• 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 
  • 22:38 – Bayden Zelenskiyə yardımla bağlı vəd etdi 
  • 22:32 – Ceyhun Bayramov Çexiyaya yola düşdü 

Vüsal Allahverdiyevin şəhadətə qovuşduğu gündür!


 

Vüsal Allahverdiyevin şəhadətə qovuşduğu gündür!

Azərbaycanın ləyaqətli oğullarından biri-Turançı-Türkçü Vüsal Tahir oğlu Allahverdiyevin şəhadətə qovuşduğu gündür. Vüsal 1988-ci il avqustun 16-da Qubadlıda doğulub. Qubadlı rayonu işğal edilən zaman ailə üzvləri ilə birgə Sumqayıta pənah gətiriblər. O, Sumqayıt şəhərindəki 23 nömrəli tam orta məktəbdə və  Azərbaycan Kooperasiya Universitetində təhsil alıb. Daim inkişaf barədə düşünən Vüsal bəy 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşlərindən sonra nə evdə, nədə iş yerində rahatlıq tapmadı. Elə belə də demişdi:"Döyüş Generalı şəhid oldusa sonu tamam başqa cür olacaq!" General-mayor Polad Həşimov, Polkovnik İlqar Mirzəyev və digər hərbi qulluqçuların şəhadətə qovuşması çox pis təsir etmişdi Vüsala. O, hələ 2020-ci ilin iyul ayında könüllü olaraq Azərbaycan Ordusu sıralarına yazılmaq istədi, lakin, qəbul etmədilər. 2020-ci ilin ortalarından etibarən "Kapital Bank" sistemində Bir bank olmayan şöbədə çalışan və Filial müdirliyinə qədər yüksələn Vüsal Allahverdiyev nəhayət ki, arzusuna çatdı.Onu Ordu sıralarına qəbul etdilər. V. Allahverdiyev, 2020-ci il sentyabrın 30-da "N" saylı hərbi hissənin tərkibində hazırlığa başladı."Həmlə" Taborunun tərkibində Füzuli, Cəbrayıl rayonlarının azad edilməsində yaxından iştirak etdi.2020-ci il oktyabrın 30-da şəhid olan Vüsal Allahverdiyevi Sumqayıtda dəfn etdilər. Subay idi.
Vüsalın atası Tahir və əmisi, indi haqq dünyasında olan Mahir Allahverdiyev də I Vətən müharibəsində könüllü olaraq iştirak ediblər.
Təəssüflər olsun ki, vaxtı ilə işlədiyi "Kontakt" Mağazalar Şəbəkəsinin, "Unibank" ın və "Kapital Bank"ın Rəhbər heyətindən kimsə şəhid Vüsal Allahverdiyevin ailəsinə baş çəkmiyib. Düzdü, iş yoldaşlarından gəlib başsağlığı veriblər, ancaq, ümumilikdə şəhidimizə qarşı biganəlik göstərilib.
Ruhu şad, məkanı cənnət olsun.Amin.

Şamil Sabiroğlu, jurnalist.
30.10.2023.





Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →