlər Kabineti 6 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 4.0.19-cu maddəsinə uyğun olaraq, məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 5.4-cü maddəsinə uyğun olaraq, sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 8.8-ci maddəsinə uyğun olaraq, ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 14.3-cü maddəsinə uyğun olaraq, məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidməti göstərilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 18.2.10-cu maddəsinə uyğun olaraq, məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; həmin Qanunun 14.2-ci, 23.3-cü və 23.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.3-cü, 4.0.4-cü, 4.0.7-ci, 4.0.8-ci, 4.0.10-cu, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyasını və işçilərinin attestasiyasını həyata keçirmək üzrə), 4.0.14-cü, 4.0.15-ci, 4.0.18-ci maddələrində nəzərdə tutulmuş vəzifələri həyata keçirəcək icra hakimiyyəti orqanları barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    Müəyyən edilir ki: "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsində (məktəbəqədər təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq üzrə) və 4.0.2-ci maddəsində (məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar təsdiq etmək üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

    Qanunun 5.2-ci, 5.4-cü, 8.2-ci maddələrində, 8.5-ci maddəsinin ikinci cümləsində, 8.8-ci, 9.1-ci, 9.3-cü, 14.1-ci, 14.3-cü, 14.5-ci, 15.8-ci, 18.2.10-cu, 20.2-ci, 21.5-ci, 22.2-ci, 22.3-cü, 23.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.1-ci (məktəbəqədər təhsil sahəsində dövlət siyasətini həyata keçirmək üzrə), 4.0.2-ci (məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar, o cümlədən səmərəli təhsil modelinə əsaslanan dövlət təhsil standartları və proqramları (kurikulumlar) təsdiq etmək üzrə), 4.0.6-cı, 4.0.9-cu maddələrində, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası və işçilərinin attestasiyası qaydalarını müəyyən etmək üzrə) və 4.0.19-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Nazirlər Kabineti həyata keçirir;

    Qanunun 4.0.11-ci maddəsində nəzərdə tutulmuş vəzifələri İqtisadiyyat Nazirliyi həyata keçirir;

    Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.5-ci, 4.0.13-cü və 4.0.16-cı maddələrində nəzərdə tutulmuş vəzifələri yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə münasibətdə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

    Ədliyyə Nazirliyinə tapşırlır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.