Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Putin leysana baxmayaraq naməlum əsgərin məzarına çiçək qoydu – FOTO
  • Son dəqiqə! Prezident təsdiq etdi: Bundan sonra sim kartlar..
  • Elə şeydən elektrik enerjisi hazırladılar ki...
  • Gürcüstanda benzin və dizel yanacağı daha da ucuzlaşacaq.
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı – RƏHBƏRİ KİMDİR, HANSI İŞLƏRƏ BAXACAQ?
  • “Türkiyədə evlənmə verilişinə qatılan azərbaycanlılar heç demə….
  • Qarabağa Könüllü yığılır
  • Almaniya qərarını verdi: Ordu Türkiyədən geri çəkilir
  • NASA yaşayış ehtimalı olan 10 planet tapdı
  • "...bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik" - PREZİDENT
  • Müdafiə Nazirliyindən xəbərdarlıq — Telefonla danışarkən... Müdafiə nazirliyi vətəndaşlarla xəbərdarlıq edib.
  • Müsəlman sərxoş olmadıqca içki içə bilər — FƏTVA
  • Alimlərdən xəbərdarlıq: Planeti ölümcül istilər gözləyir
  • Həmsədrlər Qarabağda savaş ehtimalını artırdı
  • Suşi haqda bilmədiyimiz DƏHŞƏTLİ FAKT
  • İki günə 6 erməni əsgəri məhv edilib - Ölənlərin adları
  • “WhatsApp” internetsiz də işləyir — Telefonunuzda bunu edin
  • Rusiyadan açıqlama: Suriyanın taleyi bu tarixdə həll edilir
  • Rusiya Qərbi silkələdi: ABŞ-dan qisas alınacaq
  • Son dəqiqə! İlham Əliyev FƏRMAN imzaladı
  • “Bu içkiləri içən heyvanlaşır” - Şok iddia
  • DƏHŞƏT: eyni otaqda 42 nəfərin cəsədi bir-birinə sarılmış halda tapıldı
  • III Dünya müharibəsi müzakirə edilir - Türkiyəli ekspert
  • Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Türk ordusu Qətərə girdi
  • Bank 20 iyunda Aprel şəhidinin ailəsindən 80 min AZN əvəzinə 299 302 AZN istəyəcək - Məhkəmədə şok iddia

    17 Haz 2017, 18:03   
        1797
    Bank  20 iyunda Aprel şəhidinin  ailəsindən 80 min AZN əvəzinə  299 302 AZN istəyəcək - Məhkəmədə  şok  iddia

    "Para Bank"ın kredit borcuna görə aprel şəhidinin ailəsinin evini əlindən almaq üçün məhkəməyə göndərdiyi iddiaya 20 iyun 2017-ci ildə saat 17:45-də Xətai rayon məhkəməsində baxılacaqdır. İddiaya görə bank şəhidin ailəsinə verdiyi 80 min manat kreditin əvəzinə (176 060.18 ABŞ dolları) təxminən 299 302 AZN istəyəcək. Əks təqdirdə şəhid ailəsinin evini və bütün əmlakını əlindən alacaq.
    Bu barədə Milletinsesi.az-a şəhidin atası Həsən Qasımov məlumat verib.
    Onun bildirdiyinə görə, o, bankdan heç vaxt dollarla kredit götürməyib. İlk dəfə 50 min manat kredit götürüb və vaxtı-vaxtında ödənişləri həyata keçirib. Bu kredit müqavilə üzrə tam bağlanandan sonra, yenidən 80 min manat kredit götürülüb. Dünyada və ölkəmizdə baş verən iqtisadi böhran şəhid ailəsindən də yan keçməyib. İşlətdiyi şirniyyat və qənnadı sexindən dükanlara payladığı məhsulların pulunu ala bilmədiyindən kredit ödənişlərini vaxtında ödənilməyib.
    Şəhid atası qeyd edir ki,"oğlum Xəlil Qasımov banka gedərək vəziyyətimizin pis olduğunu izah edib və kredit müqaviləsinin müddətinin uzadılması üçün xahiş edib .“Para Bank”ın Azadlıq filialının rəhbəri Elnur Novruzov əvvəlcə etiraz etsə də, sonda 2500 manat rüşvət qarşılığında buna razılaşıb. Həmin vaxt isə banka olan borcun məbləği cəmi 48 min manat olub”.
    "Kəskin devalivasiyadan qabaqcadan xəbərdar olan Elnur müəllim müqavilənin vaxtını uzadanda yenə hiylə işlədərək onu dollar krediti ilə əvəz edib, zaminlərin heç birinin razılığı olmadan təkcə oğlum Xəlilə imzalatdırıb".
    Şəhid atasının sözlərinə görə,"Para Bank"da kreditin verilməsi zamanı xeyli qanun pozuntularına yol verilib. Bank 60-65 min manat dəyərində olan evin girov qarşılığında evin təmiri məqsədi ilə 80 manat kredit ayırır. Krediti götürən və ödənişini həyata keçirə bilməyən müştərisinə yenidən qiymətli metal girovu qarşılığında 21 AZN kredit verir. Bununla kifayətlənməyən bank rəhbərliyi borcun içində boğulan müştərisini- oğlum Qasımov Xəlili- zamin kimi göstərərək digər müştərilərinə də külli miqdarda kredit ayırır.Bu barədə dəfələrlə aidiyyatı orqanlara müraciət etsəm də, müsbət nəticəyə nail olmamışıq. Əgər bizim həyata keçirdiyimiz ödənişlər, verdiyimiz rüşvət və girov kimi saxladıqları qiymətli metalın dəyəri çıxılarsa ümumi borcumuz 40-45 min AZN-dən yuxarı ola bilməz.Biz haqqımız uğrunda sona qədər mübarizə aparacağıq".
    Xəlil Qasımov bildirir ki, "Aprel Döyüşlərində şəhid olan oğlum Əzizzadə Xəlil heç vaxt bankda olmayıb, heç bir sənədə qol çəkməyib,lakin Bankın Xətai Məhkəməsinə göndərdiyi iddiada onun adı yazılır və Məhkəmə də şəhid olmuş insana xəbərdarlıq bildirişi göndərir.
    Məni incidən evimin, yaxud da varımın əlimdən çıxması deyil, həyatda olmayan övladımın borc sənədlərində adının hallanmasıdır. Allah bunu götürməz. Başına gəlməyən bu acını bilməz. Bir ev yox, yüz ev olsa belə dünyadan nakam gedən övladımı geri qaytaran deyil".milletinsesi.az
    Qeyri iş günü olduğu üçün bankdan münasibət öyrənə bilmədik.