• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

O qızı hansı cəza gözləyir?

o-qizi-hansi-ceza-gozleyir


O qızı hansı cəza gözləyir?

Ötən gündən bəri məktəbli qızın öz həmcinsinə qarşı qəddarlıqla müşayiət edilən təhqiramiz hərəkətlərinin görüntüləri müzakirələrə və sərt reaksiyalara səbəb olub.

XEBERTV.AZ “Qafqazinfo”-a istinadən xəbər verir ki, aidiyyəti qurumlar məsələyə hüquqi qiymətin veriləcəyini açıqlasa da, bu tədbirlərin nədən ibarət olacağı tam aydın deyil. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də ailələrin nəzarətə götürülməsi haqda açıqlama verib. Daxili İşlər Nazirliyi məlum videonun əsas iştirakçısı olan və 156 saylı orta məktəbin 11-ci sinfində təhsil alan şagirdə qarşı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işinin açıldığını elan edib.

Hüquqşünas Orxan Əhmədov da saytımıza açıqlamasında bildirib ki, qanunla 18 yaşına çatmamış fiziki şəxslər uşaq sayılır, amma bu o demək deyil ki, uşaqların törətdiyi cinayətlərə görə cinayət məsuliyyəti müəyyən edilmiyib: “Əksinə 16 yaşından, bəzi cinayətlər üzrə 14 yaşından şəxsin törtədikləri cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilib. Düzdür, onlar uşaq olduqlarından törətdikləri cinayətlərə görə təyin edilən cəzalarda və cəzaçəkmə müəssisələrində bu hal nəzərə alınıb. Hazırkı halda məktəblilərin 11-ci sinif şagirdi olması ehtimalən onun 14 yaşdan yuxarı olmasını nəzərə alsaq, şagirdin digər məktəbliyə qarşı törətdiyi hərəkətlər, yetirdiyi xəsarətlər ağırlıq dərəcəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 126, 127, 128 ci maddələrinə əsasən “qəsdən sağlamlığa zərər vurmaya ”görə, fiziki ağrılarda mütəmadilik olarsa 133-cü maddəsi ilə, ictimai yerdə olduqda isə xuliqanlıq sayılmaqla 221-ci maddəsinin tərkib əlamətlərini yaradır”.

O.Əhmədov əlavə edib ki, həmin hərəkətlərin edilməsi video ilə qeydə alınaraq kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə paylaşılması halında əlavə olaraq şərəf və ləyaqətin nalayiq formada qəsdən alçaldılması əsası ilə Cinayət Məcəlləsinin 148-ci maddəsi “təhqirə” əsasən cinayət məsuliyyəti yaranır: “Əlbəttə uşaqların, özü də qız uşaqlarının törətdikləri bu cür cinayətlərə görə məsuliyyətə cəlb edilmələri halında onların gələcək fərd olaraq formalaşmasına böyük zərbə olacaq. Məhz bu cür xoşagəlməz halların qarşısının alınması üçün aidiyyəti dövlət orqan və təşkilatları qabaqlayıcı tədbirlər görməlidirlər. Məktəblərdə ilkin olaraq psixoloqlar, ərazi üzrə polis idarələrinin uşaqlarla iş üzrə inspektorları tərbiyəvi, hüquqi tədbirlər, seminarlar keçirməli və uşaqlara bu cür cinayətlərdən çəkindirməli və məsuliyyətlərini izah etməlidirlər. Bundan başqa Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu cür tədbirlərin mütəmadiliyini  Elm və Təhsil Nazirliyi ilə birgə icrasını təmin etməlidir. Amma bütün bunlarla yanaşı, hər bir uşaq ailənin güzgüsüdür. Uşaqlarn tərbiyə və şəxsiyyət olaraq formalaşmasında deyərdim elə ən əsas məsuliyyəti və vəzifəni də valideynlər daşıyır. Valideynlər uşaqlarının tərbiyəsinə düzgün riayət etməsələr uşaqlarının şəxsiyyət kimi formalaşmasını da təmin edə bilməyəcəklər”.

Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva hesab edir ki, bullinqə məruz qalmış qızın videosunun yayılması onda həm fiziki, həm də psixoloji travmalar yarada bilər. Bu kimi hadisələrin tez-tez təkrarlandığını bildirən psixoloq texnologiyaların inkişafının və sosial şəbəkələrin qlobal səviyyədə istifadəsinin neqativ hallarla bağlı informasiyaların sürətlə yayılmasına şərait yaratdığını deyib: “Bu gün yeniyetmə şagirdlər və gənclər arasında aqressiv davranışların və bunun yaratdığı fəsadların nəticələri artmaqdadır. Aparılan araşdırmalar və müşahidələr deyir ki, öz sinif yoldaşına qarşı aqressiv davranış və şiddət göstərən şagirdlərin bir qayda olaraq ailə daxilində normal münasibət görməməsi, ailədaxili münaqişələr, şiddətin yaratdığı psixoloji çətinliklər, aqressiya, stress özünü biruzə verir və bu aqressiyanı məhz öz yaxın dostları, sinif yoldaşlarına nümayiş etdirirlər. Bundan savayı televiziya, internet vasitələri, sosial şəbəkələrdə zamanın çox keçirilməsi, orda şagirdlərə faydalı olmayan müxtəlif məlumatlar, videolar, fotolar və digər vasitələrdən istifadə zaman keçdikcə həmin şagirdlərin psixologiyasına təsir edir, aqressiv davranışlar sərgiləməsinə gətirib çıxarır”.

T.Paşayeva vurğulayıb ki, bu kimi davranışlarla qarşılaşan yeniyetmələr üzləşdikləri halların fəsadlarını gələcək həyatlarında hiss edirlər: “Onlarda baş verənlərdən dolayı cəmiyyətə qarşı fərqli fikir və münasibətlər formalaşır, hər kəsdən bir təhlükə gözləyə bilir, heç kimə etibar etmir, başqa sözlə özünü cəmiyyətdən təcrid edir. Bununla yanaşı həmin şəxslərdə stres, aqressiya, qorxu,  həyəcan-təşviş pozuntuları müşahidə oluna bilir”.

Psixoloq əlavə edib ki, qeyd edilən davranışı sərgiləyən yeniyetmələr, eləcə də zərərçəkmiş şəxslər sistemli və uzunmüddətli psixoloji dəstək almalıdır.

Yeniyetmənin ittiham edildiyi maddə üzrə cinayət məsuliyyətinə cəlb edilən şəxslər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →