Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib - VİDEO
  • Ermənilər gecə ilə Ağdama qoşun topladı – Video
  • Fuad Abbasovun səhhəti pisləşdi
  • Azərbaycanda hərbi hissələrdə xüsusi rejim elan edilib
  • Leyla Əliyeva xalqı belə təbrik etdi - Video
  • “WhatsApp”da yeni dələduzluq - Ehtiyatlı olun
  • Azərbaycan xalqının Milli Qurtuluş Günüdür
  • Bu, dünyanın sonunu gətirəcək - DÜNYA ŞOKDA
  • Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib-Video+Foto
  • Soyuq enerjisi nədir?
  • Kütləvi İnformasiya Vasitələrinin dəyərli əməkdaşları,dəstəyinizə ehtiyacımız var!
  • Ehram Məcidova haqsızlıq və düzgün aparılmayan İstintaq... -Təhlil
  • Maşının “şitində” Avropaya qaçan miqrant - FOTO
  • “ERMƏNİSTANI CƏZALANDIRIB, ZƏNGƏZURU GERİ ALMALIYIQ!” – “Tərədüd etsək, Naxçıvanı itirməmək haqda düşünməyə məcbur edəcəklər”
  • Vanqanın Türkiyə öngörüsü gerçəkləşir? - Video
  • TSQ “Pəncə” ilə bağlı hesabat yaydı: 27 ölü
  • 2020-ci ildə canlı orqanizmlər uzaq kosmosa göndəriləcək
  • Qüdsü azad edən, 3 lideri diz çökdürən azərbaycanlı
  • İnsanın Marsa uçacaq tarix elan edilib
  • Xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl mənzərəsi, mahiyyəti on illərlə gizlədilmiş, saxtalaşdırılmışdır.
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • 17 Mar 2017, 18:57   
        348
    SSRİ-nin Suriyada məğlubiyyəti: Moskvanın dostu necə İFLİC EDİLİR?


    Təl-Əviv Suriyada İsrail qırıcılarının vurulması haqqında informasiyanı təkzib edib.

    XEBERTV.AZ publika.az-a istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyindən verilən məlumata görə, Suriya ərazisində "Hizbullah” qruplaşmasına zərbələr endirən qırıcılar sağ-salamat geri qayıdıblar.

    Suriyanın SANA rəsmi dövlət agentliyi ölkə hərbçilərinə istinadən xəbər verib ki, bu gün ölkənin hava məkanını pozan 4 İsrail qırıcısından biri düşürülüb. Məlumata görə, İsrail qırıcıları ölkənin şərq hissəsində - Palmira yaxınlığında hərbi meydançanı nişan alıblar.

    İsraildən verilən açıqlamaya görə, ölkənin Hərbi Hava Qüvvələrinin təyyarələri Suriya ərazisində hərbi əməliyyatın icrası zamanı zenit raketləri ilə atəşə tutulub. Lakin itkilərin olmadığı bildirilir. Rəsmi bəyanatda deyilir ki, İsrail qırıcıları Dəməşqin tərəfində vuruşan Livanın "Hizbullah” şiə qruplaşmasının mövqelərinə aviazərbələr endirib. Qeyd edilir ki, məqsəd İran tərəfindən dəstəklənən "Hizbullah” üçün silah qaçaqmalçılığına mane olmaq idi.

    İsrailin "Haaretz” nəşri dəqiqləşdirib ki, Suriya ordusunun atdığı zenit raketlərindən heç biri hədəfə dəyməyib və hətta onlardan birini İsrailin "Arrow” hava hücumundan müdafiə sistemi zərərsizləşdirib. Nəşrin məlumatına görə, raketlər təyyarələrin artıq İsrailin hava məkanına daxil olduğu vaxt atılıb.

    Qeyd edək ki, son 5 ildə İsrail qırıcılarının Suriya ərazisinə aviazərbələr endirdiyi barədə xəbərlər dəfələrlə çıxıb. Bütün hallarda İsraildən verilən rəsmi açıqlama belə olub ki, aviazərbələr Suriya vasitəsilə Livana "Hizbullah” üçün silahın nəqlinə mane olmaq üçün endirilib.

    Münaqişənin başlanmasına kimi Suriya hava hücumundan müdafiə qoşunlarının tərkibində iki diviziyası var idi: təxminən 20 zenit-raket briqadası və alayı, orta məsafəli С-75, С-125M, 2K12 SSRİ istehsalı "Kvadrat” və "BUK-М2E” orta mənzilli zenit-raket kompleksləri, kiçik məsafəli 9K33M zenit-raket kompleksi və "Pansir-S” özüyeriyən zenit raket-top kompleksi. Bundan başqa, S-200VE zenit raket divizionlarının iki qrupu var.

    Müasir zenit-raket kompleksləri ("BUK-М2E” və "Pansir-S1”) Suriya hava hücumundan müdafiə qoşunlarının 10 faizindən çox deyil.

    Hərbi əməliyyatların gedişatı ilə tanış şəxslər Qazeta.ru ilə söhbətində bildiriblər ki, Suriya hava hücumundan müdafiə güclərinin döyüş hazırlığının artırılması üçün Rusiya mütəxəssislərinin köməyi ilə tədbirlər görülüb. Xüsusi halda, S-200VE zenit-raket kompleksinin iki qrupunun döyüş hazırlığı bərpa edilib. "BUK-M2E” və "Pansir-S1” zenit raket divizionları daimi döyüş vəziyyətindədir.

    Amma Bəşər Əsədin zenit raket qoşunlarının Suriyanın bütün ərazisini əhatə etdiyini iddia etmək olmaz. Lakin mənbələr qeyd edir ki, hava hücumundan müdafiə sistemi ən əhəmiyyətli və strateji obyektləri qorumağa qadirdir. Onların sözlərinə görə, Suriya hava hücumundan müdafiə gücləri israillilərə vaxtaşırı, həm də S-200VE və "BUK-M2E” zenit-raket komplekslərindən atəş açır. Hətta İsrailin pilotsuz təyyarələri dəfələrlə məhv edilib. Ancaq İsrailin Hərbi Hava Qüvvələrinin idarə edilən uçuş aparatlarının məhvi faktı hələ qeydə alınmayıb.

    Mütəxəssislərin sözlərinə görə, bunun əsas səbəbi İsrailinin silahlı qüvvələrində müasir kəşfiyyat vasitələrinin mövcudluğudur. İsrail Hərbi Hava Qüvvələrinin qərargahları Suriyanın hava hücumundan müdafiə sisteminin zenit-raket və radiotexnika bölmələrinin mövqeləri barədə kifayət qədər məlumatlıdır.

    Bundan başqa, İsrail təyyarələri Suriya hava hücumundan müdafiə sisteminə qarşı mübarizə məqsədi ilə ən müxtəlif radioelektron vasitələrdən istifadə edirlər. Maneələr Suriya hava hücumundan müdafiə sisteminin bütün radiolokasiya vasitələrinə - kəşfiyyat stansiyaları S-125 və S-75 zenit-raket sistemləri, "Kvadrat” özüyeriyən kəşfiyyat qurğusu, S-200VE zenit-raket kompleksi, 3PS S-200BE hədəflərin aşkar edilməsi stansiyası və "BUK” özüyeriyən zenit-raket kompleksləri üçün yaradılır. Belə əks-təsir şəraitində radio əlaqənin bütün növləri qeyri-mümkün olur. Nəticədə, müvəffəqiyyətli döyüş atışını yerinə yetirmək praktik olaraq mümkün deyil.
    loading...