• 14:19 – Karateçimiz Hüseyn Məmmədli Rusiyada keçirilən beynəlxalq "Ak Bars Kuboku"nda mükafatçılar siyahısına düşüb 
  • 22:56 – Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk yarış günü keçirilib 
  • 21:00 – Rusiya enerji sektoruna buna görə zərbə endirir - Qaluşenko 
  • 20:30 – ŞƏHİD HƏSƏNQULU QASIMOV 

Əliyev-Ərdoğan görüşündə 4 mühüm qərar




Azərbaycan və Türkiyədə hər seçkidən sonra ilk qarşılıqlı rəsmi səfərlərin Ankara və Bakıya edilməsi ənənə halını alıb. Azərbaycan Prezidenti İlham Əliyevin seçkidən sonra Türkiyəyə budəfəki səfəri də əhəmiyyətli idi.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O, səfərin əhəmiyyətinin aşağıdakılar olduğunu bildirib:

“Birincisi, liderlər iki ölkə arasında ticarət mübadiləsinin həcminin 15 milyard dollara çatdırılmasının vacib olduğunu bir daha bildirdilər. Bu həm də görüşdə iştirak edən nazirlərə tapşırıq idi ki, ticarət həcminin artırılması üçün zəruri tədbirlər görsünlər. Bundan başqa Ankaradakı görüşdə Naxçıvan üçün iki vacib layihənin – Qars-Naxçıvan dəmir yolunun və İğdır-Naxçıvan qaz boru xəttinin reallaşma mərhələsində olduğu xatırladıldı.

İkincisi, Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının sürətləndirilməsi vacibliyi vurğulandı. Fransa ilə münasibətlərimiz gərgin olduğu halda Bakıda Fransa-Azərbaycan Universiteti fəaliyyət göstərdiyi halda paytaxtımızda qardaş və müttəfiq Türkiyə adına Universitetin yaradılması zəruridir.

Üçüncüsü, liderlər hərbi texniki əməkdaşlığın genişləndirilməsi barədə fikirlər səsləndirdilər. Bu sahədə ortaq istehsalın fəaliyyətə başlamasına az qalıb. İlham Əliyev Ankarada “Azərbaycan Ordusu Türkiyə Prdusunun kiçik modeli halında inkişaf edir” cümləsini təkrarlamağı da unutmadı.

Dördüncüsü, İlham Əliyev Türk Dövlətləri Təşkilatının iyul ayında Şuşada keçiriləcək qeyri-rəsmi zirvə toplantısına Kuzey Kıbrısın da müşahidəçi qismində dəvət olunacağını bildirdi. İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Kuzey Kıbrısın türk ailəsində yer alması siyasətinə dəstəyini artırıb. Ancaq bu azdır, Mərkəzi Asiya ölkələrinin də Kıbrısa dəstəklərinin artırılmasına ehtıyac var.

İlham Əliyevin Ankarada söylədiyi kimi, iki ölkə arasında müttəfiqlik keçmiş illərdə də mövcud olub, İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə müttəfiqlik daha üst səviyyəyə çatıb. Bunu bölgədə müxtəlif maraqları olan dövlətlər də qəbul etmək məcburiyyətindədirlər. Həmin dövlətlər anlayırlar ki, Azərbaycana təhlükə yaradacaqları halda qarşılarında Türkiyəni də görəcəklər. Bu, Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir”.

Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →