Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: Türkiyə prezidentinin halı pisləşdi
  • "Olmazmı çağırışı 18 deyil, 20 yaşından həyata keçirək və özünüz də görəcəksiniz ki..."
  • Türkiyə, Qətər və Pakistan birləşərsə... - Video
  • Nəhəng canlıların inanılmaz görüntüləri - Video
  • 98 illik su anbarı belə partladıldı - Video
  • Azərbaycan Ordusu regionun ən qüdrətli Silahlı Qüvvələri səviyyəsinə yüksəlib
  • Ramazan ayı hansı gün sona çatır?
  • Qəbirdə ilk gecə nələr olur?
  • Xaçmaz Rayon Mərkəzi kitabxanasının qarşısında “26 İyun silahlı qüvvələr günü” ilə əlaqədar “Hünər ölmür, mərdlik ölmür, əsgər ölmür” mövzusunda informasiya günü keçirildi.
  • İnsanların 74 faizi... - Öldürücü istilər GƏLİR
  • Putin leysana baxmayaraq naməlum əsgərin məzarına çiçək qoydu – FOTO
  • Son dəqiqə! Prezident təsdiq etdi: Bundan sonra sim kartlar..
  • Elə şeydən elektrik enerjisi hazırladılar ki...
  • Gürcüstanda benzin və dizel yanacağı daha da ucuzlaşacaq.
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı – RƏHBƏRİ KİMDİR, HANSI İŞLƏRƏ BAXACAQ?
  • “Türkiyədə evlənmə verilişinə qatılan azərbaycanlılar heç demə….
  • Qarabağa Könüllü yığılır
  • Almaniya qərarını verdi: Ordu Türkiyədən geri çəkilir
  • NASA yaşayış ehtimalı olan 10 planet tapdı
  • "...bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik" - PREZİDENT
  • Müdafiə Nazirliyindən xəbərdarlıq — Telefonla danışarkən... Müdafiə nazirliyi vətəndaşlarla xəbərdarlıq edib.
  • Müsəlman sərxoş olmadıqca içki içə bilər — FƏTVA
  • Alimlərdən xəbərdarlıq: Planeti ölümcül istilər gözləyir
  • Həmsədrlər Qarabağda savaş ehtimalını artırdı
  • Suşi haqda bilmədiyimiz DƏHŞƏTLİ FAKT
  • Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi

    27 May 2017, 16:20   
        133
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi



    Beyləqan şəhər Mədəniyyət Sarayında Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə 28 may-Respublika gününə həsr edilən “Vətən Sizə oğul dedi!” adlı tədbir keçirildi.Tədbir iştirakçıları öncə Beyləqan şəhər mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət etdilər.Cərcis Peyğəmbər Ziyarətgahının axundu Hacı Mir Səccad Ulu Öndər H.Əliyevin və şəhidlərin ruhuna dualar oxudu.
    Daha sonra tədbir rayon Mədəniyyət Sarayında davam etdirildi.
    Birliyin sədri, “Ana harayı”qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu ədəbi-bədii gecəni açıq elan edərək Respublika günü münasibətilə rayon sakinlərini təbrik etdi. O, bildirdi ki,99 il öncə yaradılmış müstəqil Azərbaycan Respublikasının Ordusu bu gün Qafqazın ən güclü Ordusudur. Ş.Sabiroğlu dedi:-”Dövlət başçısı cənab İlham Əliyev torpaqlarımızın düşmən tapdağından azad olunması üçün məqsədyönlü iş aparır. İctimai təşkilat olaraq biz, cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləyirik. Şamil müəllim,dövlət müstəqilliyinin 99-cu ildönümü münasibətilə təşkil olunan “Vətən Sizə oğul dedi!” adlı ədəbi-bədii kompozisiyanın hazırlanmasında müstəsna rolu olan Beyləqan rayonu, Yuxarı Aran kənd tam orta məktəbinin müəllimi, şairə Sahilə Fərmanova və istedadlı aparıcı-şair, Ağdam rayonundan məcburi köçkün Elnur Qarabağlıya xüsusi təşəkkür elan etdi.
    Bakı Dövlət Universitetinin müəllimi,tarixçi alim Atamoğlan Məmmədli Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) qurulmasında xidməti olan tarixi şəxsiyyətlərdən danışdı.Qeyd etdi ki, Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi AXC cəmi 23 ay yaşasa da, müstəqilliyin nə olduğunu o zaman insanların yaddaşına hopdura bildilər.Atamoğlan müəllim Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün aradan qaldırılması üçün dövlət və hökumət səviyyəsində görülən işlərdən də danışdı. Azərbaycanın Milli Qəhrəmanı,Silahlı Qüvvələrin zabiti Şükür Həmidov Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsində Ali Baş Komandan cənab İlham Əliyev və Respublikanın Müdafiə Naziri,general-polkovnik cənab Zakir Həsənovun müstəsna xidmətlərindən danışdı. 2016-cı ilin aprel döyüşünün qəhrəmanlarından olan Şükür Həmidov tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik etdi. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü, Beyləqan rayonunun Yuxarı Aran kənd tam orta məktəbinin müəllimi Sahilə Fərmanzadənin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon məktəbliləri”Vətən Sizə oğul dedi!”adlı ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.Məktəblilərdən Fatimə Məmmədzadə, Nərmin Cavadzadə, Firudin Əlizadə, Samir Axundov, Suğra Məmmədzadə, İlyas Eyvazov, İlahə Balakişiyeva, Sənan Əlizadə, Aysu İldırımlı, Reyhanə Əliyevanın və Beyləqan şəhər Namiq Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin çıxışı zalda əyləşən tamaşaçıların hədsiz marağına səbəb oldu. Azərbaycan Milli Konservatoriyasının məzunu Ziba Hüseynova,Xocalı şəhər musiqi məktəbinin müəllimi, Xocalı sakini Rəna Xudiyeva, Beyləqan şəhər Uşaq Musiqi Məktəbinin solistləri Babək Hacıyev, Günel Məhəmmədli, İftixar Beyləqanlı və başqaları rəngarəng konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış etdilər.Çıxışlar tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.Qeyd etmək yerinə düşər ki, gənc bəstəkar Aygün Bayramlının bu tədbir üçün yeni yazdığı “Beyləqanım” mahnısını istedadlı müğənni Günel Məhəmmədli çox məharətlə ifa etdi.
    “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu və bu Təşkilatın fəalları “Vətən Sizə oğul dedi!”adlı ədəbi-bədii gecənin hazırlanmasında xidməti olanları xüsusi diplom və fəxri fərmanlarla təltif etdilər.
    Rayon sakinləri adından çıxış edən el ağsaqqalı Bəhram Fərmanov 28 may-Respublika gününə həsr olunmuş tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvlərinə, xüsusən də Birliyin sədri Şamil Sabiroğluna təşəkkür etdi.
    P.S.Biz, redaksiya əməkdaşları adından həmçinin Respublika Prezidentinin Administrasiyasına, Respublika Müdafiə Nazirliyinin rəhbərliyinə, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Mil-Muğan Regional şöbəsinin müdiri Asif Quliyevə, Beyləqan şəhər Mədəniyyət Sarayının direktoru İxtiyar Məhəmmədliyə, Beyləqan Uşaq Musiqi Məktəbinin direktoru Nigar xanım Fətiyevaya təşəkkür edirik.

    Şamilə Şamilqızı,
    Nərmin Cavadzadə, ”Ana harayı”qəzetinin və “Xebertv.az” İnternet Portalının müxbirləri,

    Fotolar:Əvəz Almədətova məxsusdur.

    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi

    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi
    Respublika gününə həsr edilən ədəbi-bədii gecə keçirildi