• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Viktor Orban İlham Əliyevi təbrik etdi


Viktor Orban İlham Əliyevi təbrik etdi


Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın suverenliyinin bərpası, regionda vəziyyətin sabitləşməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

XEBERTV.AZ xəbər verir ki, o, bunu noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

V.Orban, həmçinin, SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə dövlət başçısına təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Azərbaycan ilə Macarıstan arasında əlaqələrin və dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluğunu ifadə edib, ölkələrimizin ikitərəfli əsasda və Türk Dövlətləri Təşkilatı çərçivəsində yaxından əməkdaşlıq etdiyini, həmçinin SPECA-nın işbirliyi üçün yeni format yaratdığını vurğulayıb.

V.Orban Macarıstanın Türk ailəsinə yaxınlaşmasında və Türk Dövlətləri Təşkilatı ilə münasibətlərin inkişaf etdirilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →