• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Ermənistanın öz statistikası: nə qədər azərbaycanlı qovulub?



Ermənistanın öz statistikası: nə qədər azərbaycanlı qovulub?


Son 1 ayda Qarabağ məsələsini 2 dəfə BMT-nin Təhlükəsizlik Şurasının iclasına çıxaran qüvvələr bu bölgəmizdə guya etnik təmizləməyə cəhdlərin olduğunu hər vəclə iddia etməyə çalışırlar. Amma fərqli reallığı elə Ermənistan rəsmi statistikası özü təsdiq edir.

XEBERTV.AZ xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, Ermənistan Stastika İdarəsinin məlumatına əsasən, bu ölkədə yaşayan azərbaycanlıların sayı 1979-cu il siyahıyaalınmasında 160 min 841 nəfər olsa da, 2011- ci il siyahıyaalmasında 1 nəfər azərbaycanlı belə qeydiyyata düşməyib:

“Ermənistanın 30 il ərzində işğal altında saxladığı Qarabağda yaşayan azərbaycanlıların sayına diqqət yetirək: Keçmiş SSRİ-də 1989-cu ildə həyata keçirilən siyahıyaalınmaya əsasən, bu bölgəmizdə yaşayan azərbaycanlıların sayı 40 min 688 nəfər olub. 2011-ci il siyahıyaalmasında 1 nəfər azərbaycanlı belə qeydiyyata düşməyib.

Ermənistan özünü elan etdiyi rəsmi statistikaya istinad etsək, 1989-cu ildən sonra Ermənistan və Azərbaycanın Qarabağ bölgəsində etnik təmizləməyə məruz qalan azərbaycanlıların sayı 201 min 529 nəfər olub. Doğrudur, reallıqda daha çox azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Amma hətta Ermənistanın öz rəsmi statistikası 200 mindən çox azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını təsdiq edir.

Real mənzərə budur”.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →