Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Paltarınızda bu varsa, deməli, sizi izləyirlər – Diqqət
  • Yadplanetlilər havaya suni peyk buraxdı - Elm adamları təsadüfən gördü / VİDEO
  • Bürcləri ağladan AĞLAGƏLMƏZ SƏBƏBLƏR
  • 400 il əvvəlki soyuqlar geri qayıdır: “BUZLAŞMA DÖVRÜ” BAŞLAYIR
  • Rumıniya və Moldova birləşir?
  • Bəla geri qayıdır – Qonşu ölkədə “Quş qripi” aşkarlandı
  • Azərbaycanlı qadınlar niyə əcnəbi kişilərlə evlənir?
  • Saçlarınız heç vaxt AĞARMAYACAQ, ƏGƏR...
  • Cəsur döyüşçü, şəhid dostum Həsənqulu Qasımovun məlahətli səsinə qulaq asın!
  • “3-cü dünya müharibəsi yağışlı bir gecədə başlayacaq və...” -Öz ölüm tarixini bilmiş öngörücü
  • Alimlərdən tövsiyə: ya vegeterian olun, ya da həşərat yeyin
  • BƏDBƏXT HADİSƏ: Kəndir qırıldı və hərbçilər yerə çırpıldı - VİDEO
  • "Ağıllı" küçə işıqları - İzləyir, təhlükəni sezir, çəkir, internet ötürür
  • Ermənilərin olduğu təyyarə Bakıya məcburi eniş etdi
  • PREZIDENT MƏHKƏMƏ HAKIMININ SƏLAHIYYƏTLƏRINƏ VAXTINDAN ƏVVƏL XITAM VERDI - SƏRƏNCAM
  • Bu il üç dəfə Günəş tutulması baş verəcək
  • Bakı Meriyasının milyonçu “məmuru” - “Tender kralı” Ramazan Mirzəyev kimdir?
  • Vanqadan şok proqnoz: Fevral ayında bu bürclər pulun içində üzəcək- CƏMİ 3 BÜRC
  • Polislərin sayı ilə bağlı BÖYÜK MÜƏMMA: Dünyada ikinci yerdə Azərbaycandır?
  • Amerika səfirliyi yaxınlığında ŞÜBHƏLİ ƏŞYA - Bina mühasirəyə alındı
  • Çin müsəlman ölkəsində müharibə meydanı hazırlayır - Nüvə silahları İŞƏ SALINIR
  • Rus qızları niyə bu qədər GÖZƏL OLUR? - SİRLƏR AÇILDI
  • Bəylər diqqət!Hər 6 cütlükdən biri bu problemi yaşayır
  • Dünyanı məhv edəcək partlayış – 150 il başqa planetdə...
  • Rusiya açıqladı: Bu bazalara hücum edildi
  • Polis avtomobillərində üz tanıma qurğuları quraşdırılıb?

    23 Kas 2016, 18:42   
        342
    Polis avtomobillərində üz tanıma qurğuları quraşdırılıb?


    Türkiyəli mühəndis Akif Ekin şübhəli şəxsləri hərəkətə keçmədən zərərləşdirən texnikanın Azərbaycana da satıldığı barədə açıqlama vermişdi. Polis maşınlarının lampalarına yerləşdirilən sistem hərəkətlərindən şübhələnilən və ya axtarılan şəxsi aşkar etdikdə həmin şəxsin şəhər daxilindəki bütün hərəkətləri izlənməyə başlanır, hətta onu zərərsizləşdirir. Sözügedən təhlükəsizlik aparatı üz tanıma, sürət müəyyənləşdirmək kimi xüsusiyyətlərə sahibdir.

    ANN.Az xəbər verir ki, Qafqazinfo, üz tanıma kimi mühüm xüsusiyyətə malik olan bir sistemin Azərbaycan polisi tərəfindən necə istifadə edilməsi ilə maraqlanıb.

    Lakin məlum olub ki, Türkiyəli mühəndisin dediyinin əksinə olaraq, Azərbaycan bu kimi üz tanıma sistemini sözügedən ölkədən satın almayıb.

    Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qeyd edib ki, Ekin texnologiyasında sifət tanıma ilə bağlı sistem var: "Ancaq bizim yol patrul xidməti inspektorlarının istifadəsində olan avtomobillərdə belə sistem qurulmayıb. Üz tanıma sistemi ayrıca bir proqramdır. Ola bilər ki o sistem başqa, yəni gömrük və ya sərhəd-keçid xidmətlərində istifadə olunur. Avtomobillərin tanınması, onların axtarışda olub-olmamasını isə hazırkıi sistem müəyyən etmək gücündədir. Yol polisində isə üz tanıma ilə bağlı sistemə hazırda o qədər də zərurət yoxdur.

    Bizdə onsuz da piyadanın iştirakı olmadan protokulun yazılması qanunvericilikdə nəzərdə tutulmayıb. Ancaq nəqliyyat vasitəsinin sürücüsünün iştirakı olmadan elektron protokol tərtib edilə bilər. Avtomobillərin nömrə tanınma sistemi də hazırda yol patrul xidməti avtomobillərində var. Əgər gələcəkdə piyadaların iştirakı olmadan elektron protokolların tərtib olunması ilə bağlı qanunda dəyişikliklər olarsa o zaman bu cür sistemlərin alınmasına ehtiyac yaranar”.



    Bəs Post Patrul Xidməti və Çevik Polis Alayının xidməti avtomobillərində belə sistem quraşdırılıbmı?

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov açıqlamasında sözügedən xidməti avtomobillərə üz tanıma sisteminin quraşdırılmasından xəbərsiz olduğunu bildirib.

    Yol məsələləri üzrə ekspert Ərşad Hüseynov da qeyd edib ki, onun bildiyinə əsasən nə yol patrul xidməti (YPX) avtomobillərində, nə də ki, post patrul xidməti (PPX) avtomobillərində üz tanıma sistemi yoxdur: "Ola bilər ki bu məsələdə hansısa konfidensiallığı nəzərə alırlar, ona görə də açıqlamaq istəmirlər. Bizdə bütün şəxslər haqqında Milli Avtomatlaşdırılmış Pasport Sistemi (MAPS) var. O sistemdə hamımızın şəkli var. Həmin foto ilə həyatda görünən görüntünü müəyyən dəqiqliklə eyniləşdirmək olur. Yüz faiz dəqiqləşdirilmə isə dünyanın heç bir yerində yoxdur. Çünki hər hansı şəxs görünüşcə dəyişə bilər.

    Ümumiyyətlə isə, üz tanıma hüquq pozuntuları ilə mübarizə üzrə ən son texnologiyalardan biri sayılır. Konkret axtarışda olan adamları həmin texnikalar vasitəsilə tanımaq istəyirlər. Ölkənin ərazisində stasionar kameralar quraşdırılır. O kameralarda da axtarılan şəxs görüldükdə təxmini olaraq axtarılan şəxsin haradan keçməsi qeyd olunur”.

    Onu da qeyd edək ki, "Youtube”-də Azərbaycan yol polisinin bu texnologiyadan istifadə etməsi haqda "Ekin Patrol Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarında təhlükəsizliyini təmin edir” başlıqlı rolik də yerləşdirilib.

    loading...