• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

"Bayer" Bakıya nə vaxt gələcək? - UEFA-dan xüsusi icazə






“Bayer” UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyun öncəsi Bakıda məşq etməyəcək.

XEBERTV.AZ Publika.az-a istinadən xəbər verir ki, Leverkusen təmsilçisi bununla bağlı UEFA-dan xüsusi icazə alıb. Xabi Alonsonun baş məşqçisi olduğu komanda noyabrın 8-də gecə saatlarında Bakıda olacaq. İspaniyalı mütəxəssisin mətbuat konfransı da təşkil olunmayacaq.

“Qarabağ”ın son məşqi isə həmin gün saat 17:30-da qarşılaşmanın gerçəkləşəcəyi Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Bundan 15 dəqiqə əvvəl baş məşqçi Qurban Qurbanov media nümayəndələri önünə çıxacaq.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer 04” matçı saat 21:45-də start götürəcək.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →