• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

Qazi Ülvi Qədir və Sabir Kərimovla görüş keçirilib!


BAKI-XEBERTV.AZ

 



Qazi Ülvi Qədir və Sabir Kərimovla görüş keçirilib!
“Sübhnur” Tədris Mərkəzinin rəhbərliyi fəaliyyət göstərdiyi müddətdə abituriyentlərin asudə vaxtlarının təşkili məqsədilə zəruri addımlar atır. Onlar mütəmadi olaraq milli vətənpərvərlik ruhunda tədbirlər keçirirlər. Mərkəzin rəhbəri istedadlı pedaqoq Gülnarə Hüseynovadır.
Sentyabrın 1-də Mərkəzin Baş Ofisində “ Qarabağ Zəfəri” şüarı altında tədbir keçirildi. Tədbirin qonaqları Vətən müharibəsinin qaziləri Ülvi Qədir və Kərimov Sabir idi. Tədbiri “Sübhnur” Tədris Mərkəzinin rəhbəri Hüseynova Gülnarə açdı. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Gülnarə xanım şəhid və qazilərin xatirəsinin daim əziz tutulduğunu, onların hörmət və ehtiramla yad edildiyini vurğulayib. Daha sonra Tədbirin layihə rəhbəri olan Xasməmmədova Aysel və aparıcı Ağamirzəzadə Abdullaya söz verilib. Tədbirdə Mərkəzin “ Bədii qiraət” dərnəyinin üzvləri qonaqlara öz şeirlərini , həmçinin, Vətən, torpaq və şəhidlərimizə həsr edilən mahnıları təqdim etdilər. Hər 2 qazi öz döyüş yolu barədə ətraflı məlumat verdi. Tədbirdə uşaqların şeirləri ilə yanaşı maarifləndirici videoçarxlara, eyni zamanda, musiqilərə də yer verildi. Hər bir iştirakçıya sertifikat təqdim edildi. Gülnarə xanım, Qazi Ülvi Qədiri doğum günü münasibəti ilə “Sübhnur” kollektivi adından təbrik etdi. Qazilərimizlə həmsöhbət olmaq həm kiçik yaşlı nümayəndələrimizdə, eyni zamanda, “Sübhnur” kollektivində xoş təəssürat yaratdı.
Tədbir çay süfrəsi arxasında davam etdirildi.
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 02.09.2023.


 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →