• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Dünya çempionatı: Azərbaycan minifutbol millisi qrup birincisi kimi 1/8 finala yüksəlib









Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.  XEBERTV.AZ  xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma yer aldığı G qrupunda son matçına çıxıb.

Millimiz sonradan mundiala cəlb edilən Küveytlə üz-üzə gəlib. İlk iki görüşdə İraq (2:0) və Misir (4:1) üzərində qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirən son Avropa çempionu budəfəki rəqibini 3:1 hesabı ilə məğlub edərək, növbəti raunda qrup birincisi kimi adlayıb. Komandamızın heyətində 15-ci dəqiqədə Cəfər Cəfərov, 38-ci dəqiqədə Mirmehdi Rzayev, 44-cü dəqiqədə isə Təmkin Xəlilzadə fərqləniblər.

Millimizin 1/8 finaldakı rəqibi H qrupunda ikinci yeri tutacaq komanda olacaq. Həmin görüş noyabrın 1-də reallaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.



Oxu.Az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →