Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Paltarınızda bu varsa, deməli, sizi izləyirlər – Diqqət
  • Yadplanetlilər havaya suni peyk buraxdı - Elm adamları təsadüfən gördü / VİDEO
  • Bürcləri ağladan AĞLAGƏLMƏZ SƏBƏBLƏR
  • 400 il əvvəlki soyuqlar geri qayıdır: “BUZLAŞMA DÖVRÜ” BAŞLAYIR
  • Rumıniya və Moldova birləşir?
  • Bəla geri qayıdır – Qonşu ölkədə “Quş qripi” aşkarlandı
  • Azərbaycanlı qadınlar niyə əcnəbi kişilərlə evlənir?
  • Saçlarınız heç vaxt AĞARMAYACAQ, ƏGƏR...
  • Cəsur döyüşçü, şəhid dostum Həsənqulu Qasımovun məlahətli səsinə qulaq asın!
  • “3-cü dünya müharibəsi yağışlı bir gecədə başlayacaq və...” -Öz ölüm tarixini bilmiş öngörücü
  • Alimlərdən tövsiyə: ya vegeterian olun, ya da həşərat yeyin
  • BƏDBƏXT HADİSƏ: Kəndir qırıldı və hərbçilər yerə çırpıldı - VİDEO
  • "Ağıllı" küçə işıqları - İzləyir, təhlükəni sezir, çəkir, internet ötürür
  • Ermənilərin olduğu təyyarə Bakıya məcburi eniş etdi
  • PREZIDENT MƏHKƏMƏ HAKIMININ SƏLAHIYYƏTLƏRINƏ VAXTINDAN ƏVVƏL XITAM VERDI - SƏRƏNCAM
  • Bu il üç dəfə Günəş tutulması baş verəcək
  • Bakı Meriyasının milyonçu “məmuru” - “Tender kralı” Ramazan Mirzəyev kimdir?
  • Vanqadan şok proqnoz: Fevral ayında bu bürclər pulun içində üzəcək- CƏMİ 3 BÜRC
  • Polislərin sayı ilə bağlı BÖYÜK MÜƏMMA: Dünyada ikinci yerdə Azərbaycandır?
  • Amerika səfirliyi yaxınlığında ŞÜBHƏLİ ƏŞYA - Bina mühasirəyə alındı
  • Çin müsəlman ölkəsində müharibə meydanı hazırlayır - Nüvə silahları İŞƏ SALINIR
  • Rus qızları niyə bu qədər GÖZƏL OLUR? - SİRLƏR AÇILDI
  • Bəylər diqqət!Hər 6 cütlükdən biri bu problemi yaşayır
  • Dünyanı məhv edəcək partlayış – 150 il başqa planetdə...
  • Rusiya açıqladı: Bu bazalara hücum edildi
  • Elin Şiruyəsi ,Sözün Sərrafı

    19 May 2017, 18:43   
        451
    Elin Şiruyəsi ,Sözün Sərrafı


    Şiruyə Hacıyev Həsən oğlu (Sərraf Şiruyə) 1942-ci il sentyabr ayının 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində şair Həsən Xəyallının ailəsində anadan olub. Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeirə böyük maraq göstərmişdir. 1953-cü ilin may ayında azərbaycanlıların Qərbi Azərbaycandan məlum məcburi deportasiyası ilə bağlı Sərraf Şiruyənin də ailəsi Azərbaycana deportasiya edilir. O zaman Sərraf Şiruyənin ailəsi öz həmkəndliləri ilə birlikdə Bərdə-Tərtər rayonları arasındakı boş düzənliyə gətirilir. Və beləcə burada yeni həyata başlamalı olurlar. Belə ki, artıq bu ərazidə Bərdə rayonuna aid olan Yeni Daşkənd kəndi yaradılır.
    Şiruyə Hacıyev 1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. Hələ ali təhsil illərindən öncə də, yəni orta məktəb illərində də şeirə maraq göstərən Şiruyə Hacıyevin 1970-cil illərdən etibarən Sərraf Şiruyə təxəllüsü ilə yazmağa başladığı şeirləri artıq aşıq və xanəndələrin dillər əzbərinə çevrilməyə başlamışdır. 1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu "Bilik" cəmiyyətində mühazirəçi işləmişdir.
    1993-1997-ci illərdə dini mədrəsəni bitirmişdir. Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. Şairin müharibə illərində, cəbhə bölgələrinə, hətda səngərlərə qədər gedib döyüşçülərlə görüşüb danışmasının, tanışlığının nəticəsi olaraq, sonralar onun vətənpərvərlik mövzusunda, qəhrəman döyüşçülərimizin döyüş yoluna həsr olunmuş, real döyüş səhnələri ilə işıqlandırılmış, iri həcmli 15-dən çox poeması ərsəyə gəlmişdir.
    Sərraf Şiruyənin bu fəaliyyətinə və əsərlərinə dəyər olaraq 15 noyabr 2007-ci ildə "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi"nin Vətənpərvərlik mövzusunda yazılmış şeirlərinə və poemalarına görə "Fəxri Fərman"ı ilə təltif edilmişdir.

    Sərraf Şiruyə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Məmməd Araz" və "H.B.Zərdabi" mükafatları laureatı olub.
    Şairin iki oğlu, dörd qızı vardır.
    Sərraf Şiruyə uzun müddət böyrək çatışmazlığından və xərçəng xəstəliyindən əziyyət çəkib. 2015-ci il dekabrın 8-də gecə saatlarında Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib.
    -------------------------------------------------------------------------------------
    Sərraf Şiruyənin əsərləri.

    1.-Onun 1994-cü ildə çap olunmuş “Ağlama, bülbül, ağlama” kitabında Azərbaycanın Milli Qəhrəmanı Vəzir Surxay oğlu Orucova və onun silahdaşlarına həsr etdiyi “Vətən sənə oğul dedi” poeması artıq böyük oxucu sayı qazanmış əsərlərdəndir.

    2.-Həmin kitabda “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuş polis serjantı, şəhid Ziyafət Balıyevin və onu silahdaşlarının, qəhrəman polis işçilərinin şücaətini “Od oğlu od içində” poemasında çox dəyərli şəkildə oxuculara, gələcək nəsillərə çatdırmışdır.

    3.-1997-ci ildə Sərraf Şiruyə növbəti böyük əsərini “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş şəhid, baş leytenant Sərhəd Zöhrabbəyovun və onun döyüş yoldaşarının qəhrəmanlıqlarına həsr etmişdir. “Ölümdən sonrakı ömür” adlı bu əsər də kifayət qədər bu gün öz dəyərini almışdır.

    4.-2000-ci ildə çap olunan "Cəsurlar" poeması da Sərraf Şiruyənin qələmə aldığı, döyüş səhnələri ilə diqqət çəkən əsərlərindən biridir. Türkiyədən Qarabağın azadlığı üçün döyüşlərə gəlib qatılan Türk oğlu Tunc İsmayıl haqda, onun silahdaşlarının döyüş yolu haqda yazdığı poema populyarlıq qazanmışdır.

    5.-2002-ci ildə “İgid ölər, adı qalar” kitabı şairin daha diqqət çəkən növbəti bir böyük əsəridir. Əsər Ağdam cəbhəsində gedən döyüşləri əks etdirir. Bu əsərdə əsas qəhrəman, hələ 1992-93-cü illərdə bütün Ağdam cəbhəsində adı dillər əzbəri olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid komandor Yelmar Edilovun qəhrəmanlığı mübaliğəsiz demək olar ki, oxucunu tam heyrətə gətirir. “75 yara və ya Dəmir Yelmar” poemasının daxil olduğu bu kitab təkcə Milli Qəhrəmanımızın deyil, bütün Azərbaycan əsgərinin qəhrəmanlığının bariz nümunəsidir.

    6. -Daha sonra Sərraf Şiruyə vətənpərvərlik mövzusunda “Ölümdən betər” adlı poemasını yazmaqla həm keçmiş Sovet imperiyasının, həm ermənilərin bizim xalqın başına gətirdiyi haqsızlıqları işıqlandırmış, həm də öz daxili xüsusiyyətlərimizdəki boşluqları, unutqanlığımızı və bu unutqanlığın acı nəticələrini qələmə almışdır.

    7. -Şairin ən ilk əsərlərindən olan, dastan şəklində yazılmış “Aşıq Nəcəf və Gülüstan” dastanı bir daha erməni vəhşiliyini açıq-aşkar bizlərə çatdırmışdır. Əsərdə ermənilərin Göyçənin Daşkənd kəndindən olan, Aşıq Ələsgərin şəyirdi olmuş məşhur Aşıq Nəcəfin gözü qarşısında oğlanlarının amansızcasına öldürülməsi, Aşıq Nəcəfin özünün belinə samovar bağlayaraq yandırılması və bu işgəncəylə öldürülməsi şairin tarixi hadisələrə böyük diqqətinin nəticəsidir.

    8.-“Ana torpaq” poeması da şairin bu vətənə, torpağa, ana yurda sevgisindən yaranmış gözəl bir əsərdir.

    9.-Göyçədən gələn səslər” poeması ilə şair bu gün yanğısını çəkdiyimiz, qədim yurdumuza, gözəl Göyçəmizə olan həsrəti, o həsrətdən doğan ağrını, acını, əzabı yenidən yaşaya-yaşaya qələmə almışdır.

    10.-“Tərtərin yaralı cəngavərləri” adlı kitabında yüzlərlə qəhrəman oğullarımızı döyüş yollarından nümunələr söyləməklə oxuculara tanıdan, sevdirən şair Sərraf Şiruyə həm də Tərtər camaatının bir sevimlisi olmuşdur ki, bu gün də Tərtər rayonunda şair böyük hörmətlə anılır.

    11.-Sərraf Şiruyənin ürək ağrısı ilə yazmış olduğu “Ayrılığın sonu varmış” adlı poemasını göz yaşları axıtmadan oxumaq mümkün deyil. Bu əsərin də süjet xətti ana yurddan, Qərbi Azərbaycandan başlanan, geri dönüşü olmayan haqsız köçün ağrı-acı yaradan çox-çox məqamları qələmə alınmışdır.

    12.-Şairin “Oğul dağı” adlı poeması da, ötən əsrin əvvəllərində rus şovinizminin yaratdığı anti-türk siyasətinin yaratmış olduğu acı həyatın, haqsızlığın yaratdığı acı mənzərinin bir güzgüsü olaraq qələmə alınmışdır.

    13.-Şairin “Göyçə yaman göynədi” adlı poeması da yurd həsrəti mövzusunda yaranmış bir əsərdir.

    14.-“Hacı Rəhim dastanı” ötən əsrin əvvələrində erməni daşnaklarına qarşı Göyçənin igidlərinin, ərənlərinin apardığı mübarizədən bəhs edir. Göyçənin Daşkənd kəndindən olan igid Hacı Rəhim Göyçənin Zod kəndində barışıq adı ilə təşkil olunmuş ermənilərlə-azərbaycanlıların görüşü məqamında baş verən döyüş zamanında, bütün Göyçəlilərə zülüm verən erməni general Selikovu turaraq başını öz xəncəri ilə kəsmişdir. Əsər xalqımızın igidlərinin, qəhrəmanlarının tanıdılmasında müstəsna rol oynayır.

    15.-“Mən haqqa sığınmışam” poeması hər şairin, yazıçının yaza bilmədiyi və bacarmadığı, dini mövzuda yazılmış çox dəyərli bir əsərdir.

    16.-“Loğman dağı” poeması travmatoloq həkim Bəxtiyar Əsgərova həsr olunsa da, əsərin ilk süjet xəttində, həmyerlimizə qarşı Qarabağda həkimlik fəaliyyətinin ilk illərində mənfur ermənilərin çirkin, xəyanətkar əmələrinin yenə də burada şahidi olmuş oluruq.
    ----------------------------------------------------------------------------------------------------
    Elin Şiruyəsi ,Sözün Sərrafı

    Sərraf Şiruyənin nəşr olunmuş kitabları.


    1.”Ağlama bülbül, ağlama”. -Bakı, Gəncə nəşriyyatı.- 1994. 372 səh.10000 nüsxə.
    2.”Ölümdən sonrakı ömür.” -Gəncə.“Gəncə”nəşriyyatı.1997. 172 səh. 1000 nüsxə.
    3.”Bu ocağın odu sönməz” Gəncə.“Gəncə”nəşriyyatı.1998 76 səh. 200 nüsxə.
    4.”Cəsurlar” Bakı.“Gənclik”nəşriyyatı 100səh. 500 nüsxə.
    5”İgid ölər, adı qalar” Gəncə.“Gəncə”nəşriyyatı.2002. 304səh. 500 nüsxə.
    6.”Ayrılığın sonu varmış” Bakı “Nurlan” nəşriyyatı 2006. 192səh. 200 nüsxə.
    7.”Könlüm Göyçəni istər” Bakı “Nurlan” nəşriyyatı 2006. 192səh. 500nüsxə.
    8.”Tərtərin yaralı Bakı “Hüquq ədəbiyyatı” 2006. 288səh. 400nüsxə.
    cəngavərləri”
    9. “Mən haqqa sığınmışam” Bakı “Nurlan”nəşriyyatı 2007. 200səh. 500.nüsxə.
    10.”Hər görüş bir xatirədir” Bakı “Nurlan”nəşriyyatı 2007. 248səh. 500nüsxə.
    11.”Göyçədən gələn səslər” Bakı “Nurlan”nəşriyyatı 2008. 184səh. 200nüsxə.
    12. Seçilmiş əsərləri.I cild Bakı “Nurlan”nəşriyyatı 2008. 180səh. 500nüsxə.
    (Təcnislər)
    13. Seçilmiş əsərləri.II cild. Bakı “Nurlan”nəşriyyatı 2008. 284səh. 500nüsxə
    (Poemalar)
    14. Seçilmiş əsərləri.IIIcild Bakı “Nurlan”nəşriyyatı 2008. 320səh. 500nüsxə
    (Poemalar)
    15. Seçilmiş əsrləri. IVcild Bakı “Nurlan”nəşriyyatı 2009. 304səh. 500nüsxə
    (Qoşmalar)
    16. Seçilmiş əsərləri.Vcild. Bakı “Nurlan”nəşriyyatı 2010. 272səh. 500nüsxə
    (Qoşmalar)
    17. Seçilmiş əsərləri.VIcild. Bakı “Nurlan”nəşriyyatı 2010. 200səh 500nüsxə
    (Gəraylılar)
    18.“Ayrılıq belə düşdü” Bakı “Qismət”nəşriyyatı 2014 272səh. 300nüsxə
    19.”Susma ürək” Bakı “SkyG” nəşriyyatı 2015 272səh. 500nüsxə
    loading...