• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Nikola şok sual: Hamıya zəng etdiniz, Putinə yox. Niyə?



Nikola şok sual: Hamıya zəng etdiniz, Putinə yox. Niyə?


Bu gün İctimai Televiziyanın canlı efirində olan Ermənistan Baş naziri Nikol Paşinyana jurnalist Petros Qazaryanın sualı rezonans doğurub.

XEBERTV.AZ xəbər verir ki, Qazaryan Ermənistan-Azərbaycan sərhədində yaranmış gərgin vəziyyətə görə Paşinyanın bir neçə ölkənin liderinə zənginə toxunub.

“Siz Gürcüstana, İrana, Almaniyaya, ABŞ-a zəng etdiniz, bir çox ölkənin liderləri ilə danışdınız, amma ilk zəngin Putinə olması məntiqli olardı, çünki bizim strateji müttəfiqimiz Rusiyadır”, - jurnalist bildirib.

Paşinyan isə həmin zənglərin məqsəd və mənasının “müəyyən nüanslardan xəbərsiz və ya məlumatsız olan partnyorları məlumatlandırmaq” olduğunu iddia edib:

“Rusiya Federasiyasının prezidenti isə vəziyyətdən şübhəsiz ki, məlumatlıdır, çünki proses ötən ilin dekabrından başlayıb. Ötən ilin dekabrından indiyədək mənim Rusiya Federasiyasının prezidenti ilə onlarla telefon danışığım olub”.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →