• 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 
  • 22:38 – Bayden Zelenskiyə yardımla bağlı vəd etdi 
  • 22:32 – Ceyhun Bayramov Çexiyaya yola düşdü 

Gürcü nazir Adil Bağırovu təbrik etdi



Gürcü nazir Adil Bağırovu təbrik etdi


Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb.

XEBERTV.AZ xəbər verir ki, görüşdə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb. Səfir deyib ki, dövlət və hökumət başçılarının məqsədyönlü siyasəti nəticəsində digər sahələrdə olduğu kimi, Daxili İşlər nazirlikləri arasında da əməkdaşlıq əlaqələri inkişaf edərək daha da möhkəmlənib.

Faiq Quliyev Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirliyinin nümayəndəliyinin rəhbəri polis polkovniki Adil Bağırovu Vaxtanq Qomelauriyə təqdim edib.

Vaxtanq Qomelauri Adil Bağırovu polis attaşesi təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →